Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-750/2024 22.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun “VAZ 21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşınına dəyən 2365 manat dəyərində zərərin və dövlət rüsumu hesabına ödədiyi 44 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “VAZ 21063” minik markalı 02BX768 dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh idarə etdiyi “Hyundaiİ30” minik makalı, 77BO179 dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuşdur.Belə ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Hyundai İ30” minik makalı, 77BO179 dövlət qeydiyyat nişanlı nəqliyyyat vasitəsi ilə Tovuz şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən düzgün manevr etməmiş və onun idarə etdiyi “VAZ 21063” minik markalı 02BX768 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Toqquşma zamanı onun maşınına ciddi ziyan dəymişdir. Hadisə zamanı ona Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, araşdırma aparmışlar və məlim olmuşdur ki, hadisəyə səbəb Cavabdeh hərəkətləri olmuşdur. Odur ki, Cavabdeh barəsində inzibati protokol tərtib olunmuş və iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 3(062)1019/2023 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Avtomaşınlara dəyən ziyanın miqdarı barədə zərər aktı hazırlanmış və onun avtomaşına dəyən zərərin miqdarı cəmi 2365 manat hesablanımışdır. Hadisə zamanı Cavabdeh idarə etdiyi “Hyundaiİ30” minik makalı, 77BO 179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasityəsinin sığortası olmadığına görə ona sığorta ödənişindən imtina edilmişdir. Ona görə də, Cavabdeh onun “VAZ21063” minik markalı 02BX 768 dövlət qeydiyyat nişanlı avtomaşınına dəyən 22365 manat dəyərində zərərin və dövlət rüsumu hesabına ödənilmiş 44 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, əgər cavabdeh pulu ödəmirsə onda ona avtomobilinin eynisini versin. Odur ki, iddianın təmin ediməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, izahatında bildirdi ki, barəsində protokol tərtib olunmuş və cəriməsini də ödəmişdir. İddiaçı vurulmuş ziyanın məbləğini həddindən artıq çox tələb etmişdir. Həmin avtomobilə vurulmuş ziyan məbləği azdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 300 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin arayışından görünür ki, “VAZ 21063” markalı, 02- BX768 dövlət qeydiyyat nişanlı avtomobilinə 2365 manat məbləğində zərər dəymişdir. İşə əlavə olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2586 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1987-ci il buraxlışı, “VAZ 21063” markalı, 02-BX768 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 2005 manat müəyyən edilir. Yəni, dəyişilməli hissələrin qiyməti 1065 manat, təmir-bərpa işlərinin qiyməti isə 940 manat təşkil edir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya məxsus “VAZ 21063” minik markalı 02BX768 dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh idarə etdiyi “Hyundaiİ30” minik makalı, 77BO 179 dövlət qeydiyyat nişanlı avtomaşın toququşması nəticəsində Cavabdeh barəsində inzibati protokol tərtib olunmuş və iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin 06 dekabr 2023cü il tarixli 3(062)1019/2023 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırılması zamanı iddiaçıya vurulmuş ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulması öz təsdiqini tapmışdır.Ona görə də cavabdeh iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıyır. Dəymiş ziyanın məbləğinə gəldikdə isə məhkəmə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2586 saylı ekspertiza rəyini sübut kimi qəbul edir və iş materiallarında həmin halları təkzib edən hər hansı hallar mövcud deyildir.Odur ki, 2005(iki min beş)manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, məhkəmə xərclərinin həll edilməsini də zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir.Ona görə də 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 40 manat 5 qəpiyi cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2005 manat və ödənilmiş dövlət rüsumununun əvəzi olan 40 manat 5 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-750/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-750/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver