Məhkəmə qərarları › İş №2(062)-876/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-876/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-876/2025 22.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdeh (3-cü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “fərdi yaşayış evinin ölçülməsinə maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (3-cü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayonu, Əlibəyli kəndində yerləşən mərhum atası X9 adına qeydə alınmış fərdi yaşayış evinin DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsinin mütəxəsissləri tərəfindən ölçülməsinə Cavabdeh tərəfindən manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz Rayonu, Əlibəyli kəndində atası X8 fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 430 sayla qeydiyyata alınmış və həmin evə texniki pasport tərtib olunmuşdur. Atası 01 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. X16 anası X10 birgə nikahlarından 7 uşaqları olmuşdur. Mübahisə olunan fərdi yaşayış evini ata və anası birgə nikah dövründə əldə etmişlər. Evdə mübahisə olduğundan anası X7 Sevincin evinə köçmək məcburiyyətində qalmışdır. Hal-hazırda atasına məxsus evdə mərhum qardaşı X2 ailə üzvləri, yəni arvadı Saat İsmayılova və oğlu Cavabdeh və ailəsi yaşayır. Mübahisə olunan fərdi yaşayış evi atası Cahangir Vəliyevə məxsus olub. Halhazırda cavabdehin yaşadığı fərdi yaşayış evi Tovuz Rayonu, Əlibəyli kəndində yerləşməklə mirasın kütləsinə daxildir. O, atasından miras qalmış mülkdən pay almaq üçün Tovuz Regional ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etmişdir. Mübahisə olunan evin çıxarışı verilməsi üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsinin əməkdaşları tərəfindən evin müvafiq səndələrinin tərtib olunmasına və evə baxış keçrilməsinə cavabdehlər imkan verməmişdir. Məqsədli şəkildə mane yaratmışlar. Evə mütəxəsisslər baxış keçırə bilməmişdir. O, atasının vərəsəsidir, həmin mülkdən onun vərəsə payı vardır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində evdə ölçü işləri aparmaq mümkün deyi. Mübahisə olunan mülk miras mülkdür. Hər bir vərəsənin payı vardır və cavabdeh qanunsuz hərəkət etməklə onun pay almaq hüququnu pozur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tovuz Ərazi idarəsinin nümayəndəsi X18 qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu, Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi üzərində mərhum X4 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi ilə bağlı ********** nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, ərizənizin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir, Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamənin arayışından görünür ki, X14 ilə X11 arasında xx.xx.1963-cü ildə nikah bağlanmışdır. Nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cahangir Vəliyev xx.xx.1999-cu ildə öldüyü üçün X15 ilə nikahına xitam verilmişdir. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışından görünür ki, X14 xx.xx.1999-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1965-ci il tarixli ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. X1 ilə X12r. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1935-ci il tarixdə anadan olmuş, xx.xx.1999-cu ildə ünvan 1i ünvanında vəfat etmiş X5 miras qalmış əmlaka dair Tovuz regional “Asan xidmət” mərkəzindəki Notariat ofisinə İddiaçı müraciəti əsasında V936 (2024) nömrəli vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi ilə əlaqədar mərhumdan miras qalmış daşınmaz əmlaka çıxarış və ya dövlət reyestrindən arayış verməyinizi xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mərhum X8 adına olan daşınmaz əmlakların sənədlənn surətlərinin göndərilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesiri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, X8 adına keçmiş DTİ və MHQİ tərəfindən Tovuz rayonu, Əlibəyli kəndində yerləşən fərdi yaşayış evinə 430 nömrəli qeydiyyat vəsiqəsi və 503-4/631 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.14-cü bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.16-cı bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Hazırkı mülki iş üzrə iddiaçı Tovuz Rayonu, Əlibəyli kəndində yerləşən fərdi yaşayış evinin müvafiq orqan tərəfindən ölçülməsi işlərinin aparılması ilə bağlı maneələr yaradılmasının cavabdehə qadağan olunmasını xahiş etmiş və tələbini həmin evə dair hüquqlarının qeydiyyata alınması ilə əsaslandırmışdır. Məhkəmə nəzər alır ki, daşınmaz əmlaka hüquq(lar) aparılmış araşdırma nəticəsində müvafiq orqan tərəfindən qeydiyyata alınır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək qeydedilən Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir və həmin vəzifənin yerinə yetirilməsinə maneələr yaradılması qanunvericiliyə ziddir. Buna görə, müqavilə əsasında iddiaçının sahiblik və istifadəsinə verilmiş daşınmaz əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən ölçülməsinə maneələr yaradılması cavabdehə qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tovuz Rayonu, Əlibəyli kəndində yerləşən X6 adına qeydə alınmış fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən ölçülməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar