Məhkəmə qərarları › İş №2(062)-850/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-850/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-850/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi , İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu “Avaztəpə” adlanan ərazidə yerləşən Cavabdeh1 məxsus olan torpaq sahəsində tikilən evin tikilməsi üçün çəkilmiş xərc olan 15.228 manatın Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı X3 Cavabdeh2 ilə el adəti ilə ailə qurmuş, nikahlarını 29 noyabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 mart 2018-ci ildə Əsma adlı uşaqları anadan olmuşdur. Həmin vaxt qızı özünə məxsus əmlakını, cehizini cavabdehin istifadəsində olan həmin evə aparmışdır. Bundan əlavə Tovuz rayonunun Avaztəpə adlanan ərazisində yerləşən Cavabdeh1 adına olan fərdi yaşayış evinin tikintisi üçün o xərc çəkmişdir. Çəkilmiş xərclərin ona geri verilməsi ilə bağlı cavabdehlərlə razılığa gələ bilmir. Ona görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Dəyəri 7.700 manat olan 11.000 ədəd kubik, dəyəri 400 manat olan 4 maşın çay daşı, dəyəri 600 manat olan 3 maşın qum, dəyəri 1350 manat olan 180 ədəd sement, dəyəri 1350 manat olan 440 metir almatur, dəyəri 200 manat olan 400 ədəd xamut, dəyəri 10 manat olan 10 metr sim, dəyəri 20 manat olan reyka, dəyəri 100 manat olan taxta apalofka, usta üçün zəhmət haqqı 3700 manat, usta üçün ət 30 kq dəyəri 300 manat, cəmi dəyəri 15.228 manat təşkil edir. Sözügedən evin tikintisinə ümumilikdə 15.228 manat xərc çəkmişdir. Həmin xərci ekspertiza təyin olunsa bəlli olacaqdır. Bundan əlavə həmin evin tikintisinə usta və fəhlələr məhkəmə iclası zamanı dəvət olunacaq və işin ədalətli hallarını təsdiq edəcəklər. Odur ki, iddia tələbinin Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bidirdi ki,həmin evə o xərc çəkibdir. Belə ki, həmin tikili qızının evli vaxtı olanda tikilmişdir. Həmin ev qızının keçmiş qaynanasının adına qeydə alınmışdır. Evin tikilməsinə o xərc çəkmişdir. Həmin evin təmirinə 11000 min mişar daşı, (9000 manat təşkil edir.) 150 kisə sement və ustanın əl haqqı olan 4000 minə yaxın pul veribdir. Həmin evin təmirinə ümumilikdə 15000 manat xərc çəkmişdir. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, həmin evin tikilməsinə cəmi 7000 manat xərc çəkilibdir. Ekspert rəyi əsasında evə 9000 manat xərc çəkilməsi qeyd edilmişdir. Həmin evin tikilməsində ustaların pulunu o vermişdir. O cavabdehlərə dəfələrlə demişdir ki, evndə olan cehizləri çıxartsa o həmin ev və torpağı onlara verəcəkdir. Həmin evin tikintisində mişar daşına 7000 manat ödəniş olubdur. Amma iddiaçının özü mişar daşı satışı ilə məşğul olur. O iddiaçıya 5000 manast məbləğində pul verə bilər. Ona görə də iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz memarlıq lahiyə şirkətində direktor vəzifəsində işləyir. Vətəndaş, yəni iddiaçının müraciəti əsasında evin ölçülərini götürmüşdür. Memar da smeta işlərin görmüşdür. Tikinti qaydalarına uyğun olaraq ölçülər aparılmışdır. Smetanı memar tərtib etmiş, o isə sadəcə inzalamışdır. Yarımçıq tikili 17200 manat qiymətləndirilib. Smetanı nəyin əsasında tərtib etdiyini bilmir, o sadəcə imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o iddiaçının qardaşıdır. O evin hörgü işlərini görmüşdür. Qardaşı ona işlərin görülməsi üçün 3640 manat pul vermişdir. 25 manata 3 qatlı 4 kvadrat, 28 manata da tək qat mişar daşı hörmüşdü. Onunla bərabər başqa yoldaşlar da işləmişlər. Pulu 3 nəfər şəxs arasında bölmüşlər. 334 kv.m cüt, 120 kv.m tək divar hörülüb. İşlərin içərisində beton işləri də var idi. Beton işlərinin asma betonun kvadratı 5 manat idi. 20 sm beton işinin də hər kv.metri 10 manat təşkil edir. 74 metr beton işi görüb. 74-də 10 manata verəndə 740 manat təşkil edir. Təxminən 10000 minə yaxın mişar daşı istifadə edilmişdir. (şahid görülmüş işlər barədə qeydi məhkəməyə təqdim edir və bildirir ki, qeydlər iddiaçı tərəfindən edilərək ona verilmişdir.) Məhkəmə iclasında şahid qismində dindirilən X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, iddiaçı onun atasıdır. Cavabdeh2 onun keçmiş həyat yoldaşı olub. Birgə nikah dövründə olarkən onunla yoldaşının əlində cəmi 2500 manat pul olub.Evin tikilməsinə çəkilən xərci atası çəkmişdir. O ustaların yemklərini hazırlamışdır. Əri cəmi 2500 manat pul verib. Həmin 2500 manatı da atasına vermişdir. Evin təmirinə təxminən 17000-18000 manat pul xərclənibdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının qızı X3 Cavabdeh2 ilə el adəti ilə ailə qurmuş və birgə nikahlarından uşaqları anadan olmuşdur. Həmin vaxt qızı özünə məxsus əmlakını, cehizini cavabdehin istifadəsində olan həmin evə aparmışdır. Tovuz rayonunun Avaztəpə adlanan ərazisində yerləşən Cavabdeh1 adına olan fərdi yaşayış evinin tikintisi üçün o xərc çəkmişdir. Çəkilmiş xərclərin ona geri verilməsi ilə bağlı cavabdehlərlə razılığa gələ bilmir. İş materialrında olan xx.xx.2023-cü il tarixli 10/3299 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında tikintisi tam başa çatmamış tikilinin inşası üçün görülmüş tikintitəmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 8696,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. İş materiallarrında olan olan xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən tarpaq sahəsinin mülkiyyətçisidir. İş materiallarında olan "xxxx" MMC-nin smetasından görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən yarımçıq yaşayış evinin qiymətləndirilməsi üçün cəmi 17200 manat təşkil edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya evin tikintisi ilə bağlı hər hansı tapşırıq verilməmişdir. İddiaçı qızı və kürəkəninin birgə nikah dövründə çəkdikləri xərci istəməkdə qismən haqlıdır. Belə ki, iddiaçı kürəkəninə aid hissədə evə xərc çəksə də, o həmin xərci kürəkəninə bağışlamışdır. Mülki hüquqda əvəzsiz əqdlərə vərəsəlik, bağışlama, əvəzsiz istifadə müqavilələri və s. aid edilir. Əvəzli və əvəzsiz müqavilələrin anlayışı Mülki Məcəllənin 397-ci maddəsində təsbit olunmuşdur. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Mülki Məcəllə ilə tənzimlənən əvəzsiz müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır. Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Məhkəmə onu da qeyd edir ki, çəkilmiş xərclər iddiaçı tərəfindən çəkildiyindən o həmin xərclərin yarısını tələb etmək üçün müvafiq subyektiv hüquqa da malikdir. Çəkilmiş xərclərlə bağlı məhkəmə onu qeyd edir ki, iş üzrə ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli tikiliyə 8696 manat xərc çəkilmişdir. Məhkəmə şahid ifadələrinə münasibətdə ekspertiza rəyini daha mötəbər sübut etmə vasitəsi hesab edir. Məhkəmə "xxxx" MMC-nin smetasını sübut növü kimi qəbul etmir. Belə ki, həmin MMC-nin direktoru məhkəmə iclasında ifadəsində həmin smetanın hansı qaydalara uyğun hazırlanması barədə ifadə verə bilməmişdir. Məhkəmə X4 da ifadəsini sübut kimi qəbul etmir. Belə ki, həmin şahid iddiaçının qardaşı olmaqla həmin münasibətin təsiri altında ifadə vermişdir. O məhkəməyə çəkilmiş xərclər barədə qeydləri məhkəməyə təqdim edərkən həmin qeydlərin qardaşı tərəfindən ona verildiyini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, həmin şahid iddiaçının tapşırığı ilə hərəkət etmişdir. Məhkəmə digər şahid X7 iddiaçının qızıdır. Evin təmirinə 17.000-18.000 manat civarında xərc çəkildiyini qeyd etsə də, o həmin xərclərin necə çəkildiyi, xərclərin nədən ibarət olmasına dair ifadə verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilmiş həcmdə xərcin çəkilməsi sübut edilməsə də, Cavabdeh2 çəkilmiş xərclərə görə 5000 manat pul verilməsinə razılıq ifadə etdiyindən iddia həmin hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 olduğundan iddia ona aid hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 70 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat pul alınaraq İddiaçı Mədəd oğluna verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 manat və ödənilmiş dövlət rüsumunun 70 manatı alınaraq İddiaçı Mədəd oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar