Məhkəmə qərarları › İş №2(062)-924/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-924/2024

27.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-924/2024 27.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 27 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlərdən ondan nisyə aldığı qoyunların ödənilməmiş qalan 3000 manat borcunun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, şəxsi təsərrüfatı var, orada qoyun-quzu saxlayır. Cavabdehlər ondan 2022-ci ilin may ayında 19 baş qoyun almışlar. Həmin heyvanlar 3450 manat pul etmişdir. Həmin məbləğdən 450 manat ona verilmiş, qalan pulu isə verəcəklərinə söz vermişlər. Heyvanları birlikdə alıb, pulunu da birlikdə verəcəklərinə də söz vermişlər. Hətta Cavabdeh2 atası qəssab işləyir və heyvanların bir hissəsini ona vermişlər. Bununla bağlı, polisə də müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Odur ki, nisyə aldıqları heyvanların pulundan qalan 3000 manat borcun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 ilə birlikdə iddiaçıdan heyvan almaq üçün getmiş, lakin o heyvan almamışdır. Sürücü olaraq getmişdir. Pul və ya heyvan ilə əlaqədar heç nə etməmişdir. Pul Cavabdeh1 olmuşdur. Sürücü olaraq getmiş və haqq olaraq 70 manat pul almışdır. İddianı qəbul etmir, ona münasibətdə rədd olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və işdə iştirak edən Cavabdeh2 izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə edilmiş polis araşdırması materiallarından görünür ki, Cavabdeh2 izahatında bildirmişdir ki, tanışı Cavabdeh1 ilə birlikdə Vaqifin tanışı Şəmkir rayonu Ələsgərli kəndində yaşayan Sərdargilə heyvan almaq üçün getmişlər. 19 baş heyvan almışlar, 3450 manat puldan 450 manat Sərdara vermişlər. Qalan 3000 manatı 1 həftəyə verəcəklərini demiş, Tovuz rayonuna qayıtdıqdan sonra 13 baş heyvanı özü götürmüş və 2360 manat pulu Vaqifə vermişdir. Qalan məbləği isə Vaqif verməli idi. Bir müddət keçdikdən sonra İddiaçı ona zəng edərək pulunu istəmiş, o isə Vaqifə verdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 nisyə olaraq 19 baş qoyun satmışdır. Həmin heyvanların dəyəri 3450 manat etmişdir. Cavabdehlər həmin vaxt 450 manat pul vermiş, qalanını isə verəcəklərini bildirmişlər. Lakin qalıq qalan həmin 3000 manat pulu qaytarmamışlar. İddiaçı borcunu qaytarması üçün dəfələrlə cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh2 məhkəmədə etiraf etməsə də, polisdə verdiyi izahatda heyvanı götürdüklərini etiraf etmişdir. Odur ki, 3000 (üç min) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin tərfələr arasında hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 (üç min) manat pul və ödənilmiş 50 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar