Məhkəmə qərarları › İş №2(062)-6/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-6/2024

09.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-6/2024 09.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması tələbinə iddia ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək ünvan 1ində yerləşən 0,2462 ha torpaq sahəsinin 11/16 hissəsini, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 320,7 kv.mert olan fərdi yaşayış evinin ona çatası payın ¾ hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ində 0,2462 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 320,7 kv.m olan fərdi yaşayış evi var. Onun həmin torpaq sahəsinin 11/16 hissəsi, yaşayış evinin ¾ hissəsi üzərində payı müəyyən olunmuşdur. Cavabdehlə birgə yaşaya bilmirlər, mülkiyyətləri paylıdır və payları naturada ayrılmalıdır. X1 və bacısı X7 xx.xx.2018–ci il tarixli bağışlama müqaviləsi əsasında fərdi yaşayış evinin ¾ hissəsini, torpaq sahəsinin isə 11/16 hissəsini ona bağışlamışdır.Fərdi yaşayış evinin ¼ hissəsi və torpaq sahəsinin 5/6 hissəsi Cavabdeh mülkiyyətində qalmışdır. Cavabdeh mübahisə olunan evdə yaşayır və ona aid olan torpaq sahəsindən özbaşına istifadə edir, onu və uşaqlarını həyətə buraxmır, bir sözlə mülkiyyət hüquqlarını həyata keçırə bilmədiyindən yaşayış yerini dəyişmişdir, aralarında olan söz-söhbət səngimək bilmir. Dəfələrlə cavabdehə müəyyən kompensasiya ödənilməsini təklif etsə də, lakin cavabdeh onunla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ünvan 1ində yerləşən 0,2462 ha torpaq sahəsindən 11/16 hissənin, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 320,7 kv.m olan fərdi yaşayış evindən ona çatası ¾ payın naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzürlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İşə əlavə olunmuş 04 avqust 2018-ci il tarixli daşımaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X6 və X2 Rayonu Əyyublu kəndində yerləşən ümumi sahəsi 230.7kv/m, yaşayış sahəsi 102.4kv/m, yardımçı sahəsi 128kv/m olan 4 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsini hədiyyə alanın mülkiyyətinə verir. Hədiyyə verənlər (X6 və X7 ) (2/4 hissə ,115.35kv/m)- Hədiyyə alana İddiaçı,ünvan 1i ünvanında yerləşən ümumu sahəsi 0,2462 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsini hədiyyə alanının mülkiyyətinə verir. - Hədiyyə verən X6 (5/16 hissə ,0.0769375ha)-Hədiyyə alan qızı-İddiaçı qıza - Hədiyyə verən X7 (5/16 hissə ,0.0769375ha)-Hədiyyə alan bacısı -İddiaçı qıza İşə əlavə olunmuş reyestr nömrəsi **********12-10301 olan çıxarışa əsasən Cavabdeh oğunun adına fərdi yaşayış evinin 56,9 kv.m-i və 0.0615 ha torpaq sahəsi, İddiaçı adına fərdi yaşayış evinin 173,8kv.m-i və 0.1847 ha torpaq sahəsi 23 fevral 2012- ci il tarixdə qeydə alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə eksperiza mərkəzinin 05 avqust 2024- cü il tarizli ekspert rəyinin nəticəsi aşağıdakı kimi qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən birgə mülkiyyətlərində olan ünvan 1ində 0.2462 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 230.7 kv.m olan fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin ¼ və ¾ paylarına uyğun şəkildə bölünməsi mümkündür. Bunun üçün cavabdehin ¼ payına düşən ümumi sahə 56.9 kv.m, yaşayış sahəsi 24.1 kv.m, yardımçı sahə 32.8 kv m.yaşayış evinin birinci mərtəbəsində yerləşən tikililərdən ayrılmalı və tədqiq olunan torpaq sahəsinin 7.80 m enində 79.1m uzunluğunda (ümumi sahə 615 kvm ) ayrılaraq sərhəd hasarı çəkilməklə iki hissəyə bölünərək, yol tərəfdən bölünmüş sahəyə giriş- çıxış üçün qapı boşluğa açılmalıdır. Qalan tikililər və torpaq sahəsi ¾ paya düşən (ümumi sahə 173.8 kv.m yaşayış sahəsi 78.3kv m, yardımçı sahəsi 95.5 kv m və 1847kv m torpaq sahəsi ) payçıya ayrılmalıdır. İşə əlavə olunmuş Tovuz rayon məhkəməsnin 2(062)-91/2019 saylı 13 fevral 2019cu il tarixli qətnaməsindən görünür ki, X4, X3 və İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən RX09886182 saylı çıxarışda göstərilmiş ünvan 1i ərazisində 0,2462 ha həyatyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 230,7 kv. m olan yaşayış evindən paylarının naturada ayrılması tələbinə dair iddiası təmin olunmamışdır. İşə əlavə olunmuş Gəncə Apelyasiya məhkəməsinin 07 avqust 2020- ci il tarixli 2(0104)-479/2020 saylı qətnamə ilə Tovuz rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, X4, X3 , İddiaçı və Cavabdeh birgə mülkiyyətlərində olan ünvan 1ində 0,2462 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 230,7 kv. m olan fərdi yaşayış evi və torpaq sahəsi naturada ¼ və ¾ paylara uyğun olmaqla iki hissəyə bölünməsi , ekspert tərəfindən tərtib edilmiş sxemdə göstərilən qaydada iddiaçılar X7, X6 və İddiaçı ¾ hissədə paylarına düşən ümumi sahə 173.8 kv.m, yaşayış sahəsi 78.3 kv.m. yardımçı sahəsi 95.5 kv.m.,Cavabdeh ¼ hissədə payına düşən ümumi sahə 56.9kv.m., yaşayış sahəsi 24,1kv.m. və yardımçı sahə 32,8 kv.m müəyyən olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 04 avqust 2018-ci il tarixli daşımaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X6 və X2 Rayonu Əyyublu kəndində yerləşən ümumi sahəsi 230.7kv/m, yaşayış sahəsi 102.4kv/m, yardımçı sahəsi 128kv/m olan 4 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən X6 (5/16 hissə ,0.0769375ha) X7 (5/16 hissə ,0.0769375ha)-İddiaçı qıza bağışlamışlar. Bağışlama müqaviləsi əsasında reyestr nömrəsi **********12-10301 olan çıxarışla Cavabdeh oğunun adına fərdi yaşayış evinin 56,9 kv.m və 0.0615 ha torpaq sahəsi, İddiaçı adına fərdi yaşayış evinin 173,8kv.m, 0.1847 ha torpaq sahəsi 23 fevral 2012- ci il tarixdə qeydə alınmışdır.Həmin çıxarışla da müəyyən olunur ki,mübahisə olunan mülk tərəflərin paylı mülkiyyətindədir və tərəflər qarşılıqlı razılaşma yolu ilə həm torpaq sahəsini, həm də fərdi yaşayış evinin naturada bölünməsinə nail olmamışlar. Tərəflər arasında paylı mülkiyyətdə olan mülkün qarşılıqlı razılaşma yolu ilə bölünməsi mümkün olmadığıdan məhkəmə qaydasında bölünməlidir. Belə ki, mübahisə ilə bağlı ekspertiza təyin edilmiş və ekspertiza rəyində “ cavabdehin ¼ payına düşən ümumi sahəsi 56.9 kv.m , yaşayış sahəsi 24.1 kv.m., yardımçı sahəsi 32.8 kv m. yaşayış evinin birinci mərtəbəsində yerləşən tikililərdən ayrılmalı və tədqiq olunan torpaq sahəsinin 7.80 m enində 79.1m. uzunluğunda (ümumi sahə 615 kvm ) ayrılaraq sərhəd hasarı çəkilməklə iki hissəyə bölünərək, yol tərəfdən bölünmüş sahəyə giriş – çıxış üçün qapı boşluğa açılmalıdır. Qalan tikililər və torpaq sahəsi ¾ paya düşən (ümumi sahə 173.8 kv.m yaşayış sahəsi 78.3kv m, yardımçı sahəsi 95.5 kv m və 1847 kv.m torpaq sahəsi ) payçıya ayrılmalıdır” qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertiza mərkəzinin 05 avqust 2024-cü il tarixli ekspert rəyini tərəflər mübahisələndirməmiş və məhkəmə həmin rəyi işin obyektiv həlli üçün sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Həmin məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin məcəllənin 220.2- ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi tərəflər öz aralarında fərdi yaşayış evi və torpaq sahəsi qarşılıqlı razılaşma yolu ilə ayrılmadığından məhkəmə belə nəticəyə gəlir ki, mülki işə əlavə olunmuş rəyə əsasən mülk naturada ayrılmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə müvafiq olaraq ekspert rəyi sübut növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 101.7-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Mülki işə əlavə olunmuş və ekspert tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq Cavabdeh ¼ payına düşən ümumi sahəsi 56.9 kv.m, yaşayış sahəsi 24.1 kv.m yardımçı sahəsi 32.8 kv m.yaşayış evinin birinci mərtəbəsində yerləşən tikililərdən ayrılsın. Torpaq sahəsinin 7.80 m enində 79.1 m uzunluğunda (ümumi sahə 615 kvm) ayrılaraq sərhəd hasarı çəkilməklə iki hissəyə bölünsün. Yol tərəfdən bölünmüş sahəyə giriş-çıxış üçün qapı boşluğa açılsın. Qalan tikililər və torpaq sahəsi ¾ paya düşən (ümumi sahə 173.8 kv.m, yaşayış sahəsi 78.3kv.m yardımçı sahəsi 95.5 kv. m və 1847 kv. m torpaq sahəsi ) İddiaçı ayrılsın. 100 manat məbləğındə ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar