Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-67/2023 20.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “həyətyanı və pay torpaq sahəsinin naturada ayrılması, giriş-çıxış yolunun açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “həyətyanı və pay torpaq sahəsinin naturada ayrılması, giriş-çıxış yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Əyyublu kəndində yerləşən mülkiyyətində olan **********01 və **********71 saylı çıxarışda göstərilən torpaq sahəsinin naturada ayrılmasına, naturada torpaq sahəsi ayrılarkən inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin ona ayrılmasına, dəmir qapının açılmasına, əvvələr gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasarın sökülməsinə, fərdi yaşayış evinə əvvələr giriş üçün olan qapının və gediş-gəliş yolunun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1146/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə mərhum anası X2 miras qalmış 0,25 ha həyətyanı və 0,21 ha pay torpaq sahəsindən 1/10 hissədə payı müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış, icra olunmuş və qətnaməyə əsasən DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən 17 iyul 2021-ci il tarixdə reyestr nömrəsi **********01 və **********71 saylı çıxarışla adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Anasının sağlığında və mübahisə olunan torpaq sahəsində cavabdehin iştirakı ilə eni 12 metr, uzunluğu 16,5 metr olan kürsülü yarımçıq tikili inşa etdirmişdir. Giriş-çıxış yolu Məhərrəmin razılığı ilə açılmışdır. Həmin yolun anasının məxsusi ona ayırdığı və sonradan inşa etdiyi tikili üçün nəzərdə tutulmuşdur. Həmin otaq 1986-cı ildən onun istifadəsində olmuş, özünə məxsus əşyaları da həmin otağa yerləşdirilmişdir. Anasına məxsus torpaq sahəsinin gediş-gəliş yoluna bitişik olan sərhəddini daş hasarla əhatəyə almışdır. Anasının vəfatından sonra mübahisə yarandığından giriş-çıxış üçün nəzərdə tutulan yolu cavabdeh daş hasarla bağlamışdır. Bundan başqa onun istifadəsində olan otağın girişini cavabdeh bağlamışdır. Ona məxsus olan əşyalarda həmin evdədir. Cavabdehin təqsiri ucbatından mülkiyyətində olan torpaqdan istifadə edə bilmir. Qarşılıqlı razılaşma əsasında reyestrdə qeydə alınmış torpaq sahəsini bölə bilmir. Ona görə də məhkəmə qaydasında pay, həm də həyətyanı torpaq sahəsi naturada bölünməlidir. Həyətyanı torpaq sahəsi naturada bölünərkən öz şəxsi vəsaiti hesabı ilə tikili nəzərə alınmalıdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsinin naturada ayrılıb ona verilməsi 3-cü şəxslərin hüquqlarını pozmur. Bundan başq qeyd etdiyi qaydada torpaq sahəsi naturada ayrılıb ona verilməsi hər iki tikili üçün yoldan istifadə etməsinə mane olmur. Cavabdeh tərəfindən giriş-çıxış yolunda tikilmiş hasar sökülməli, giriş-çıxış yolu açılmalıdır. Ata evində əvvəllər istifadə etdiyi otağın giriş qapısı da açılmalıdır. Cavabdeh özü tərəfindən onun həyətdə inşa etdiyi fərdi yaşayış evində yaşayır. Köhnə ev valideyinlərinə məxsusdur və qəzalı vəziyyətdə olmaqla amortizasiyaya uğramışdır. İddiaçı X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etdi, iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək idda tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)- 1146/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə Tovuz rayonu Əyyublu kəndində yerləşən X6 mülkiyyətində olan JN1439 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,25 ha və JN 1683 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,21 ha pay torpaq sahəsinin 1/10 hissəsi üzərində X3 payı müəyyən olunmuşdur. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5998 saylı ekspert rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kənd ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən X3 1/10 payının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Tovuz rayonu Əyyublu kənd ərazisində yerlən 0.2074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təqdim olmunmadığından həmin torpaq sahəsi üztə tədqiqat aparılmamış, Tədqim olunan Tovuz rayonu Əyyublu kənd ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən X3 1/10 payının naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Göründüyü kimi iddiaçı inşa etdirdiyi tikilinin ona aid hissədə saxlanılmaqla torpaq sahəsinin bölgüsünü xahiş edir ki, ekspert rəyi ilə də bunun iddiaçının tələb etdiyi qaydada mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin yolun açılmasına dair hissəsi ilə bağlı onu qeyd edir ki, göründüyü kimi iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddia ərizəsində göstərilən qaydada torpaq sahəsinin naturada ayrılması hər iki tikili üçün ayrıca yoldan istifadəyə mane olmur.Göründüyü kimi iddiaçı yolun açılmasını naturada bölgünün mümkünlüyü ilə əlaqələndirmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçının naturada torpaq sahəsinin ayrılmasına dair hissəsi təmin edilmədiyindən, iddia tələbi qalan hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “həyətyanı və pay torpaq sahəsinin naturada ayrılması, giriş-çıxış yolunun açılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “həyətyanı və pay torpaq sahəsinin naturada ayrılması, giriş-çıxış yolunun açılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-67/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-67/2023
20.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver