Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-854/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiacının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı"xxxx" ASC Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma, qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir. İki ilə yaxındırdı ki, ASC-nin rəhbərliyi dəyişmiş və hazırda onun rəhbəri X5r. Bu müddət ərzində, yəni iki ilə yaxındır ki, cavabdeh həmin obyektdə fəaliyyət göstərməklə qanuni hüquqlarını həyata keçirməyə maneə törədir. Dəfələrlə Cavabdeh çıxmasını tələb etsə də, müxtəlif bəhanələr gətirir və qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina edir. Həmçinin həmin qeyri-yaşayış sahəsinin divarındakı çatları nəzərə alsaq, orada işləmək insan sağlamlığına real təhkükə yaradır və hər an uçma ehtimalı vardır. ASC-yə məxsus qeyri-yaşayış sahəsində təmirbərpa işləri aparılmalıdır. Lakin cavabdeh buna mane olur. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X7 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 12 kv.m sahəsi olan qeyriyaşayış sahəsi uzun ilərdir ki, onların ailəsinin sahibliyində və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsini mərhum X3 istifadə etmişdir. Onun da həmin qeyri-yaşayış sahəsinə dair səhmi vardır. X3 həmin sözü gedən yerdə 01 iyun 1957-ci ildən 1998-ci ilə kimi fəaliyyət göstərmişdir. Həmin tarixdən sonra atası X9 həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərmiş və xx.xx.2013-cü il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. Atası X1 isə həmin qeyri-yaşayış sahəsində o fəaliyyət göstərmişdir. Həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmış və üz örüyünü o vurmuşdur. Babasından miras qalmış səhm isə atası və yaxud digər vərəsələr tərəfindən qəbul edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edirəm. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. Yəni, X7 həmin qeyri-yaşayış sahəsinin səhmdarıdır. Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsi iddiaçının ona məxsus səhmlərdən istifadə etməsinə maneə yaradır. Odur ki, o həmin qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. İş materiallarında olan çıxarışa əsasən Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 0.0072 ha torpaq sahəsi, 54 kv.m olan qeyri-yaşayış binası "xxxx" ASC-nin xüsusi mülkuiyyətindədir. Belə ki, Азярбайcан Республикасы ММ-нин 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 99.1-ci madəsinəəsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, göründüyü kimi Cavabdeh hər hansı səhmə malik olmamaqla, babasının əvvəllər cüzi səhmə malik olması qeyri-yaşayış sahəsindən bilavasitə iştirak etməsi anlamına gələ bilməz. Yəni, həmin cavabdeh səhmə malik olmamaqla həm də qeyri-yaşayış sahəsindən istifadə edir ki, bu da digər səhmdarların hüquqlarının pozulması ilə nəticələnir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, həmin səhmdarın qeyri-yaşayış sahəsindən çıxarılması onun babasından miras qaılmış səhmləri qəbul etməklə vərəsə olduğu halda onun səhmdar kimi hüquqlarına toxunmur. Belə ki, Mülki Məcəllənin 106-1.3-cü maddəsinəəsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. Həmin Məcəllənin 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh "xxxx" ASC-yə məxsus Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki,ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-yə məxsus Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə təhvil verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-854/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-854/2024
17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver