Məhkəmə qərarları › İş №2(062)-608/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-608/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-608/2025 24.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oрlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin oktyabr ayında idarə etdiyi “Belarus” markalı traktorla yol-nəqliyyat hadisəsi törədərək onun idarə etdiyi “Ford Transit” markalı mikroavotbus toqquşmuşdur. Həmin hadisə nəticəsində o, az ağır xəsarət almış və avtomaşınına zərər dəymişdir. Nəticədə ona 3000 manat miqdarında maddi zərər vurulmuşdur. Cavabdehlə öz aralarında razılığa gəlsələr də, sonradan həmin şəxs razılığı pozmuşdur. 3000 manat puldan cavabdeh ona 2000 manat qaytarmış, bununla bağlı ondan iltizam almışdır. Həmin iltizamda cavabdeh qalıq 1000 manatını 2023-cü ilin mart ayına qədər ödəməyi boynuna götürsə də, bügünədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı qalıq borc kimi 1000 manat pulu xx.xx.2023-cü il tarixədək nəğd ödəyəcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasdında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri deyil, əslində deliktdən irəli gələn hüquq münasdibəti yaranmışdır. Belə ki,işdə olan Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(062)- 149/2023 nömrəli qərarından da görünür ki, Cavabdeh 02 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi “Belarus- 892” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktoru ilə Tovuz şəhəri, Azadlıq küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 - “Yol verin” nişanının) tələbini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirməklə, həmin vaxt Tovuz-Qazax avtomobil yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olan sürücü İddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi “Ford Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tovuz-Qazax yolunun Tovuz rayonu, H.Əliyev 2 / 5 prospektindən keçən hissəsində toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “Ford Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı sağ diz oynağının sağ diz qapağının yerdəyişməli sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və həmin vaxt “Ford Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus avtomobilində sərnişin qismində əyləşmiş X1 bayır topuğun sınığı, alın təpə nahiyyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin həmin qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1096.2-ci maddəsinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırkı iş üzrə iddiaçı ona dəymiş ziyan şəklində 1000 manat pulun cavabdehdən tutulması xahiş etmişdir. Cavabdeh tərəfdən daha az ziyanın dəyməsi və qəbzin məzmunu barədə mübahisə edilməmişdir.Odur ki, cavabdehdən 1000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar