Məhkəmə qərarları › İş №2(062)-817/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-817/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-817/2025 11.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz müdaxiləyə son qoyulması və manenin aradan qaldırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏ Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən Tovuz rayonu Qovlar şəhər qəbrstanlığında yerləşən Ritual qəbr daşları sexinə manelərin aradan qaldırılması və qnunsuz müdaxilələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki başlanmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə məhkəmə baxışı iclası 11 mart 2025-ci il tarixinə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, Cavabdeh1 məhkəmə iclasına gəlmiş, iddiaçı isə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, səbəbin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehi isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə hakim iddia ərizəsini baxılmamış saxlayır. Qeyd olunanlara əsasən Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz müdaxiləyə son qoyulması və manenin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar