Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-68/2024 10.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2000 manat məbləğində pulun və 40,40 manat ödənilmiş dövlət rüsümünün alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onula əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 23 avqust 2002-ci il tarixli qətnaməsinə əsasən onun mərhum X1 adına olan Tovuz şəhəri Səməd Vürğun küçəsi 10 saylı evin 16 saylı mənzilindən yaşayış hüququ bərpa edilməklə iki nəfər azyaşlı uşağı ilə birlikdə mənzilin girişinin sağdakı 16,6 kv.m sahəsi olan gəlin getdiyi otağa köçürülməsi qət olunmuşdur. Həmin qətnamə icra olunmuş və o həmin vaxtdan hal-hazıra kimi həmin evdə yaşayır. Cavabdeh ilə divar qonşusudurlar. Cavabdeh evində olan su və ya kanalizasiya borularında olan nasazlıq ucbatından onun yaşadığı evin divarları nəm çəkmiş və yararsız hala düşmüşdür. O dəfələrlə Cavabdeh boruları təmir etmyini xahiş etsə də onun xahişlərinə məhəl qoyumadığına görə məcbur olub şikayət ərizəsi ilə Tovuz rayon PŞ-nə müraciət etmişdir. Bundan sonra cavabdehin səhhəti ilə əlaqədar əməliyyat olunmuş, daha sonra isə cavabdehin oğlu vəfat etmişdir. O, qonşu kimi yenə də cavabdehin vəziyyətini anlayaraq məhkəməyə müraciət etməmişdir. Cavabdeh ona guya boruları təmir etdiyini bildirsə də yaşadığı evin divarları nəm çəkməkdən yararsız hala düşmüşdür. İyul ayında Bakı şəhərindən evinə qayıdan zaman görmüşdür ki, nəmişlikdən evə girmək mümkün deyildir. Su sızması nəticəsində evin divarları tam yarasız hala düşmüşdür. Bu barədə cavabdehə bildirsə də cavabdeh yeni təmir işləri gördürdüyünü demişdir. Ona görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh qapını açmamış, rəyin verilməsi üçün lazımı şərait olmamışdır. Eyni zamanda ziyan vurulan yerin mənbəyi müəyyən edilməmişdir. Cavabdeh gələcəkdə yenə fəsadların olmaması ilə bağlı heç bir tədbir görmür. Evin divarı çökmək üzrədir. Odur ki, iddianın tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 26 aprel 2024-cü il tarixli 3-16-16/2-10/48 saylı ekspert rəyindən görünür ki, Tovuz şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evin 16 saylı mənzilin divarları üzərində su sızma ləkələrinin olduğu, Tovuz şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evin 16 saylı mənzilinin divarına 5 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 5 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən də 16 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Tovuz şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evin 16 saylı mənzilinin divarında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 435,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh ilə divar qonşusudurlar. Yəni, cavabdeh eyni binanın 5-ci, iddiaçı isə 16-cı mənzilində yaşayır. Tovuz şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evin 16 saylı mənzilin divarları üzərində su sızma ləkələrinin olduğu, Tovuz şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evin 16 saylı mənzilinin divarına 5 saylı mənzildən suyun sızması müəyyən olunur. Tovuz şəhəri, Səməd Vurğun küçəsi 10 saylı evin 16 saylı mənzilinin divarında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 435,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardan biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasında öhdəlik münasibətləri yaranmış,cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Tərəflər arasında yaranan öhdəlik münasibətləri qanundan əmələ gələn öhdəlik münasibətidir. Mübahisəni tərəflər öz aralarında həll edə bilmədiyinə görə vurulmuş ziyan cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MM-nin 21.1- ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.3-ci maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2- ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus mənzilə ziyan dəymiş və vurulmuş ziyan ekspertiza rəyi ilə 435 manat hesablanmışdır. Vurulmuş ziyan cavabdeh tərəfindən vurulduğundan iddiaçının qanunla qorunan hüquqları bərpa olunmalı, yəni vurulmuş ziyanın məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin vurulmuş ziyana aid qalan hissəsi ilə bağlı sübut təqdim edilmədiyindən iddia qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh qız İddiaçı 435 manat məbləğində pul ödənilməlir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul da cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 435 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia qalan hisədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-68/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-68/2024
10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver