Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-596/2024 11.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, Tovuz rayonu Qovlar şəhəri, Ş.Qaziyev küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Cavabdeh 1200 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 32 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində toplam qiyməti 3280 manat dəyərində olan 585 əyarlı “pandora” modelli 13,41 qram çəkidə olan komplekt və “versace” model 11,84 qram çəkidə olan qızıl sepi Cavabdeh satmışdır. Cavabdeh həmin qızılların dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüş və o ilkin olaraq 680 manat pul ödəmiş, qalan məbləği isə xx.xx.2023-cü il tarixdən başlayaraq 10 ay müddətinə, hər ay 260 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh qızılların 2080 manat pulunu ödəmiş, lakin qalan 1200 manat pulu ödəməmişdir. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixdə 30 manat olmuş, bundan sonra heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə borcun qaytarılmasını bildirmiş, lakin o söz versə də ödəniş etməmişdir. Cavabdehin atası İlhamla mobil telefon əlaqəsi saxlayaraq Şəfayətin borcunun ödənilməsini xahiş etmiş, lakin Şəfayətin atası İlham onların qapısına gəlməməsini bildirmiş, əgər gələsi olsa onu ölümlə hədələyərək təhqir etmişdir. Hazırda cavabdehin 1200 manat borcu vardır. Ona görə də, Qovlar şəhəri, Ş.Qaziyev küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Cavabdeh 1200 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 32 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Lakin idiaçı məhkəməyə teleqram göndərərək səhhətində olan problemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etsə də o bununla bağlı sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə hazırlıq iclası keçirilərək iş məhkəmə baxışına təyin edilmiş, lakin o istər özü, istərsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmiş, ümumiyyətlə iddia tələbinə hər hansı formada münasibət, yəni iddiaya qarşı etirazını təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sadə yazılı şəkildə tərtib edilmiş əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 585 əyarlı “pandora” model 13,41 qram çəkidə olan komplekt və “versace” model 11,84 qram çəkidə olan qızıl sepi 3 mili 280 manata 10 ay müddətinə hissə-hissə ödəməklə almışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı qızıl-zinət əşyaları almış, həmin əşyaların pulunu tam olaraq iddiaçıya qaytarmamışdır. Yəni, öhdəliyi sonacan icra etməmişdir. O məhkəmə iclasında iştirak etməyərək işdəki sadə yazılı formada bağlanılmış sənəddə göstərilənlərin əksini təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən Məcəllənin 601.2-ci maddəsinə görə isə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-600.5-ci maddələrinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh nisyə aldığı əmlakdan İddiaçı 1200 manat borcu qalmışdır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşdə olan və iddiaçı tərəfindən işə əlavə edilmiş borc sənədindən görünür ki, həmin sənəd iddiaçıda olmuşdur. Cavabdeh borcu qaytarmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmiş və yuxarıda sadalanan maddi hüquq normalarında əks edilmiş şəkildə hərəkətlər etməmişdir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1200 manat borc və 32 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1200 manat pul və 32 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-596/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-596/2024
11.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver