Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-722/2025 15.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinin zədələnməsi nəticəsində dəymiş maddi zərər qismində 1510 manat məbləğində pul vəsaitinin və ödənilmiş 35.1 manat məbləğində dövlət rüsumunun cavabdehdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 yanvar 2025-ci il tarixində Cavabdeh "VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində manevr etmə qaydasını pozaraq, iddiaçıya məxsus "VAZ 21060" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində zərərçəkmişin avtomobilinə 1510 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2025-ci il tarixli, TP6992463 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Cavabdehin idarə etdiyi avtomobilin sığortası olmamış və o, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməkdən imtina edir. Tərəflərin izahatları Məhkəmənin baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmənin baxış iclasında cavabdeh izahatında bildirmişdir ki, 15 yanvar 2025-ci il tarixində toqquşma hadisəsinin baş verməsində onun kimi iddiaçı da təqsirkardır. İddiaçı hadisə baş verən zaman sərxoş vəziyyətdə olmuş, bununla bağlı yol polisində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Maddi imkanı aşağı olduğu üçün iddiaçının avtomobilinin təmirini həyata keçirə bilməmişdir. Həmçinin hadisə nəticəsində özünə məxsus "VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də zədələnmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar AC364715 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-BR- *** dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsinin sahibi X1 göstərilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş 21116 npmrəli 09.102024-cü il tarixli etibarnaməyə əsasən X1 tərəfindən İddiaçı **-BR-*** dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsini idarə etmək və sərəncam vermə hüququ verən etibarnamə verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-il tarixdə tərtib edilmiş 14 nömrəli qiymətləndirmə aktının surətindən müəyyən olunur ki, **-BR-*** dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 1510 manat məbləğində hesablanmışdır. Cavabdeh Tovuz Rayon Polis İdarəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatın məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Tovuz şəhəri Sabir küçəsindən "VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olmuşdur. Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən “priyez” deyilə ərazidən keçdikdən sonra sola dönən zaman qarşı hərəkət zolağına çıxmış və Böyük Qışlaq kəndi istiqamətində hərəkət edən 01- BR-179 dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsinin gəldiyini görmüşdür. Hadisə baş verməməsi üçün nəqliyyat vasitəsini saxlasa da həmin avtomobillə toqquşmuş və avtomobillər zədələnmişdir. İddiaçı Tovuz Rayon Polis İdarəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatın məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində 01- BR-179 dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsi ilə Böyük Qışlaq yolunda hərəkət edərkən Qovlar yolunun kəsişməsində "VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun yoluna çıxmış və toqquşmuşdur. Nəticədə avtomobillər zədələnmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2025-ci il, saat 22:30-da, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində "VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – İddiaçı xx.xx.2025-ci il, saat 22:30-da, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində **-BR-*** dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). İş üzrə İddiaçı istifadəsində olan **-BR-*** dövlət qeydiyyat nişanlı VAZ21060 markalı nəqliyyat vasitəsinə təqsirli olaraq törətdiyi hüquqa zidd hərəkətləri ilə ziyan vuran şəxs "VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh olması işin mübahisəsiz hallarıdır. Belə ki, hadisənin baş verməsində məhz həmin şəxsin təqsirli olması, yəni hüquqa zidd əməlin baş verməsində iradəsində nöqsan olan şəxsin məhz Cavabdeh olması hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla müəyyən edilir. Nəticədə Cavabdeh barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir Məhkəmə həmçinin zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı İddiaçı yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmasının zərərin yaranmasına və artmasına mümkün təsirinin və şərait yaratmasının nəzərə alınmasını zəruri hesab edir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-722/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-722/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver