Məhkəmə qərarları › İş №2(062)-993/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-993/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-993/2025 28.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4670 manat pulun və 67 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəlllər tanımış, aralarında yaxın münasibət olmuşdur. O, ümumilikdə cavabdehə müxtəlif vaxtlarda pul vermişdir. O həmin borcu qaytarmağı öz öhdəsinə götürsə də pulu qaytarmamışdır. Cavabdehin ona deməsinə görə ondan aldığı borcu yaxın müddət ərzində qaytarmalı idi. Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq cavabdeh ona borclu olduğu pulu qaytarmır. Cavabdeh ondan Bakıya gedən zaman və xəstəliyi ilə əlaqədar pul almışdır. 2024-cü ilin yay aylarında cavabdeh Bakıya gedərkən ondan 150 manat birinci dəfə, ikinci dəfə 500 və 3cü dəfə 500 manat pul almışdır. Bundan başqa paltar üçün 90 manat, yol üçün 40 manat pul almışdır. 20 sentyabr 2024-cü il tarixdə o, cavabdehin kartına 1000 manat pul göndərmişdir. Bundan başqa cavabdehin dərmanına 50 manat, 60 manat da bir pul vermişdir. Bundan başqa bir sənədləşmə etmək üçün məhkəmə və ASAN xidmətə gedərkən ondan 50 manat da pul almışdır. Bundan başqa 2-ci dəfə cavabdeh Bakı şəhərinə gedərkən paltara 50 manat pul almışdır. Bundan başqa cavabdeh yol getdiyi üçün yola da ondan 750 manat pul almışdır. Bundan başqa cavabdeh ondan evində olan 700 manat dəyərində qızılını da aparmışdır. Onu da qaytaracağını bildirsə də hələ də qaytarmamışdır. Cavabdeh ondan telefon almağını istəmiş, o isə onun tək qadın olmasını nəzərə alaraq ona telefon almışdır. telefonu, alan zaman onun dəyəri olan 230 manatı da qaytarmağı bildirsə də, pulu qaytarmamışdır. Pulu telefon mağazasında o, ödəmişdir. Onunla bir müddət bir yerdə yaşamağından istifadə edərək evindən gedərkən evdən 500 manat pul götürmüşdür. Ümumiyyətlə cavabdehin ona 4670 manat borcu yaranmışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır. Bundan öncə polisə şikayət etmiş, polisdən ona bildirilmişdir ki, ərizə ilə məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən iddiaçı, tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, o cavabdehə pulu borc şəklində deyil, arvadı kimi vermişdir. Belə ki, o onunla faktiki olaraq ər-arvad münasibətində yaşamış,gələcəkdə rəsmi nikah münasibətlərinə girmək niyyəti ilə onu evinə gətirmişdir.Hazırda iki min manat pulu bağışlayır, qalan pulun isə ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən cavabdeh, bildirdi ki, o iddiaçı ilə müəyyən müddət bir yerdə yaşamışdır və onu işləməyə qoymamışdır. Telman ona 1000 manat pul göndərmişdir. Özünün də dediyi şiki o şəkər xəstəliyindən əziyyət çəkmiş, ona görə də Telman müalicə olunmaq üçün onu Bakı şəhərinə göndərmiş, 1000 manat məbləğində pulu da onun müalicəsi üçün vermişdir. Ayrıldıqdan sonra o ona çəkilən xərci istəməyə başlamışdır. Özünü de etiraf etdiyi kimi Telman ona borc verməmişdir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətində olmaqla birlikdə yaşamış, bu müddət ərzində o iddiaçının müalicəsi üçün cavabdehə 1000 manat pul göndərmişdir. Bu cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, tərəflər arasında borc münasibəti yaranmamış, iddiaçı cavabdehə borc şəklində hər hansı vəsait verməmişdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (MM maddə 385.1). İddiaçı Cavabdeh borc şəklində pul verilməsini iddia etsə də, o məhkəmə iclasında bununn əslində borc şəklində deyil, faktiki nikah münasibətində olduğu şəxs kimi verrmiş, o cavabdehlə gələcəkdə rəsmi nikah qeryd etdirməyi düşünmüşdür. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma, bağışlama və s.), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (MM maddə 666.1). Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə hədiyyə edilmiş əşyanın (maddi nemətin) geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir. Bu əsaslar bağışlamanın etibarsızlığı, müqavilənin ləğv olunması, bağışlamadan imtina edilməsi kimi müxtəlif mahiyyətdə ola bilər. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hər hansı birinə istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır. Baxılan işdə İddiaçı Cavabdeh zənginləşməsi üçün ona pul vermədiyini istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (MPM maddə 77.1). İşin hallarından aydın olur ki, pul cavabdehə müalicə üçün verilmiş və bu da onların faktiki ər-arvad münasibətindən irəli gəlmişdir. İddiaçı Cavabdeh könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun Cavabdeh verdiklərini geri qaytarması üçün həmçinin bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olubolmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır. Ona görə ki, Mülki Məcəllənin 673-674-cü maddələrində hədiyyə alan tərəfindən bağışlamadan imtinanın və ləğvin hüquqi əsasları göstərilmişdir. Lakin, hazırkı işin müəyyən edilmiş faktiki halları ilə bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən hallar işə baxılan zaman məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh min manatdan başqa, iddiada göstərilən bütün məbləğlərin verilməsi öz təsdiqini tapdığı halda belə, yenə də Cavabdeh ilə İddiaçı arasında hər-hansı öhdəlik hüquq münasibətləri olmamışdır. Yəni, tərəflər arasında digər əvəzli əqd (müqavilə) olmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar