Məhkəmə qərarları › İş №2(062)-611/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-611/2025

06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-611/2025 06.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair mülki işə Tovuz şəhərində 06 mart 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 42992 manat borcun və 220 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, 2005-ci il tarixdən Azərbaycan Dəmir yolları Qapalı Səhmdar cəmiyyətində işə düzəlmiş, Cavabdeh həmin təşkilatda Qovlar dəmir yol vağzalının rəisi vəzifəsində çalışmışdır. İşə qəbul olan gündən onu cavabdeh sürücü kimi işə qəbul etmişdir. Cavabdeh ona bildirmişdir ki, Qovlar şəhərində vağzalla üzbəüz olan ümumi sahəsi 24 kv.m torpaq sahəsi dəmir yol vağzalının balansındadır və o həmin torpaq sahəsini satır. O, həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Qarşılıqlı razılaşma əsasında torpağın alqı-satqısı üçün nağd olaraq Cavabdeh 10000 manat pul vermişdir. Pulu verdikdən sonra ona satılan torpaq sahəsinin eni və uzunluğunu cavabdeh naturada ölçüb təhvil vermişdir. Cavabdeh pulu aldıqdan sonra ona vəd etmişdir ki, həmin torpaq sahəsi dəmir yolunun balansındadır və həmin torpaq sahəsini özü onun adına sənədləşdirəcəkdir. O, Cavabdeh rəis olduğundan səlahiyyətli şəxs bilmiş, həmin torpağı inzibati orqanın rəisi olduğundan istədiyi vaxt sərəncam verib adına sənədləşdirə biləcəyini güman etmişdir. Cavabdeh onun rəisi olduğuna görə ona tam inanmış, torpaq sahəsi ona təhvil verildikdən sonra həmin torpaq sahəsində tikinti inşa olunması üçün xım qazdırmışdır. Cavabdeh ona satdığı torpaq sahəsində tikinti aparılmasına Tovuz Rayon icra hakimiyyətinin əməkdaşları tikilinin qanunsuz olduğunu bildirərək orada tikili aparılmasına icazə verməmişlər. Qazdırdığı xımı isə torpaqla doldurmuşlar. Həmin torpaq sahəsi hal hazırda da boşdur. Cavabdehə bu barədə bildirsə də, yenə vəd etmişdir ki, o sənədləri düzəldəcək və orada tikinti işləri davam etdiriləcəkdir. O, həmin vaxtlar Tovuz Rayonu Qovlar şəhərində yerləşən mülkiyyətində olan qeyri-yaşayış binasını Vüqar adlı şəxsə 52000 manata satmışdır. Həmin pulun onda olmasını cavabdeh bilmişdir. Cavabdeh ona bildirmişdir ki, TOPAZa pul lazımdır, təcili dəmir yolunun işçisi X1 10000 manat pul verilməlidir, o, Cavabdeh dediyi kimi, dəmir yolunun işçisi olan Fərmayıl Sultanova 10000 manat pul vermişdir. 10000 manat pul verdiyini Fərmayıl da təsdiq edə bilər. Fərmayıl Sultanova 10000 pul verdikdən 2 ay sonra Cavabdeh ondan yenə təkrar 10000 manat borc pul istəmişdir. Həmin pul Qovlar şəhərində sahibkarlıqla məşğul olan Mübariz adlı şəxsə verilmişdir. Belə ki, Əsgərov X4 inşaat materialı almışdır. İddia tələbinin bu hissəsini də Mübariz təsdiq edə bilər. Bundan başqa Cavabdeh ondan yenə borc istəmiş və həmin pulları bank vasitəsi ilə dediyi şəxslərin adına onun vasitəsilə göndərilməsini xahiş etmişdir. Onun xahişi ilə bank vasitəsi ilə Bakı şəhərində uşaqlarına xidmət edən X2 204 manat, qaynı X5 ayrı ayrılıqda 2006 manat, 4012 manat və 2758 manat, X13 ayrı ayrılıqda 2006 manat, 4012 manat, sürücüsü Teymura 2006 manat ödəmişdir. Həmin pulları borc şəklində Cavabdeh vermişdir. Həmin şəxslərə ödədiyi pulların qəbzlərini ərizəsinə əlavə etmişdir. Cavabdeh ona vəd etmişdir ki, borclarını tam ödəyəcək və onun bütün vədlərinə inanmışdır. Dəfələrlə ondan borcun qaytarılmasını tələb etsə də borclarını müxtəlif bəhanələrlə qaytarmır. Özü xəstə olduğuna görə cavadehin oğlu Toğrul Əsgərovla görüşüb atasının ona iddia ərizəsində göstərdiyi kimi borclarının olduğunu və borcun qaytarılmasını tələb etmişdir. 2022ci ilin yay aylarında Toğrul ona vəd etmişdir ki, atasının borcundan xəbərdardır və borcun yarısını özü şəxsən ödəyəcəkdir. O, Toğrula inanaraq gözləmək məcburiyyətində qalmışdır. Bununla bağlı polisə müraciət etsə də, polisdən işin mülki xarakterli olmasını bildirmişlər. Odur ki, cavabdehdən 42992 manat borcun və 220 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, tərəflərlə yerlidirlər. Mehman bacısı qızının həyat yoldaşıdır. Bir gün Mehmangilə gedəndə ər arvad arasında mübahisə olduğunun şahidi olmuşdur. Mübahisə isə Mehman arvadına 10000 manat gətirməsini, həmin pulu Cavabdeh verəcəyini bildirməsi üçün yaranmışdır. Dəfələrlə Mehmanın arvadı ilə Cavabdeh evinə pulu tələb etməyə getmişlər, hər dəfə Cavabdeh arvadı onları qapıdan qovmuş, imkanlarının olmadığını bildirmişdir. Şahid qismində dindirilən X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır. Cavabdeh mülkiyyətində olan obyektdə TOPAZ işlədir. Bir gün həmin obyektdə pul lazım olmuş, Cavabdeh İddiaçı 10000 manat pul verməsini istəmiş, Mehman da 10000 manatı gətirib ona vermişdir. O isə həmin pulu kassaya ödəmişdir. Şahid qismində dindirilən X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mehman onun kürəkənidir. X16 Əsgərova pul verməsinin üstündə daim mübahisə düşmüşdür. Məbləği yadında olmasa da, bir gün qızıgilin evində olan zaman Mehman yenə arvadından pul gətirməsini, həmin pulu Cavabdeh verəcəyini bildirmişdir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı X2 204 manat, X10 2006 manat, 2758,25 manat, X11 2006 manat, 2006 manat, X3 2006 manat pul köçürmüşdür. Məhkəmə iddiaçının izahatlarını, şahidlərin ifadələrini dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 42992 manat borc şəklində cavabdehə verdiyini iddia etmişdir. Lakin məhkəmə iclasında İddiaçı həmin pulun cavabdehə verilməsi barədə konkret sübut təqdim etməmişdir. Belə ki, işə əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı X2 204 manat, X10 2006 manat, 2758,25 manat, X11 2006 manat, 2006 manat, X3 2006 manat pul köçürmüşdür. Göründüyü kimi, iddiaçı təqdim etdiyi qəbzlərdə pulun cavabdehə deyil, başqa şəxslərə verməsi təsdiq olunur. Lakin həmin şəxslərə qarşı iddia qaldırmamışdır. Eyni zamanda şahid Fərmayıl Sultanov pulun 10000 manatının ona verildiyini təsdiq edir. Həmin pulların cavabdehin xahişinə əsasən, başqa şəxslərə verməsini bildirir və bu hal həmin pulun cavabdehdən tələb edilməsi üçün əsas deyil. Eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatı heç bir sübutla təsdiq olunmur ki, həmin pulları Cavabdeh vermişdir. İddiaçı həmin pulları müxtəlif şəxslərə köçürmüşdür. Ona görə də həmin şəxslərdən pulunu tələb edə bilər. Həmçinin işə əlavə olunmuş sənədlərdə İddiaçı Cavabdeh pul verməsi barədə heç bir sübut yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yarandığı zaman qüvvədə olan 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin müddəa həmçinin Mülki Məcəllənin hazırda qüvvədə olan 739.2-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı, nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının cavabdehə borc verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 42992 manat məbləğində borcun və ödənilmiş 220 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar