Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-667/2024 15.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda–iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Ərizədən görünür ki, ərizəyə belə məlumatlar əlavə edilməmişdir. Belə ki, iddiaçı hər iki cavabdehin fərdi identifikasiya nömrəsini eyni şəkildə göstərmişdir. Halbuki, FİN-şəxsiyyət vəsiqəsinin X1 (əvvəllər PİN adlanırdı). Fərdi identifikasiya nömrəsi-şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kod vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kod isə 7 simvoldan (“İ” və “O” hərfləri istisna olmaqla ingilis əlifbasının hərfləri və rəqəmlərdən) ibarətdir. Vəsiqənin FİN-kodu axırıncı sətirdə göstərilən son səkkiz simvolun ilk yeddisi təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin təmirinə çəkilmiş xərcin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-667/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-667/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver