Məhkəmə qərarları › İş №2(062)-594/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-594/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-594/2024 11.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 7500 manat manat pulun və 95 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İnzibati xəta protokolu ilə müəyyən olunur ki, Cavabdeh özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:20-də idarə etdiyi VAZ 21074 minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Tovuz şəhəri Heydər Əliyev prospekti ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarnı kobud şəkildə pozaraq ona məxsus Mersedes-Benz ML markalı **-XB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə vaxtı onun idarə etdiyi avtomaşında özü olmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, yalnız avtomobilə maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokol ilə cavabdehin təqsiri sübuta yetirilərək barəsində 80 (səksən) manat cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda cavabdeh təqsirini və ona məxsus avtomobilə maddi ziyan vurduğunu etiraf etmişdir. Belə ki, onun avtomobilinin hazırki bazar qiyməti 22000 manat təşkil edir. O isə avtomobilini vurulmuş şəkildə 9500 manata satmışdır. Sığorta isə ona cəmi 5000 manat pul verib və həmin məbləğdən də artıq verilə bilməyəcəyini bildirmişlər. Cəmi avtomobilinə görə 14500 manat pul almışdır. Ona görə də, Cavabdeh ümumilikdə 7500 manat manat pulun və 95 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ekspertiza rəyində göstərilən məbləğlə razı olduğunu bildirdi. Əlavə olaraq göstərdi ki, sığorta tərəfindən ona 4975 manat pul ödənilmişdir. Odur ki, iddianın ekspertiza rəyində göstərilən həddə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, rəydə göstərilənlərlə razıdır. Maddi imkanı yoxdur. Borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun sürətindən görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, TP 614311 nömrəli inzibati xəta haqqında protokolun sürətindən görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 259 arayışdan görünür ki, ** XB *** MERSEDES BENZ ML markalı avtomibilə 6620 manat məbləğində zərər dəymişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4204 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mersedes-Benz” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5590 manat müəyyən edilir. O cümlədən dəyişməli hissələrin qiyməti 4090 manat, təmir-bərpa işlərin qiyməti 1500 manat təşkil edir. İşə əlavə olunmuş 16890 saylı vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Qarabağ Müharibəsi əlilləri veteranları və şahid ailələri ictimai birliyinin üzvüdür. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh ARİXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 (səksən) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta protokolla müəyyən olunub ki, xx.xx.2023-cü il tarixdə saat 16:20-də idarə etdiyi VAZ 21074 minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Tovuz şəhəri Heydər Əliyev prospekti ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarnı kobud şəkildə pozaraq ona məxsus Mersedes-Benz ML markalı **-XB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sığorta tərəfindən dəymiş ziyana görə iddiaçıya cəmi 4975 manat pul ödənilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4204 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus avtomobilin avtohissələrinin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxlışlı “Mersedes-Benz” markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5590 manat müəyyən edilir. Sığorta ödənişinin edilməsi də nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırda ödənilməmiş ziyanın məbləği (5590-4975)615 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 615 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə, məhkəmə xərclərinin həll edilməsini də zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir.Ona görə də 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 615 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar