Məhkəmə qərarları › İş №2(062)-726/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-726/2025

02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-726/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 1715 manat pulun, 37 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1752 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, elektriklə işləyən məişət avadanlıqları satmaqla kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Cavabdehi həmin vaxt tanımışdır. Cavabdeh ilə aralarında olan 17 sentyabr 2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən 1 ədəd LG markalı soyuducunu 1800 manata satmışdır. Həmin məhsul üzrə cavabdeh ona ilkin ödəniş etməmişdir. Aylıq ödəniş cədvəlinə əsasən isə 12 ay ərzində hər ay ona 150 manat olmaqla ödəniş etməli idi, lakin bu ödəmədən yalnız sentyabr ayı üçün olan ödəməni etmişdir. Cavabdeh cəmi bir ay 150 manat ödəmə etmiş bundan sonra heç bir ödəmə etməmişdir. Nəticədə onun müqavilə üzrə borcu 1650 manat təşkil edir. Bundan başqa cavabdeh əvvəllər sadə telefon da götürmüşdür. Həmin telefon üzrə 65 manat verəcəyi qalmışdır. Həmin pulu da tezliklə bağlamağı söz versə də həmin pulu da qaytarmamışdır. Beləliklə Cavabdeh ona cəmi 1715 manat borcu yaranmışdır. Cavabdehlə borcunu ödəməyi tələb etsə də, buna heç bir məhəl qoymur. Bu səbəbdən də, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, o iddianı qismən qəbul edir.Belə ki, onun iddiaçıya 1685 manat borcu vardır. İyun ayından etibarən hər ay 70 manat ödəyəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı 1800 manat dəyərindəki LG markalı Soyuducunu alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, ididaçı 1800 manat dəyərində soyuducunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh soyuducunun dəyərindən cəmi 150 manat ödəniş etmişdir. Belə olan halda, cavabdeh tərəfdən daha çox ödəniş edilməsinə və ya daha az borcun qalmasına dair hər hansı sübut təqdim edilmədiyindən, 1650 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 manat 50 qəpik cavabdehdən tutularaq iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1650 (min altı yüz əlli) manat pul və 36 manat 50 qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar