Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-957/2023 10.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh5 nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, X6 və Cavabdeh5 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilib naturada bölünməsi və həmin torpaq sahəsində inşa edilmiş 183,8 kv.m fərdi yaşayış evinin naturada bölünüb payların müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, X6 və Cavabdeh5 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilib naturada bölünməsi və həmin torpaq sahəsində inşa edilmiş 183,8 kv.m fərdi yaşayış evinin naturada bölünüb payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ümumi mülkiyyətində olan 0,35 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evindən ona düşən hissədən payların müəyyən edilməsi və 0,35 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin naturada bölünərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Vahidli kəndində ona məxsus və cavabdehlərin xüsusi mülkiyyətində 0,35 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş 183,8 kv.m olan fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********96-10301 saylı hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində həm çıxarış həmdə texniki pasport verilmişdir. Cavabdehlər ona düşən həmin torpaq sahəsində və onun üzərində inşa edilmiş 183,8 kv.m olan evdən istifadə etməyə imkan vermirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh5 nümayəndəsi X8 məhkəmə iclasında iştirak etdi və iddianı qəbul etməyərək izahatında bildirdi ki, tikili təhlükəli vəziyyətdədir, həm də tikilinin bir hissəsi uçurulmuşdur. Belə olduğu halda həmin tikilinin naturada bölünməsi mümkün deyildir.Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər X2, Cavabdeh2, X6 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh5 nümayəndəsi X4 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, paylı mülkiyyətdə olan Tovuz rayonu Vahidli kəndində 0.35 ha həyətyanı torpaq sahəsi və üzərində 183,8 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı qıznın adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı payı A nömrəli fərdi yaşayış evinin 1/2 hissədə, torpaq sahəsinin isə 0,075 ha hissəsində müəyyən edilmişdir. Cavabdeh5 payı A nömrəli fərdi yaşayış evinin ½ hissəsi, A 1 nömrəli evdə tam, torpaq sahəsinin 0.075 ha , X1, Cavabdeh2 və X5 hər birinin payları isə 0.05 ha müəyyən edilmişdir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X2, Cavabdeh2, X6 və Cavabdeh5 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilib naturada bölünməsi və həmin torpaq sahəsində inşa edilmiş 183,8 kv.m fərdi yaşayış evinin naturada bölünüb payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat həmin işlə bağlı olan və Gəncə İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh5 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nə qarşı Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli 35 saylı qərarının, JN-098D saylı şəhadətnamənin və JN-242 saylı dövlət aktının ləğv edilməsi, islahat gedən zaman həmin dövrdə qediyyatda olan şəxslərin adının qeyd olunmaqla yeni şəhadətnamənin və dövlət aktının verilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İşə əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadıindan görünür ki, Cavabdeh5 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nə qarşı JN-242 saylı dövlət aktının ləğv edilməsi, yeni şəhadətnamənin və dövlət aktının verilməsi tələbinə dair iddiası mümkünsüz sayılmışdır. İşə əlavə olunmuş, Tovuz Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşıümumi mülkiyyətdə olan əmlakdan payların müəyyən edilib naturada bölünməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Tovuz rayonu Vahidli kəndi ərazisində yerləşən A və A-1 literli yaşayış evinin planlı yerləşmələrinin, faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu, yaşayış evlərinin yaşayış və yardımçı tikililər ilə təmin olunmasını, yaşayış evlərinin bir-birindən təcrid olduğunu nəzərə alaraq yaşayış evlərinin naturada paylarına yaxın şəkildə bölünməsi inşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin 30.0m uzunluğunda 25.0m enində sərhəd hesabına alınmalı və küçədən darvazaya quraşdırılmalıdır. İşə əlavə edilmiş 01 aprel 2022-ci il tarixli 10/1104 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın X9 adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsinin və torpaq sahəsinin 0,075 ha hissəsinin naturada təcrid mənzillər şəklində ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Sxemdə göstərilən X9 payı üzrə ayrılan 0,075 ha torpaq sahəsinin ayrılması zamanı döngə nöqtələrinin dəqiq koordinatları GPS aləti vasitəsilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, paylı mülkiyyətdə olan Tovuz rayonu Vahidli kəndində 0.35 ha həyətyanı torpaq sahəsi və üzərində 183,8 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı qıznın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı payı A saylı fərdi yaşayış evinin1/2 hissəsi, torpaq sahəsinin isə 0,075 ha hissəsi üzərində müəyyən edilmişdir. Eyni zamanda məhkmə araşdırılması zamanı müyyən edilmişdir ki, X9 adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsinin və torpaq sahəsinin 0,075 ha hissəsinin naturada təcrid mənzillər şəklində ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, qeyd edilən ekspertiza rəyini şübhə altına alan hər hansı hallar müəyyən edilməmişdir. Buna baxmayaraq Cavabdeh5 nümayəndəsi iddia edir ki, həmin tikilibib bir hissəsi uçmuşdur və bina qəzalı vəziyyətdədir. Bununla bağlı məhkəmə onu qeyd edir ki, hazırki işdə olmasa da, eyni tərəflər arasında gedən digər predmetli bir işlə bağlı məhkəmə tərəfindən həmin yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, evin arxa divarları bir az uçmuşdur. Bu hal da həmin yaşayış evinin naturada bölünməsinə əngəl yaratmasına gətirib çıxa bilməz. Əksinə, evin naturada bölünməməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozmaqla, həmin evin də baxımsız vəziyyətə gətirib çıxaran hal kimi xarakterizə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 3.7-ci maddəsində əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Yəni, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Bundfan başqa da işin hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 6 nəfərin paylı mülkiyyətində olsa da, fərdi yaşayış evi yalnız iki nəfərin bərabəır payda mülkiyyətindədir ki, bu halda da fərdi yaşayış evinin naturada bölünməsinin mümkünsüzlüyü istisna edilir.Yəni, fərdi yaşayış evinin bu cür bölünməsi digər payçıların maraqlarına ziyan vurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın X9 adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsi və torpaq sahəsinin 0,075 ha hissəsi naturada təcrid mənzillər şəklində ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərci ilə bağlı məsələyə münasibət bildirən məhkəmə onu qeyd edir ki, göründüyü kimi mülki iş üzrə iki dəfə ekspertiza tədqiqatı aparılmışdır ki, hər iki ekspertiza tədqiqatının ümumilikdə dəyəri 150 manat təşkil etmişdir.Ona görə də məhkəmə hesab edir ki, həmin xərcin 50 manatı müştərək qaydada X7, Cavabdeh2 və X3, 100 manatı isə Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışda göstərilən əmlakın X9 adına dövlət qeydiyyatına alınmış yaşayış evinin ½ hissəsi və torpaq sahəsinin 0,075 ha hissəsi naturada təcrid mənzillər şəklində ayrılsın. Ekspertiza tədqiqatına sərf edilmiş xərcin 50 manatı müştərək qaydada X7, Cavabdeh2 və X3, 100 manatı isə Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-957/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-957/2023
10.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver