Məhkəmə qərarları › İş №2(062)-738/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-738/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-738/2024 07.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (əri) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 37000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 201 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi həmkəndlisi kimi tanımışdır. Onunla yaxın tanışlığı qaynı X8 ilə cavabdehin qızının nişanlı olmaları üzrə olmuşdur. Yaranan qohumluq münasibətlərinə görə cavabdeh onun pulunun olmasını bilmiş və ona bildirmişdir ki, borca pul lazımdır. Yeni yaranmış qohumluq münasibətlərinə görə ona inanıb 2021-ci ilin avqust ayında 37000 manat borca pul vermişdir. Cavabdehə borc kimi verdiyin pulun 10000 manat hissəsini X1 almışdır. Cavabdeh onun borc verdiyi pulu qaytarmadığı üçün o da, adını çəkdiyi şəxsdən borc aldığı pulu qaytara bilməmişdir. Bu səbəbdən X2 pul tələbinə dair iddia ilə ona qarşı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında iddia təmin edilmişdir. O, cavabdehdən verdiyi 37000 manat pulu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə ondan polisə əsassız şikayətlər edir. Pulunu ala bilmədiyi üçün məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, pulu cavabdehə hissə-hissə vermişdir. Cavabdehə pul verməsi barədə hər hansı yazılı müqavilə bağlamamışlar. Cavabdeh alver ilə məşğul olmuş və ona bildirmişdir ki, əldə etdiyi qazancdan ona da verəcəkdir. Bu səbəbdən cavabdehə borc pul vermişdir. Cavabdeh intihara cəhd etdiyi üçün Tovuz rayon Prokurorluğunda araşdırılma başlanmışdır. Həmin araşdırma üzrə arvadı Aygün cavabdehə pulu onun verməsini göstərsə də, bu belə deyildir. Pulu bir yerdə vermişlər və hazırda o tələb edir. Aparılan araşdırmadan da narazıdır. Sonradan bilmişdir ki, araşdırma onun əleyhinədir. Onu da göstərdi ki, arvadı Aygünün prokurorluqdakı izahatında olan cavabdehə borc verdiyi pul məbləği ilə hazırda tələb etdiyi pul məbləği eynidir. Yəni ər-arvad olaraq cavabdehə ayrı-ayrı 37000 manat pul verməmişlər. Ümumi olaraq cavabdehə 37000 manat pul verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahatında göstərdi ki, iddiaçı ilə onların qohumluq münasibətləri olmuşdur. Belə ki, onların qızı ilə iddiaçının qaynı bir müddət nişanlı olmuş, daha sonra isə xasiyyətləri uyğunlaşmadığı üçün ayrılmışlar. Bundan sonra da elə aralarında mübahisələr yaranmağa başlamışdır. Arvadı Samirə iddiaçı Elnur Mizrəyevdən borc almamışdır. Onun arvadı ilə iddiaçının arvadı Aygün arasında borc münasibətləri olmuşdur. Hansı ki, bu münasibətlər borc deyil, sələm formasında olmuşdur. Çünki iddiaçının arvadı sələm vermək ilə məşğuldur. Elə iddiaçının arvadı Aygün də onun arvadına 12-15 faiz aralığında faizə pul vermişdir. Hansı ki, Aygün başqa şəxslərə 15-20 faizlə sələm verməsinə baxmayaraq qohumluq münasibətlərini nəzərə alaraq onun arvadına bir nov faizdə güzəşt etmişdir. Ümumilikdə isə arvadı Samirə iddiaçının arvadı Aygündən 26000 manat borc almış və həmin məbləği artıqlaması ilə qaytarmışdır. Hansı ki, iddiaçı və ailəsinin təzyiqi ucbatından arvadı Samirə intihara cəhd etmişdir. Bu səbəbdən Tovuz rayon Prokurorluğunda araşdırılma başlamışdır. Həmin araşdırma üzrə cinayət işinin başlanması rədd edilsə də, iddiaçının arvadı Aygünün izahatı ilə hazırda borc kimi tələb olunan pulun onun tərəfindən Samirəyə verilməsi, habelə, həmin pulun artıqlaması ilə qaytarılması təsdiq edilmişdir. Həmin vaxt izahatında iddiaçının arvadı Aygün göstərmişdir ki, Samirənin ona heç bir verəcəyi qalmamışdır. Lakin bundan sonra onun əri tərəfindən əsassız olan hazırki iddia qaldırılmışdır. Hansı ki, iddiaçı tərəfindən onun arvadına borc pul verilməmişdir. Əgər iddiaçı onun arvadına borc vermişsə sübut etsin. Təkrarən göstərir ki, pulu arvadı Samirəyə verən iddiaçının arvadı Aygün olmuşdur. Həmin pul isə qaytarılmışdır. Bu Aygünü özünü izahatı ilə təsdiqin tapır. Aygün tərəfindən verilən borc pulun isə iddiaçı tərəfindən nə üçün tələb edilməsini anlaya bilmir. Çünki iddiaçının buna haqqı çatmır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh dərman içərək özünü öldürməyə cəhd etməsi faktı üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İddia tələbinin dəlillərindən görünür ki, İddiaçı Cavabdeh 37000 manat borc pul verməsini, lakin, cavabdehin borc kimi verdiyi pulu qaytarmamasını iddia edərək ondan həmin vəsaiti tələb edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddia tələbinin yuxarıda sadalanan maddi hüquq normaları ilə sistemli təhlilinə keçməzdən əvvəl aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). İş materialları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olmamışdır. Cavabdeh tərəf israrlı şəkildə bildirmişdir ki, borcla bağlı onunla iddiaçının arvadı arasında hüquq münsibətləri yaranmışdır. İddiaçı isə həmin halı belə izah etmişdir ki, pulu arvadı ilə bir yerdə vermişlər. Həmçinin göstərmişdir ki, prokurorluqda araşdırma zamanı arvadı Aygünün izahatında cavabdehə borc verməsini qeyd etdiyi pul məbləği ilə hazırki tələb etdiyi pul məbləği eynidir. Həqiqətən də məhkəmə sorğusu əsasında Cavabdeh intihara cəhd etməsi ilə bağlı aparılmış araşdırma Tovuz rayon Prokurorluğu tərəfindən təqdim olunan zaman iddiaçının arvadı X5 izahatından məlum olmuşdur ki, borc pul onun tərəfindən Cavabdeh verilmişdir. Hazırda da Cavabdeh ona hər hansı pul borcu qalmamışdır. Belə ki, Cavabdeh borcun bir hissəsini qaytarmış, qalan hissəni isə o Samirəyə güzəşt etmişdir. Bir sözlə Cavabdeh ona borcu yoxdur. Həmin araşdırma üzrə Cavabdeh da izahatında pulu sələm olaraq X4 götürməsini və hamısını qaytarmasını bildirmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh borc pul verməmişdir. Hazırda onun tələb etdiyi pul aravdı Aygünün cavabdehə verdiyi, cavabdehin də onun arvadına qaytardığı pul vəsaitidir. Bu halın mövcudluğu da iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ malik olmamasına dəlalət edir. Hansı ki, göstərilən hal Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasında iddiaçının diqqətinə çatdırılsa da, iddiaçı bununla razılaşmamış və sürülmüş iddia tələbinə baxılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar