Məhkəmə qərarları › İş №2(062)-973/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-973/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-973/2025 22.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “********** saylı xx.xx.2023-cü il tarixli cavabdehin adına qeydə alınmış çıxarışın ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı idida ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına qeydə alınmış qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********47-10301 olan çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərinin vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona miras qalmışdır. Cavabdeh onun bacısı oğludur. Cavabdehə 24 aprel 2023-cü il tarixdə özünə məxsus olan həmin daşınmaz əmlakı bağışlamış və bu barədə reyetrdə 4Ə-549 saylı qeydiyyat aparılmışdır. Bağışlayan zaman cavadeh ona ömrünün sonuna qədər baxacağına dair vəd versə də, sonradan onu incitmişdir. Cavabdeh və onun ailə üzvləri tərəfindən bağışlamadan sonra daim təhqir olunaraq döyülmüşdür. Ona görə də, o, Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edlməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi təmin olunmuş, onun ilə Cavabdeh1 arasında 24 aprel 2023-cü il tarixdə bağlanılan və reyetr nömrəsi 4Ə-549 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Sonradan məhkəmə qətnaməsinin icra olunması ilə bağlı daşınmaz əmlakın övlət reyestr xidmətinə müraciət etsə də, qətnamə icra oluna bilməmişdir. Bu da onun mülkiyyətinin qeydiyyata alınmaması ilə nəticələnir. Bununla da gözlənilən mülkiyyət hüququ mülkiyyətin cavabdehin adında qalması ilə bağlı ona yeni çıxarış verilməsi mümkün olmamışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-2690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanılan və reyestrdə 4Ə-549 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanılan və reyestrdə 4Ə-549 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 146-cı maddəsinin mənasına görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququnun onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində 5 şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2.). Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası o zaman qüvvədə olur ki, həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin. Göründüyü kimi 13 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununu bağışlama müqaviləsi təşkil edir ki, həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1nın adına qeydə alınmış Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış ləğv edilsin və daşınmaz əmlak əvvəlki vəziyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar