Məhkəmə qərarları › İş №2(062)-643/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-643/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-643/2024 13.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ona borclu olduğu 1000 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh ona məxsus heyvandarlıq təsərrüfatında çoban işləmək niyyətində olduğunu bildirmiş, uşağının xəstə olmasını əsas gətirərək ondan 1000 manat avans almış, lakin sonradan işləmədən və heç bir məlumat vermədən çıxıb getmiş və onu aldatmışdır. Odur ki, Cavabdeh ona borclu olduğu 1000 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilən X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 5-6 il fermada işləmişəm və Vidadini də elə fermadan tanımışdır. Vidadi Habili çoban kimi işə götürmək istəyəndə ondan Habilin necə biri olduğunu soruşmuşdur. Daha sonra Habilin ondan pul istədiyini və Habilə pul verib-vermədiyini soruşmuşdur. O da Vidadiyə Habilə etibar edərək pul verməyin mümkünlüyünü bildirmişdir. Şahid qismində dindirilən X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iddiaçı onun əridir. Əri Cavabdeh pulu yataq sahəsində vermişdi. Cavabdehə pulu verərkən cavabdeh demiş ki, hazırda işlədiyi yerdə hesablaşaraq, növbəti gündən gəlib onlarda işləyəcəkdi. Pulu verərkən o və əri iştirak etmişlər. Cavabdeh bildirdi ki, onun 1000 manat borcu vardır. Borcunu bağlayıb, gəlib onlarda işləyəcək. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus heyvandarlıq təsərrüfatında çoban işləmək niyyətində olduğunu bildirmiş, uşağın xəstə olmasını əsas gətirərək ondan 1000 manat borc almışdır. Məhkəmə hesab edir ki, 1000 (min) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 1000 ( min) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar