Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-939/2024 03.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən brilyant qaşlı 750 əyarlı 10 qram çəkidə olan 2000 manat dəyərində 1 dəst komplekt (sırğa və üzük), 585 əyarlı 7 qram çəkidə olan 550 manat dəyərində 1 ədəd qızıl qolbağı, 583 əyarlı 4 qram çəkidə olan 350 manat dəyərində 1 ədəd qızıl halqa formalı sırğa, 583 əyarlı 5 qram çəkidə olan 450 manat dəyərində 1 ədəd qızıl qırmızı qaşlı sırğa, 583 əyarlı 3 qram çəkidə olan 250 manat dəyərində 1 ədəd qızıl muncuqlu üzük, 583 əyarlı 3 qram çəkidə olan 250 manat dəyərində 1 ədəd qızıl yaşıl qaşlı üzük, 585 əyarlı 2 qram çəkidə olan 170 manat dəyərində 1 ədəd qızıl kişi üzüyündən ibarət qızıl-zinyət əşyalarının, həmin əşyalar naturada mövcud olmadıqda onlarının dəyəri olan 4000 manat məbləğində pulun, ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə o qonşudur, aralarında etibarlı münasibət yaranmışdır. Nəvəsi xəstə olduğu üçün qızıllarını satmaq istəyirdi. Şahnazın bu barədə xəbəri var idi. Şahnaz ona zəng edərək bildirdi ki, qızıllara alıcı var, qızılları ver, əgər almasalar 7 gün ərzində qızılları qaytaracaqdır. O, cavadeh Cavabdeh inanaraq qızılları vermişdir. xx.xx.2020-ci ildə cavadeh Cavabdeh onlara gələrək qızılları evindən aparıb getmişdir. Şahnaz dediyi vaxta nə qızılları, nə də onların dəyərini qaytarmamışdır. O, Bakı şəhərində yaşayır, hər ay Tovuz rayonuna gəlib getsə də, Şahnaz onu aldadaraq qızılları vermir. Hər dəfə bir bəhanə ilə onu aldadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini, qızılları qaytara bilməyəcəyi təqdirdə onların dəyərini ödəməyi öhtəsinə götürdüyünü bildirdi. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları lombardda girovdadır. Lombarda olan borcunu ödəyərək iddiaçının qızıllarını qaytaracaqdır. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə icraatı zamanı tələb edilən qızıl zinyət əşyaları qaytara bilməyəcəyi təqdirdə onun dəyərini qaytarmağa razı olduğunu bildirmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb edilən qızıl-zinət əşyaları natura şəklində, bu mümkün olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 60 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. brilyant qaşlı 750 əyarlı 10 qram çəkidə olan 2000 manat dəyərində 1 dəst komplekt (sırğa və üzük), 585 əyarlı 7 qram çəkidə olan 550 manat dəyərində 1 ədəd qızıl qolbağı, 583 əyarlı 4 qram çəkidə olan 350 manat dəyərində 1 ədəd qızıl halqa formalı sırğa, 583 əyarlı 5 qram çəkidə olan 450 manat dəyərində 1 ədəd qızıl qırmızı qaşlı sırğa, 583 əyarlı 3 qram çəkidə olan 250 manat dəyərində 1 ədəd qızıl muncuqlu üzük, 583 əyarlı 3 qram çəkidə olan 250 manat dəyərində 1 ədəd qızıl yaşıl qaşlı üzük, 585 əyarlı 2 qram çəkidə olan 170 manat dəyərində 1 ədəd qızıl kişi üzüyündən ibarət qızıl-zinyət əşyaları, həmin qızıl-zinət əşyaları naturada mövcud olmadığı təqdirdə onların dəyəri olan 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 60 (altmış) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-939/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-939/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver