Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-771/2025 12.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı “elektrik xəttinin kabelləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı “elektrik xəttinin kabelləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətində olan və Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyektinə yaxın məsafədən keçən 6 kV-luq elektrik verilişi xəttinin cavabdehlər "xxxx" ASC tərəfindən kabel elektrik ötürücü xətti vasitəsilə çəkilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı ərizə göndərərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı “elektrik xəttinin kabelləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-771/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-771/2025
12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver