Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-834/2025 29.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndələri Tovuz rayon vəkil bürosunun vəkilləri X5 və Vəkil, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, ilk iddia üzrə Cavabdeh1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı pul tələbinə dair ilk iddia tələbinə və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən ******* (bir milyon) manat məbləğində vəsaitin və dövlət rüsumu kimi ödənilmiş 1300 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 100000 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X4 İcarə Mətbəəsində müdir vəzifəsində işləmişdir. 01 iyul 2002-ci il tarixdə həmin mətbəə özəlləşdirilmiş və “mülkiyyət hüququ haqqında şəhadətnamə” alınmışdır. Həmin şəhadətnamədə mətbəədə istifadə olunan Stanok BPŞ 30 markalı (1978-ci il, 2000 manat dəyərində), Qarafapres markalı (1982-ci il, 5000 manat dəyərində), Dominant 724 markalı (1982-ci il, 25000 manat dəyərində), çap maşını PP-45 markalı (1978-ci il, 5000 manat dəyərində), çap maşını RO- 62 markalı (1982-ci il, 25000 manat dəyərində), kağız kəsən PR-82 (1982-ci il, 4000 manat dəyərində), Ramael 314 markalı (1982-ci il, 8000 manat dəyərində), Ofset 56 markalı (1982-ci il, 4000 manat dəyərində), VKC-60 (1978-ci il, 2000 manat dəyərində) olmaqla, cəmi 80.000 manat dəyərində texniki avadanlıqlar və mətbəə 3 nəfər şəxs X13, İddiaçı və Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Yuxarıda göstərilən mətbəə avadanlıqlarının qardaşları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə razılaşaraq onların Bakı şəhərinə aparılmasına və istismarına razılıq vermişdir. Şərt belə idi ki, həmin avadanlıqları onlar çalışdıracaqlar və əldə edilən gəliri 5 nəfər qardaşlar arasında bərabər böləcəklər. Eləcə də onun oğlanları X9 və X6 apararaq onların yanında işləyəcəklərini bildirməklə onlara əldə olunacaq qazancdan ev almalarına söz vermişlər. Turqut Şahsevənli 2009-cu ildən 2013-cü ilə qədər, Şahsevənli Füzuli isə 2024-cü ilə qədər qardaşlarının çalışdırdığı mətbəədə işləyərək hər ayda 400-800 manat civarında aylıq maaş almışlar. Onun oğlanları ilə bərabər həmin mətbəədə 8 nəfərdən ibarət digər şəxslər də çalışmışlar. Onlar bu günə qədər onu aldatmışlar və əldə olunan qazancdan ona heç nə verməmişlər. Oğlanlarının, eləcə də qardaşlarının söhbətlərindən məlum olur ki, həmin mətbəə bütün günü fəaliyyət göstərmiş, reklam sənədlərinin, dəvətnamələr, kəsim işləri və mətbəə bıçaqlarının hazırlanmasını təmin etmişlər və həmin işdən onlar ayda 50.000 manat (əlli min manat) xalis gəlir əldə etmişlər. Lakin, həmin gəlirdən ona ayda 100-200 manat pul göndərmişlər. Beləliklə, 2002-ci ildən 2024-cü ilin fevral ayına qədər onu aldadaraq qazanmış pulları məndən gizlin olaraq mənimsəmiş və öz aralarında bölmüşlər. Bununla da onun hesablamasına görə 13 milyon 200 min manat pul qazanmışlar. Həmin pulun 30 faizi sərf olunan əmək haqqına və mətbəənin saxlanılmasına sərf edilmişdir. Beləliklə, xalis gəlir 9 milyon 240 min təşkil edir. Həmin 9 milyon 240 min manat atası Hüseyn Quliyev, qardaşı Cavabdeh3 və onun arasında 3 yerə bölünməklə hərəyə 3 milyon 80 min manat pul düşür. Eləcə də həmin avadanlıqların dəyər qiyməti 80 min manat olmaqla 3 yerə bölünən zaman 26 min 600 manat pul düşür. O, əldə olunmuş 3 milyon 80 min manatın və eləcə də 26 min 600 manatın, cəmi 3106000manatın cavabdeh şəxslərdən tələb edir. Hazırda maddi imkanı olmadığından həmin əldə olunmuş gəlirin 1 milyon manatın dövlət rüsumuna gücü çatdığına görə tələb edir. Bu günə qədər qardaşları, yəni cavabdeh şəxslər onu aldatmışlar və əldə olunmuş gəliri gizlədərək ona pay verməmişlər. Bu səbəbdən də məhkəmədə onlara qarşı iddia ərizəsi təqdim edir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X23 01 iyul 2002-ci il tarixində özəlləşdirilmiş və 001418 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Özəlləşdirmə zamanı mətbəədə 36 adda əsas vəsait — yəni texniki avadanlıqlar mövcud olmuşdur. Həmin avadanlıqların istismara yararsız vəziyyətdə olduğunu görən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onların satışını təklif etmiş və əldə olunan vəsaitin qardaşlar arasında bölüşdürüləcəyini bildirmişdir. Bu təkliflə razılaşan digər qardaşlar, o cümlədən iddiaçının özü də daxil olmaqla Azərə həmin avadanlıqları satmaq üçün razılıq vermişlər. Lakin Azər həmin 36 adda avadanlığı satdıqdan sonra əldə etdiyi məbləğdən qardaşlarına heç bir pay verməmişdir. Sonradan isə İddiaçı məhkəməyə təqdim etdiyi qiymətləndirmə rəyindən məlum olmuşdur ki, Azərin dəyərsiz kimi təqdim etdiyi avadanlıqlardan təkcə 9 ədədinin bazar qiyməti 80.000 (səksən min) manat təşkil edirmiş. Bu isə onu göstərir ki, ümumilikdə 36 adda avadanlığın dəyəri daha yüksək olmuşdur. İlk iddia ərizəsinə etiraz Cavabdeh1 ilk qarşılıqlı iddia ərizəsinə etirazında bildirmişdir ki, X15 özəlləşdirilməsi ilə bağlı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin əlavə olan texiniki pasportda iddia ərizəsində qeyd edilən dəzgahların heç biri qeyd edilməmiş və buna görə də hesab edir ki, həmin avadanlıqlara iddiaçının mülkiyyət hüququ yoxdur. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin keçdiyini nəzərə alaraq ilk iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında bildirmişdir ki, X23 özəlləşdirilən zaman pay hüququ 3 nəfərə məxsus olub – atasına, Cavabdeh3 və ona. Daha sonra həmin pay hissələri 5 qardaşın arasında bölünmüş, onu isə Tovuz rayonuna göndərmişlər. İndiyədək qardaşları Bakıda yağ-bal içində olmuş, o isə Tovuz rayonunda aclıq içində olmuşdur. Dəfələrlə Bakıya gedərək işə qoşulmağa çalışsa da, qardaşları müxtəlif bəhanələrlə onu Bakıya getməyə qoymamışlar. Hal-hazırda isə onun payına düşən gəliri tələb edir. Əlavə olaraq bildirmişdir ki, onunla qardaşları arasında əldə edilən gəlirin ona da pay düşəcək şəkildə bölüşdürülməsi barədə razılaşma olmasa da Hüseyn Quliyevin övladı kimi onun da həmin dəzgahların istifadəsindən əldə edilən gəlirə haqqı çatır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, sözügedən əmlak paylı mülkiyyətdir. Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə müraciət etməsi o deməkdir ki, Əli iddianı qəbul edir. Ortada zərər mövcuddur və bu zərəri kompensasiya etmək lazımdır. Qarşı tərəfin iddia müddətinin tətbiqi ilə bağlı müraciət etməsi o deməkdir ki, qarşı tərəf zərər vurduğunu etiraf edir. İddia müddətini keçirməmişdir. Əlavə sübutları təqdim etməyə zərurət görmür, cavabdehlərin etiraf etməsi kifayət edir. Mülki münasibətlər 2012-ci ildə başlamış, 2024-cü ilə kimi davam etmiş və mübahisə də həmin tarixdən yaranmışdır. 2024-dən bu yana iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşlar birlikdə iş görmüşlər. Azərin uşaqları da orda çalışmışlar. Tərəflər arasında münasibətlər doğmalıq prinsipinə əsaslanır. Əvvəlcə payçı Mahmud və Azər olmuşdur. Sonra Azər öz payından digər qardaşlarına da bağışlama etmiş, birlikdə fəaliyyət göstərmişlər. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehlər qardaş olduqları üçün aralarındakı müqavilə şifahi olmuşdur. Cavabdeh1 böyük qardaş olduğu üçün digər qardaşlar tərəfindən işin başına qoyulmuşdur. Mətbəə işləyən zaman sözsüz ki, gəlir əldə olunub və yeni avadanlıqlar alınmışdır. Həmin ərəfədə hansı dəzgahların qalmasını yalnız qardaşlar özləri bilir. Hamı Cavabdeh1 böyük qardaş olduğu üçün etibar etmiş, lakin Cavabdeh1 İddiaçı etimadından istifadə etmiş, İddiaçı pay hissəsini hədiyyə kimi İddiaçı almış, qarşılığında isə yalan vədlərlə sonuncunun oğluna ev və maşın alacağına və ona toy edəcəyinə dair söz vermişdir. Cavabdeh1 alver barədə bir neçə qeydiyyat kitabçası olmuş, lakin indi özü heç birini üzə çıxarmır. Hər kəs Əliyə güvənmiş, Əli isə hər kəsi aldatmışdır. Əlinin heç bir payı olmamış, Azər özünə məxsus 200 minlik payı böyük qardaşı Əliyə vermişdir. Əli Azəri yalan vədlərlə oğluna ev, maşın alacağını, toy edəcəyi barədə aldatmışdır. İlk iddia üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, qarşı tərəfin danışdıqları tamamilə yalandır. Hər hansısa nəzəriyyələrə yox, rəsmi sənədlərə müraciət etmək daha düzgün olar. Heç kimlə iddia ərizəsindəki kimi müqavilə bağlanılmamışdır. Atası 2016-cı ildə rəhmətə gedib, dəzgahlar isə 16-17 ilin dəzgahlarıdır, həmin ərəfə dəmir parçasından başqa bir şey deyildilər. Mətbəənin əmlakı 3 nəfərin adına olub, müəssisə “MMC” olması üçün 5 nəfərin adına olmalı idi. Vərəsəlik hüququna qaldıqda isə, atası İddiaçı 28 sot torpaq vermişdir. Müəssisə bölünən zaman anası sağ olmuş, anası razı olsaydı həmin müəssisə 5 nəfərin arasında bölünərdi. Heç bir razılaşma olmamışdır ki, dəzgahlar qarşılığında İddiaçı müəssisədən əldə olunan gəlirdən pay veriləcək. Əlavə suallara cavab olarq bildirmişdir ki, pulu qazanıb bölmək barədə heç bir razılıq olmamışdır. Bağışlama müqaviləsi olanda anası sağ olmuşdur. Anasının təkidi ilə müəssisə 5 yerə bölünmüşdür. İddia ərizəsində göstərilənlərdən çap maşını RO-62 olmamış, Dominant 724 metallom vəziyyətində olmuşdur. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 izahatında bildirmişdir ki, iddia ərizəsində olanlar hamısı yalandır. Bakıda mətbəəni o, qurmuşdur. Çap maşınlarını bilən, onların ustalarını tanıyan odur. 2002-ci ildə Dominant 724 artıq satılmışdı. İddiaçı ilə heç bir razılaşma olmamışdır. Azərə pul göndərmişlər, lakin borc olduğu üçün yox, qardaş kimi kömək məqsədilə göndərmişlər. Qazancı bölmə barədə aralarında heç bir razılaşma olmamışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, 2001ci ildə iddia ərizəsində adı çəkilən dəzgahlar artıq sıradan çıxmışdır. Bakıda çalışdıqları dövrdə külli miqdarda qazanc olmuşdur. Lakin həmin pulu iddia ərizəsində göstərilən dəzgahların istifadəsindən deyil, avropa istehsalı olan müasir dəzgahları istifadə edərək qazanmışlar. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 izahatında bildirmişdir ki, Bakıda olan müəssisəni Azad və o, qurmuşlar. Qardaşlar arasında gəlirin bölünməsi ilə bağlı heç bir razılaşma olmamışdır. Azərin oğlu Toğrul vaxtı ilə onlarla birlikdə işləmiş, pis əməlinə görə onu müəssisədən uzaqlaşdırmışlar. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Bakıda yerləşən mətbəədə 2014-2021-ci il aralığında çalışmışdır. Orada işləyən zaman mətbəədə alman dəzgahları olmuş, sovet dövründən qalan köhnə dəzgahları görməmişdir. Mətbəədə işləyən zaman 200 manat maaş almışdır. Bakıda mətbəədə işləyən zaman əmiləri onun atasına müxtəlif vaxtlarda pul göndərmişlər. Həmin pullar atasına kömək məqsədilə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. Bakıda yerləşən mətbəədə 2010-2012-ci il aralığında çalışmışdır. Orada işlədiyi zaman təzə dəzgahlardan istifadə olunmuş, Tovuzdan gətirilən dəzgahlar haqqında eşitmiş, lakin onları görməmişdir. İş materialları Tovuz Rayon Kooperativ Cəmiyyəti İttifaqından verilmiş qiymətləndirmə rəyinə əsasən Stanok BPŞ 30 markalı dəzgah (1978-ci il) 2000 manat dəyərində, Qarafapres markalı dəzgah (1982-ci il) 5000 manat dəyərində, Dominant 724 markalı dəzgah (1982-ci il) 25000 manat dəyərində, çap maşını PP-45 markalı dəzgah (1978-ci il) 5000 manat dəyərində, çap maşını RO-62 markalı dəzgah (1982-ci il) 25000 manat dəyərində, kağız kəsən PR-82 (1982-ci il) 4000 manat dəyərində, Ramael 314 markalı dəzgah (1982-ci il) 8000 manat dəyərində, Ofset 56 markalı dəzgah (1982-ci il) 4000 manat dəyərində, VKC- 60 (1978-ci il) 2000 manat dəyərində qiymətləndirilmişdir. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli 203 nömrəli arayışa əsasən X13 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Tovuz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli 202 nömrəli arayışa əsasən, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən
1. Hədiyyə verənlər TOVUZ ŞƏHƏRİ E.QULİYEV KÜÇƏSİ 112 ünvanında yerləşən ümumi sahəsi 912.4 kv/m olan amlak kompleksi kimi müəssisənin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni "Hədiyyə alanların" mülkiyyətinə verirlər: - Hədiyyə verən İddiaçı (121.653 kv/m) - qardaşı olan Hədiyyə alan Cavabdeh1 -Hədiyyə verən Cavabdeh3 (60.826 kv/m) Cavabdeh1 - Hədiyyə verən Cavabdeh3 (182.48 kv/m) qardaşı olan Hədiyyə alan qardaşı olan Hədiyyə alan Cavabdeh1 - Hədiyyə verən Cavabdeh3 (182.48 kv/m) - qardaşı olan Hədiyyə alan QULİYEV SEYİDAĞA HÜSEYN OĞLUNA
2. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənlərə məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə İddiaçı-na verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat Boran Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 1/3 hissə; - ƏMDK-nin yanında DƏDRXnin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə Cavabdeh3-na verilmiş **********95-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/3 hissə;
3. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirmədilər.
4. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2020 il tarixli, peydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. xx.xx.2002-ci il tarixli 001418 nömrəli “mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən ünvan 1 ünvanında yerləşən Tovuz icarə X3, İddiaçı və Cavabdeh3 xüsusi mülkiyyətidir. xx.xx.2001-ci il tarixli 002929 nömrəli texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən X15 əsas hissəsi 539.4 m2, köməkçi sahəsi 380.3 m2, ümumi sahəsi 919.7 m2dir. Əsas vəsaitlərin siyahısı aşağıdakı kimidir - Stanok BPŞ-30 – 1 əd. – 1978, Qrafapre – 1 əd. – 1982, 3. Dominant-724 – 1 əd. – 1982, Çap maşını PP-45 – 1 əd. – 1978, Çap maşını RO-62 – 1 əd. – 1982, Kağız kəsən PR-82 – 1 əd. – 1982, Kağız kəsən – 1 əd. – 1982, Ramaer 314 – 1 əd. – 1982, Kassa Real – 4 əd. – 1966, Kassa Real – 3 əd. – 1978, Ofset 56 – 1 əd. – 1982, VKS-60 – 1 əd. – 1982, Stanok N-140 – 1 əd. – 1978, Stanok N- 240 – 1 əd. – 1978, Stanok LV-100 – 1 əd. – 1978, Şkaf – 1 əd. – 1982, "Çinar" soyuducu – 1 əd. – 1982, Şifoner şəxsi istifadə üçün – 1 əd. – 1980, "Selektor" qurğusu – 1 əd. – 1982, Kondisioner – 1 əd. – 1980, Yazı maşını "MİNTAR" – 1 əd. – 1980, KM "İskra" – 1 əd. – 1980, mətbəə binası – 1 əd. – 1978, Stol 2 tumbalı – 3 əd. – 1978, Stol 1 tumbalı – 2 əd. – 1978, Dəmir seyf kiçik – 3 əd. – 1980, Kreslo – 6 əd. – 1982, Şkaf dəmir – 5 əd. – 1978, Stol pol. qara – 2 əd. – 1978, EBM İK – 1 əd. – 1978, Şinorovka – 1 əd. – 1978, rubilnik – 1 əd. – 1978, telefon aparatı – 2 əd. – 1982, svitilnik – 1 əd. – 1980, transformator – 1 əd. – 1980. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Elvin Bəşirov tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixsli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh3 xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nə ərizə ilə müraciət edərək bildimişdir ki, 23 il ərzində 3 qardaş olaraq birlikdə İşlədikləri mətbəənin bütün xərcləri ilə birlikdə olan gəlirləri böyük qardaşı Cavabdeh1 oğlu etibarından sui-istifadə edərək 2024-cü ilin fevral ayından onlanın iş yerindən ayılmış, onlara çatacaq pulu ise 23 il ərzində xərcləmişdir. Beləki Cavabdeh1 ümumilikde 7.000.000 manat pul xərcləmişdir. Həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilərək foto şəkillər çəkilmiş və protokol tərtib edilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı Cavabdeh3 izahalında qeyd etmişdir ki, onlar ailədə 5 qardaş 2 bacıdırlar. 23 il müddətdir ki, qardaşı Cavabdeh2lə birlikdə atası X8 onlara miras qalan Binəqədi şosesində yerləşən sexi işlətmişlər. 2000-ci ildə mətbəənin bütün hesabatlannı özü etmiş, lakin sonradan iş yükü ağır olduğuna görə hesabatı qardaşı Azada təhvil vermişdir. 2001-ci il tarixdə qardaşı Cavabdeh1 öz iş yerindən qovulduğu üçün onlanın yanına İşləməyə gəlmiş, gəldiyi gündən ona etibar edib bütün gəlirlərin hesabatını Azad Əliyə təhvil vermişdir, 23 il müddət ərzində mətbəədən gələn gəlirlərin müəyyən qismi aila daxili xərclərə qalan hissəsini isə ümumi büdcəyə qoymasını bildimişlər. 2023-cü il və 2024-cu il tarixlərdə mətbəənin gəlirləri azaldığı üçün Cavabdeh1 İşdən ayırmağa qərar vermişlər. Mətbəədən ayrılan Cavabdeh1 bəzi dəzgahları özü ilə aparmışdır. 23 il müddət ərzində qardaşı Cavabdeh1 7.000.000 manat pul xərcləmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınan Cavabdeh1 bildirmişdir ki, ilkin olaraq qardaşı Azadla birlikdə işə başlamış və mətbəənin bütün xərclərini, gəlirlərinin hesabatını Azad aparmışdır. Bundan əlavə olaraq Azada ona ayrılmış torpaq sahəsində ev tikmiş və Azadın həmin evə heç bir pul xərcləmədiyini bildirmişdir. Bütün xərcləri özü qarşılamışdır. Azad ve Mahmudla birgə işlədikləri zaman sexdə olan bütün dəzgahları özü və oğlu işə salmasını qeyd etmişdir. Bundan əlavə olaraq 2024-cü il tarixdə aralanında mübahisə baş verdiyi üçün 2 dəfə sexdan ayrılması üçün sənəd tərtib etmiş, lakin qardaşları tərəfindən həmin sənədlər imzalanmamışdır. Buna görədə o Tovuz rayonunda yaşayan qardaşı Azəri yanına çağırmış. Mahmud və Azadın tərtib etdiyi sənədə dəyişiklik etmədən imza etmişdir. Özünə aid olan dəzgahlanı həmin sənədə əsasən Binəqədi şosesindən götürərək Blaxanıda işlədiyi sexə gətirmişdir. Azad və Mahmuda heç borcu olmadığını əksinə onların borcu olmasını izahatında qeyd etmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh2 qardaşı Cavabdeh3 izahatına oxşar izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
İlk iddiaya dair məhkəmənin mövqeyi İlkiddia üzrə iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsi üzrə mülki mübahisənin mövzusu tərəflər arasında şifahi razılaşmaya əsasən paylı mülkiyyətdə olan çap avadanlıqlarının Bakı şəhərinə aparılması, onların istismar edilməsi və bu fəaliyyət nəticəsində əldə edilən gəlirin bölüşdürülməsi məsələsindən ibarətdir. İddiaçı bu razılaşmanın icra olunmaması və ona çatacaq payın verilməməsi səbəbilə 1.000.000 (bir milyon) manat məbləğində pulun cavabdehlərdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər sərbəst surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu sərbəst şəkildə müəyyən edə bilərlər. Yuxarıda göstərilən məzmunda birgə ortaqlıq fəaliyyəti barədə müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da ona zidd deyildir. Eyni zamanda, Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunduğu kimi, öhdəliklərin icrası zamanı tərəflər vicdanlılıq prinsiplərinə riayət etməli, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun davranmalıdırlar. Lakin, hüquqi nəticələrin yaranması üçün bu cür razılaşmanın faktiki olaraq mövcudluğu və şərtlərinin iştirakçılar tərəfindən qəbul edilməsi, eyni zamanda bu münasibətlərin faktiki həyata keçirilməsi sübuta yetirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflər tərəfindən təqdim edilmiş sübutlarla məhdudlaşmalı və qərarlarını həmin sübutlar əsasında qəbul etməlidir. Hazırkı iş üzrə iddiaçı öz iddiasını təsdiq edən kifayət qədər sübut təqdim etməmiş, eyni zamanda belə bir razılaşmanın mövcudluğunu təsdiqləyən üçüncü şəxslərin ifadələri və ya hüquqi əhəmiyyət kəsb edən digər sübutlar da iş materiallarına daxil edilməmişdir. Əksinə, məhkəmə baxışı zamanı iddiaçının öz izahatında cavabdehlərlə arasında konkret razılaşmanın mövcud olmadığını bildirməsi, onun mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirmiş və onun bildirdiklərinin etibarlılığını sual altına almışdır. Cavabdehlər iddia ərizəsində göstərilən məzmunda razılaşmanın olmasını tam şəkildə inkar etmiş, iddiaçının maddi dəstəklə təmin olunmasının sırf qohumluq münasibətləri və ailədaxili yardım məqsədilə həyata keçirildiyini bildirmiş, iddiaçının nə rəsmi, nə də faktiki olaraq müştərək fəaliyyətdə iştirak etməsini qeyd etməmişlər. Onların bu mövqeyi məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə də təsdiqlənmişdir. İş üzrə yalnız çap avadanlıqlarının Bakı şəhərinə aparılması faktı müəyyən edilsə də, Bakı şəhərində yerləşən mətbəənin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin hansı hissəsinin məhz iddiaçıya məxsus olan avadanlıqların istifadəsi nəticəsində formalaşdığına dair inandırıcı, hüquqi cəhətdən əhəmiyyətli sübutlar təqdim edilməmişdir. Əksinə, cavabdehlər təqdim etdikləri izahatlarda mətbəə fəaliyyətində müasir Almaniya istehsalı avadanlıqlardan istifadə olunduğunu, iddiaçının istinad etdiyi köhnə avadanlıqların texniki baxımdan istismara yararsız olduğunu bildirmişlər. Şahidlərin ifadələri də bu mövqeni dəstəkləmiş, onların bildirdiklərinə əsasən, həmin köhnə avadanlıqlar iş prosesində istifadə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Lakin bu məsuliyyət yalnız öhdəliyin hüquqi baxımdan sübuta yetirilməsi və onun pozulması faktının müəyyən edilməsi halında tətbiq edilə bilər. Hazırkı işdə isə nə razılaşmanın (şifahi müqavilənin) mövcudluğu, nə də razılaşmaya uyğun olaraq konkret fəaliyyətin həyata keçirilməsi və gəlirin əldə olunması sübuta yetirilməmişdir. Nəticə etibarilə, cavabdehlərin öhdəliyin pozulmasına görə mülki məsuliyyətə cəlb olunması üçün zəruri hüquqi əsaslar formalaşmamışdır. İlk iddia üzrə Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizə verilsə də, bu hal iddiaçının tələbinin əsaslandırdığı faktların etirafı kimi qiymətləndirilə bilməz və iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad etmir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Elvin Bəşirov tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmununa əsasən təhqiqat araşdırması zamanı nə müraciət edən Cavabdeh3, nə də digərləri İddiaçı hazırki iddia ərizəsində göstərdiyi mətbəə avadanlıqlarından istifadə edilməsini, nə də İddiaçı Bakı şəhərində həyata keçirilən mətbəə fəaliyyətinə ortaq olmasını, bu barədə aralarında hər hansı razılaşmanın olmasını bildirməmişdir. Qeyd edilənlərə əsasən ilk iddia təmin edilməməlidir.
Qarşılıqlı iddiaya dair məhkəmənin mövqeyi Qarşılıqlı iddia ərizəsinin əsası kimi istinad edlən hallar barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmiş, ərizədə sübutların məhkəmə iclasında təqdim ediləcəyi qeyd edilsə də məhkəmə iclasında iddiaçılar tərəfindən bu istiqamətdə heç bir təşəbbüs göstərilməmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərci kimi ödənilmiş dövlət rüsumunun məbləği müvafiq olaraq ilk iddia üzrə iddiaçıya və qarşılqlı iddia üzrə iddiaçılara aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki ilk iddia və qarşılıqlı iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu müvafiq olaraq ilk iddia üzrə iddiaçıya və qarşılqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İlk iddia rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev