Məhkəmə qərarları › İş №2(062)-687/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-687/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-687/2024 21.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiacının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı"xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və Cavabdeh2 1 il ödənilməyən 360 manat icarə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 1 il ödənilməyən icra haqqı olan 360 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib cavabdehlərin "xxxx" ASC-yə məxsus qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz şəhəri Y.Sadıqov küçəsində yerləşən qeyri-yaşayış sahəsi (anbar binası) "xxxx" ASC-nin mülkiyyətindədir, həmin qeyri-yaşayı sahəsi Cavabdeh1 tərəfindən qeyri-qanuni zəbt edilmişdir. Bir ilə yaxındır ki, ASC-nin rəhbərliyi dəyişmiş və hazırda onun rəhbəri X2r. Qeyd edir ki, bu müddət ərzində, yəni bir ilə yaxındır ki, cavabdeh həmin anbarda 3 uşaqla təhlükəli şəraitdə yaşayır və çıxmaqdan imtina edərək qanuni hüquqlarını həyata keçirməyə mane törədirlər. Dəfələrlə həmin vətandaşın çıxmasını tələb etsələrdə çıxmaqdan imtina edirlər. Həmçinin həmin qeyri-yaşayış sahəsində təmir-bərpa işləri aparmalıdırlar, lakin həmin vətandaş müxtəlif maneə törədir onlara məxsus qeyri yaşayış sahəsinə daxil olmaqlarına və təmir işlərinin aparılmasına qəsdən imkan vermir. Balanslarında olan müxtəlif təyinatlı qeyri-yaşayış sahələri müxtəlif şəxslərə icarəyə verilmişdir. Digər Cavabdeh2 onlara məxsus Tovuz şəhəri Sabir küçəsində yerləşən qeyriyaşayış sahəsindən onlarala bərabər istifadə edir. Cavabdeh 1 ildir aylıq icarə haqqı olan 360 manatı ödəməkdən imtina edir. O qeyri-yaşayış sahəsinə daxil olmadığına, orada təmir işləri aparılmasına qəsdən imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işin baxılmasının başqa vaxta təyin olunması barədə ərizə göndərməmişlər.Məhkəmə onların iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Tovuz şəhəri Y.Sadıqov küçəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. Yəni, X3 55222 səhmə malikdir. Cavabdeh2 isə 58 səhmə, ümumi səhmlərin 0,1050 faizinə malikdir. Cavabdeh1 isə hər hansı hüquqa malik deyildir. Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsi iddiaçının ona məxsus səhmlərdən istifadə etməsinə maneə yaradır. Odur ki, o həmin qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Belə ki, Азярбайcан Республикасы ММ-нин 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 99.1-ci madəsinəəsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, göründüyü kimi Cavabdeh2 səhmdar olmaqla cüzi bir səhmə malikdir. Onun hər hansı səhmə malik olması qeyri-yaşayış sahəsindən bilavasitə iştirak etməsi anlamına gələ bilməz. Yəni, həmin cavabdeh səhmə malik olmaqla həm də qeyri-yaşayış sahəsindən istifadə edir ki, bu da digər səhmdarların hüquqlarının pozulması ilə nəticələnir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, həmin səhmdarın qeyri-yaşayış sahəsindən çıxarılması onun səhmdar kimi hüquqlarına toxunmur. Belə ki, Mülki Məcəllənin 106-1.3-cü maddəsinəəsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə məxsus Tovuz şəhəri Y.Sadıqov küçəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki,ödənilmiş 100 manat dəyərində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə məxsus Tovuz şəhəri Y.Sadıqov küçəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə təhvil verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar