Məhkəmə qərarları › İş №2(062)-904/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-904/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-904/2024 20.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xx.xx.2022-ci il tarixli, **********23-1031 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa uyğun olaraq torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o,Cavabdeh ilə 1991-ci ildə evlənmişdir. O, həmin vaxtdan Cavabdeh və mərhum qaynanası X1 yaşadığı evə gəlin köçmüşdür. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-863/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahlarından anadan olmuş uşaqları yetkinlik yaşına çatmışlar. Cavabdeh və ona məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən xx.xx.2022-ci il tarixli, **********23-1031 reystr nömrəli ********** qediyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsində oğlunun və qızının payları da movcud olmuş, onlar ona bağışlamışlar. Həmin əmlakda ½ hissə payının olmasına baxmayaraq cavabdehin istifadəsində və sərəncamındadır. Hazırda cavabdehlə faktiki olaraq ər-arvad münasibətləri kəsilmişdir. Cavabdehlə paylarının naturada bölünməsi haqqında isə razılığa gələ bilmirlər. Hazırda cavabdeh onun da payı olduğu torpaqdan onu istifadə etməyə qoymur. Onu öz payından məhrum etmişdir. Naturada bölgü tərəflərin razılığı ilə həyata keçirilir. Razılıq olmadıqda isə məhkəmə qaydasında bölünür. Ona görə də hazır ki, iddia ilə məhkəməyə müraciə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən torpaq sahəsində onun payı vardır. Ancaq cavabdeh onu qoymur ki, həmin torpaq sahəsindən istifadə etsin. Həmçinin onun yaşamağa yeri yoxdur. Həmin torpaq sahəsində özü üçün ev tikdirəcək. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi və ekspertizanın rəyi ilə razı olduğunu bildirdi. Həmin paylara uyğun olaraq torpaq sahəsinin bölünməsinə etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətdə olmaqla 3/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı,1/6 hissədə X3 və 1/6 hissədə X2 payları mövcuddur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3404 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ərazisində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsində ayrılaraq bölünməsi mümkündür. Bunun üçün torpaq sahəsinin boş hissəsindən(ayrıca darvaza yerləşən hissədə)14,30 m enində, 30,30 metr uzunluğunda, ümumilikdə 433,0 kv.m torpaq sahəsi ayrılmalıdır. Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha torpaq sahəsinin 4/6 paya düşən sahənin 1733 kv.m təşkil etdiyi, mübahisəli torpaq sahəsində 1733 kv.m boş torpaq sahəsinin olmadığını, tikililər olduğunu nəzərə alaraq mübahisəli torpaq sahəsindən (2 hissəyə) 4/6 və 2/4 paya düşən torpaq sahəsinin bölünməsinin mümkün olmadığı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 3.7-ci maddəsində əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Yəni, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan iddiaçının payının ayrılması mümkündür. Məhkəmə xərci ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddia təmin edilyindən məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Torpaq sahəsinin boş hissəsindən(ayrıca darvaza yerləşən hissədə)14,30 m enində, 30,30 metr uzunluğunda, ümumilikdə 433,0 kv.m torpaq sahəsi ayrılmaqla, ünvan 1 ərazisində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi ayrılaraq bölünsün və İddiaçı verilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar