Məhkəmə qərarları › İş №2(062)-838/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-838/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-838/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 6500 manatın, ona vurduğu zərərə görə 3500 manatın, dövlət rüsumu üçün ödənilmiş 125 manatın, cəmi 10125 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 2021-ci ilin sentyabr ayında aralarında olan razılığa əsasən ona bələdçilik edərək Tovuz rayonunun kəndlərindən xurma-şişburun meyvəsi yıgıb verəcəyi ilə əlaqədar tanımışdır. Aralarında heç bir düşmənçiliyi, ədavətləri olmamışdır. Cavabdeh meyvəsini yığacağı vətəndaşlara beh olaraq paylamaq məqsədilə ilkin olaraq ondan 2500 manat istəmiş və o da cavabdehə təqdim etdiyi karta yükləmişdir. Eyni zamanda ümumi dəyəri 4000 manat olan 2000 ədəd boş taxta yeşikləri cavabdehə vermiş ki, həmin yeşiklərə meyvə yğılsın. O da cavabdehin ona yığacağı meyvələrin saxlanması üçün soyuducuda yer icarəyə götürmüşdür. Beləliklə o cavabdehə 6500 manat vermişdir. Ancaq cavabdeh ilə aralarında olan şifahı müqavilə öhdəliyinə əməl etməyərək nə onun üçün meyvə yığılmadı, nə də ki, illik olaraq vətəndaşlara ödəyəcəyi adı ilə ondan aldığı 2500 manat və boş yeşikləri ona qaytarmamışdır. Nəticədə icarəyə götürdüyü soyuducuya boş-boşuna pul ödəmiş və cavabdeh onu aldatdığı üçün qazanc əldə edə bilməmişdir. Cavabdeh onun pulunu qaytarmadığı üçün o dövrüyyə edə bilməmişdir. Cavabdehin hərəkəti ucbatından ən azı 10000 manat zərərə uğramışdır. Cavabdehə dəfələrlə ona ödəməli olduğu 6500 manat məbləğində verdiyi pulunu və vurduğu maddi ziyanının əvəzi olan 3500 manat məbləğində maddi ziyanın əvəzini, ümumilikdə 16500 manat məbləğində pulu müxtəlif bəhanələrlə qaytarmamışdır. Ona görə də, Cavabdeh 6500 manatın, ona vurduğu zərərə görə 3500 manatın, dövlət rüsumu üçün ödənilmiş 125 manatın, cəmi 10125 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək göstərdi ki, cavabdehin özünün əl yazısı ilə yazılmış və imzalanmış qəbzi vardır, həmçinin 2024-cü ilin noyabr ayına ödəyəcəyinə dair ərizə vermişdir. Eyni zamanda mülki işə onun iştirakı olmadan,iş materiallarında olan sənədlər əsaənda baxıb təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərdi ki, iddiaçıya olan borcunu 2024-cü ilin noyabr ayına kimi ödəməklə bağlı razılığa gəlmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflrin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə, o cümlədən ididaçının bildirdiklərindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2021-ci ilin sentyabr ayında aralarında olan razılığa əsasən Tovuz rayonunun kəndlərindən xurma-şişburun meyvəsi yıgıb verəcəyi ilə əlaqədar tanımış, cavabdeh meyvə yığacağı ilə bağlı ilkin olaraq ondan 2500 manat istəmiş və o da həmin məbləği cavabdehin kart hesabınba göndərmişdir. Eyni zamanda ümumi dəyəri 4000 manat olan 2000 ədəd boş taxta yeşikləri cavabdehə vermiş ki, həmin yeşiklərə meyvə yğılsın. O da cavabdehin ona yığacağı meyvələrin saxlanması üçün soyuducu yer icarəyə götürmüşdür. Beləliklə o cavabdehə 6500 manat pul vermişdir. Cavabdeh onun pulunu qaytarmadığı üçün o dövriyyə edə bilməmişdir. Cavabdehin hərəkəti ucbatından ən azı 10000 manat zərərə uğramışdır. Cavabdehə dəfələrlə ona ödəməli olduğu 6500 manatı məbləğində verdiyi pulunu və vurduğu maddi ziyanının əvəzi olan 3500 manat məbləğində maddi ziyanın əvəzini, ümumilikdə 16500 manat məbləğində pulu müxtəlif bəhanələrlə qaytarmadığını bildirmişdir. İşdə olan qəbzdən görünür ki, cavabdehlə iddiaçı arasında borc münasibətləri yaranmış və o 5400 manat pulu iddiaçıdan aldığını etiraf etmişdir. Eyni zamanda o məhkəməyə ərizə göndərərək iddianı qeyd edilən həcmdə etiraf etmişdir. Odur ki, həmin hal işin mübahisəsiz halı olduğundan iddia həmin həcmdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə iddiaçıya 5400 manat borcunun olmasının cavabdeh tərəfindən etiraf edilməsi, iddiaçının isə cavabdehin ona 5400 manat borcunun qalmasını bildirərək, iddiasının həmin həcmdə təmin olunmasını bildirməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından tələbin 5400 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı qalan hussədə tələbini sübut edə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 125 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5400 manat borc və 74 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5474 manat pul iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 5400 manat borc və 74 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5474 (beş min dörd yüz yetmiş dörd) manat alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar