Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-835/2025 14.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İdidaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mal-qara, əmək haqqı və vurulmuş maddi mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2, Məsiyeva Maraldan müştərək qaydada onlara məxsus olan 2 baş doğar inəyin və 2 baş dananın özlərinin, özlərinin alınması mümkün olmadıqda isə onların dəyəri olan 9000 manatın, ödənilməmiş əmək haqqı olan 1450 manatın, maddi zərərə görə 1000 manatın və mənəvi zərərə görə 2000 manatın, 131 manat dövlət rüsumu olmaqla, cəmi 13481 manatın alınıb bizə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, hər ikisi cavabdehlərin təsərrüfatında işləməklə ona məxsus olan heyvanlara qulluq etmişlər. Razılaşmaya əsasən cavabdehlər ilk öncə 180 baş xırda buynuzlu heyvanlara qulluq etməyi müqabilində onlara hər ay 400 manat əmək haqqı verməli idi. Lakin cavabdehlərə məxsus olan Tovuz rayonu “Avaztəpə” adlanan ərazidə eyrləşən yatağa getdikdə ona məlum olmuşdur ki, heyvanların sayı 180 deyil 216 baş xırdabuynuzlu (qoyun və keçilər birlikdə) və 143 baş quzudan ibarətdir. Yəni ümumi heyvanların sayını nəzərə alınsa hər heyvana qulluq üçün 4 manat hesabı ilə cavabdehlər onlara ayda 400 manat deyil əlavə olaraq 725 manat da verməli idilər. Onlar cavabdehlərin yatağında 24 aprel 2024-cü ildə işə başlamışlar. Digər tərəfdən onlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Tovuz rayon filialı ilə onun arasında bağlanmış 11 avqust 2019-cu il tarixli 2019/ÖM-002 saylı müqavilə əsasında onlara verdiyi 2 baş doğar inəyi və 2 baş danaları özləri ilə həmin yatağa aparmışlar. Öz heyvanlarınada həmin yataqda baxırdılar. Onlar həmin yataqda 14 iyun 2024-cü il tarixədək işləmişlər. Həmin müddət ərzində cavabdehlər onlara zəhmət haqqı olaraq cəmi 180 baş xırda buynuzlu heyvanlara etdikləri xidmətin pulu olan 400 manat ödəmişlər. Yəni onları aldadaraq artıq xidmət göstərtdiyi 179 baş heyvana göstərdiyi xidmətlərin zəhmət haqqı olan 1450 manatı ödəməmişdir. Onlar hər dəfə cavabdehlərdən bunu tələb etdikdə cavabdehlər onları hədələyərək yataqdan qovmuşlar. Həmin vaxt onlara məxsus olan hər birinin qiyməti 2500 manat olan 2 baş doğar inəyi və hər birinin qiyməti 2000 manat olan 2 baş danaları cavabdehlərin yataqlarında qalmışdır. Cavabdehlər həmin heyvanları da qaytarmaqdan imtina edirlər. Bundan əlavə hadisələrdən sonra o, infakt keçirmişdir. Həmin xəstəliklə bağlı müvafiq müalicələr olunmuşdur. Həmin müalicələr üçün onun təqribən 1000 manat xərci çıxmışdır. Digər tərəfdən cavabdehlərin bu qanuna zidd əməlləri nəticəsində onlara mənəvi ziyan da vurulmuşdur ki, həmin ziyanı da 2000 manat qiymətləndirirlər. Hesab edirik ki, cavabdehlər X1, Cavabdeh2 Nürəddin qızından, Cavabdeh3: Nürəddin oğlundan və X2 müştərək qaydada onlara məxsus olan 2 baş doğar inəyin və 2 baş dananın özlərinin, özlərinin alınması mümkün olmadıqda isə onların dəyəri olan 9000 manatın, ödənilməmiş əməkhaqqı olan 1450 manatın, maddi zərərə görə 1000 manatın və mənəvi zərərə görə 2000 manatın alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasınında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasınında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək bildirdilər ki, iddiaçılar özləri ilə bir dana və bir ədəd eşşək gətirmişlər. Həmin heyvanları iddiaçının qapısına aparmışdır. Sonda onlar iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “özünəməşğulluğa kömək göstərilməsinə” dair müqavilənin surətindən görü görünür ki, X5 ilə İddiaçı1 arasında müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki,tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdehlər iddiaçılara özlərinə məxsus heyvanların otarılması tapşırığını vermiş, iddiaçılar bu təklifi qəbul etrmiş, əvəzində müəyyən edilmiş muzd ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İddiaçılar hesab edir ki, 2 baş doğar inək və iki baş dana cavabdehlərin yatağında qalmışdır. Məhkəmə həmin dəlilləri inandırıcı hesab etmir. Belə ki, cavabdehlərin heyvanlarını qəbul edən iddiaçılar, sonradan həmin heyvanları cavabdehlərin qapısına apararkən öz heyvanlarının da onlara verilməsini qeyd etmişdir. Məhkəmə bu dəlilləri inandırıcı hesab etmir. Belə ki, cavabdehlərin heyvanlarını onların özlərinə thvil verən iddiaçılar hansı səbəbdən öz heyvanlarını onlara verməsinə dair tutarlı arqument gətirməyərək bunu təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə əmək haqqı ilə bağlı onu qeyd edir ki, iddiaçı ərizəsində qeyd edir ki, onlar cavabdehlərdən iş tapşırğını 24 aprel 2024-cü ildə almışlar. Məhkəmə hesab edir ki, həmin vaxtdan əmək haqqı ödənilmədən onların yataqda işləməkləri inandırıcı deyildir. Eyni zamanda tərəflər əmək haqqının necə və hansı qaydada, hansı məbləğdə ödəniləcəyinə dair də sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mal-qara, əmək haqqı və vurulmuş maddi mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-835/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-835/2025
14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver