Məhkəmə qərarları › İş №2(062)-619/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-619/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-619/2024 13.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun UAZ 3962 saniyar yük markalı **-BF-*** dövlət nömrə nişanlı avtomaşınına dəyən 1535 manat dəyərində zərərin və dövlət rüsumu hesabına ödənilmiş 36 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, ona məxsus UAZ 3962 saniyar yük markalı 21BF108 dövlət nişanlı avtomaşını idarə edirdi. 09 sentyabtr 2023-cü il tarixdə saat 22 radələrində o idarə etdiyi UAZ 39625 saniyar yük markalı 21BF108 dövlət nömrə nişanlı avtomaşını Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində hərəkətdə olarkən cavabdeh idarə etdiyi VAZ 21214 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşında idarə etməni itirərək onun hərəkət zolağına çıxmış və maşınlarının toqquşması zamanı xəsarət alan olmasa da onun maşınına ciddi ziyan dəymişdir. Hadisə zamanı Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, araşdırılma aparmışlar və məlum olmuş ki, hadisəyə səbəb Cavabdeh yol hərəkətini pozması olmuşdur. Onun barəsində inzibati protokol tərtib olunmuş və iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayonu Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 3(062)-955/2023 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilmişdir. Avtomaşınlara dəyən ziyanın miqdarı barədə akt hazırlandı və onun avtomaşınına dəyən zərərin miqdarı cəmi 1535 manat hesablanmışdır. Hadisə zamanı cavabdeh sərxoş vəziyyətdə idarə etdiyinə görə ona sığorta ödənişindən imtina edimişdir. Ona görə Cavabdeh onun UAZ 3962 saniyar yük markalı **-BF-*** dövlət nömrə nişanlı avtomaşınına dəyən 1535 manat dəyərində zərərin və dövlət rüsumu hesabına ödənilmiş 36 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini mdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddianı qəbul edir, ancaq maddi vəziyyəti aşağı olduğundan ziyanı ödəyə bilmir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı **-BF-*** qeydiyyat nişanlı VAZ 396201 sanitar yük minik avtomobilinə cəmi 1535 manat ziyan dəymişdir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(062)- 955/23 saylı qərarından görünür ki, Cavabdeh inzibati xəta törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya məxsus UAZ 3962 yük markalı 21BF108 dövlət nişanlı avtomaşın 09 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində hərəkətdə olarkən adını İddiaçı idarə etdiyi VAZ 21214 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, maşınların toqquşması zamanı onun maşınına ziyan dəymişdir. Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayonu Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 3(062)-955/2023 nömrəli qərarİna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə edilmişdir. Avtomaşınlara dəyən ziyanın miqdarı barədə akt hazırlanmış və onun avtomaşınına dəyən zərərin miqdarı cəmi 1535 manat hesablanmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 1535 manat dəyərində avtomobilə dəymiş zərərin əvəzi alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1535 manat alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar