Məhkəmə qərarları › İş №2(062)-609/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-609/2024

29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-609/2024 29.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 29 mart 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 26774 (iyirmi altı min yeddi yüz yetmiş dörd manat) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, cavabdeh ilə qohumluq münasibəti vardır. Əvvəllər həm o, həm də cavabdeh hərbiçi olmuşdur. Həmin vaxtlarda cavabdeh ona borc pula ehtiyacı olduğunu bildirmiş, kredit götürərək ona verməsini xahiş etmişdir. "xxxx" ASC-dən xx.xx.2019-cu ildə 34 ay müddətinə, 11500 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin kredit borcunu ödəmədiyi üçün ödəniş olaraq onun əmək haqqından hər ay 490 manat pul çıxılmışdır. O, dəfələrlə cavabdehə ondan çıxılan pulu qaytarmasını tələb etsə də, cavabdeh yalnız hissə-hissə olmaqla, 1000 manat qaytarmışdır. Özünün və vəkilinin hesablamalarına görə cavabdeh ona 26774 manat pul qaytarmalıdır. Odur ki, Cavabdeh 26774 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, ehtiyacı olduğu üçün iddiaçıya müraciət etmişdir. Həmin vaxt iddiaçı 11500 manat kredit götürərək ona vermişdir. Öz hesablamaların görə 34 ay müddətinə faizlə birlikdə onun borcu 16000 manat olmalıdır. Həmin məbləğdən də hissə-hissə 1000 manat qaytarmışdır. İddiaçının tələb etdiyi məbləğ çoxdur. Qalan 15000 manat pulu isə hissə-hissə qaytaracaqdır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, İddiaçı ümumilikdə 34 ay müddətinə "xxxx" ASC-yə 16585,90 manat pul ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qohumluq münasibəti vardır. Əvvəllər həm iddiaçı, həm də cavabdeh hərbiçi olmuşdur. Həmin vaxtlarda cavabdeh iddiaçıya borc pula ehtiyacı olduğunu bildirmiş, kredit götürərək ona verməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-dən xx.xx.2019-cu ildə 34 ay müddətinə, 11500 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh həmin kredit borcunu ödəmədiyi üçün ödəniş olaraq onun əmək haqqından hər ay 490 manat pul çıxılmışdır. İddiaçı dəfələrlə cavabdehə ondan çıxılan pulu qaytarmasını tələb etsə də, cavabdeh yalnız hissəhissə olmaqla, 1000 manat qaytarmışdır. İddiaçının və vəkilinin hesablamalarına görə cavabdeh ona 26774 manat pul qaytarmalı olmasını bildirsələr də, göstərilən hal sübut olunmamışdır. Məhkəmənin öz hesablamalarına görə 34 ay müddətinə aylıq 490 manat ödəniş olunarsa, ümumilikdə kreditin məbləği 16660 manat təşkil edir. Göstərilən məbləğə iddiaçının kredit götürərək borc şəklində cavabdehə verdiyi 11500 manat və kreditin ödənilmədiyi üçün cavabdehin iddiaçıya vurduğu ziyan daxildir. Həmin puldan isə hər iki tərəfin də dediyi kimi 1000 manat ödənildiyindən, cavabdehin 15660 manat borcu qalmışdır. Odur ki, 15660 (on beş min altı yüz altmış manat) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi sübut olunmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 509.1-ci maddəsinə görə, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı müharibə veteranı statusuna malik olduğundan dövlət rüsumundan azad edilir. Ona görə də Cavabdeh 136,98 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 15660 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 15660 (on beş min altı yüz altmış manat) manat pul alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu olaraq 136,98 manat isə Cavabdeh alınıb dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar