Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-100/2024 22.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1420 manat məbləğində pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona məxsus Zərdab rayonu, Çallı kəndində yeni inşa etdiyi mənzilə taxtadan pilləkən yığmalı idi. Bununla bağlı ümumilikdə işin qiyməti (zəhmət haqqı və material xərci) 3200 (üç min iki yüz) manat müəyyən olunmuşdur. Bu səbəbdən də, 2022-ci ilin may ayında Zərdab rayonu, Çallı kəndində ona məxsus mənzildə cavabdehə 1000 (bir min) manat pul vermişdir. Bundan bir ay sonra isə təxminən iyun ayının əvvəllərində Ucar şəhərində həmin işə görə cavabdehə əlavə olaraq 800 (səkkiz yüz) manat pul vermişdir. Ümumilikdə isə cavabdehə 1800 (bir min səkkiz yüz) manat nağd şəkildə pul versə də, sonuncu işi icra etməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə iradını bildirərək işi başlatmasını tələb etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Daha sonra, cavabdehin dəfələrlə yalanlar söyləyərək onu aldatdığını gördükdə sonuncudan pulu geri qaytarmasını tələb etmişdir. Bundan sonra, cavabdeh borcundan 380 (üç yüz səksən) manatını ona geri qaytarmışdır. Hazırda cavabdehin ona 1420 (bir min dörd yüz iyirmi) manat borcu qalmışdır. Lakin, cavabdeh artıq uzun zamandır ki, ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, o, İddiaçı məxsus Zərdab rayonu, Çallı kəndində yeni inşa edilmiş mənzildə təmir işləri ilə məşğul olmuşlar. 2022-ci ilin may ayının dəqiq gününü xatırlamadığı vaxtda Cavanşir onun sonradan tanıdığı (orada təmir işləri görərkən tanıdığı) Cavabdeh oaraya dəvət etmiş, sonuncu həmin mənzilə gəlmiş, sifarişi razılaşaraq icra etməyi öhdəsinə götürmüşdür. Beləliklə, Heydər Cavanşirdən sifarişin (pilləkən quraşdırılmasının) müqabilində alınası materiallar lazım olduğunu bildirməklə nəğd şəkildə 1000 (bir min) manat pul almışdır. Bu danışıqlar əsanasında o, nahar fasiləsi ilə əlaqədar danışılan söhbətin və verilən pulun şahidi olmuşdur. Şahid1 ifadəsində göstərdi ki, o, İddiaçı məxsus Zərdab rayonu, Çallı kəndində yeni inşa edilmiş mənzildə təmir işləri ilə məşğul olmuşlar. 2022-ci ilin may ayının dəqiq gününü xatırlamadığı vaxtda Cavanşir onun sonradan tanıdığı (orada təmir işləri görərkən tanıdığı) Cavabdeh oaraya dəvət etmiş, sonuncu həmin mənzilə gəlmiş, sifarişi razılaşaraq icra etməyi öhdəsinə götürmüşdür. Beləliklə, Heydər Cavanşirdən sifarişin (pilləkən quraşdırılmasının) müqabilində alınası materiallar lazım olduğunu bildirməklə nəğd şəkildə 1000 (bir min) manat pul almışdır. Bu danışıqlar əsanasında o, nahar fasiləsi ilə əlaqədar danışılan söhbətin və verilən pulun şahidi olmuşdur. Şahid3 ifadəsində göstərdi ki, o, İddiaçı məxsus Zərdab rayonu, Çallı kəndində yeni inşa edilmiş mənzildə təmir işləri ilə məşğul olmuşlar. 2022-ci ilin may ayının dəqiq gününü xatırlamadığı vaxtda Cavanşir onun sonradan tanıdığı (orada təmir işləri görərkən tanıdığı) Cavabdeh oaraya dəvət etmiş, sonuncu həmin mənzilə gəlmiş, sifarişi razılaşaraq icra etməyi öhdəsinə götürmüşdür. Beləliklə, Heydər Cavanşirdən sifarişin (pilləkən quraşdırılmasının) müqabilində alınası materiallar lazım olduğunu bildirməklə nəğd şəkildə 1000 (bir min) manat pul almışdır. Bu danışıqlar əsanasında o, nahar fasiləsi ilə əlaqədar danışılan söhbətin və verilən pulun şahidi olmuşdur. İşdə olan 20 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 34,20 (otuz dörd manat 20 qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh inşa etdiyi mənzildə taxtadan pilləkən yığılması üçün sonuncuya 1000 manat, iyun ayında isə 800 manat nəğd şəkildə ödəniş etmişdir. Cavabdeh bu günədək borcundan 380 manat ödəniş etmiş, qalıq 1420 manat borcunu isə ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bu Məcəllənin 570-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Qeyd olunan Məcəllənin 575-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Yenə bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən təqdim edilmiş 1 (bir) ədəd CD diskə keçirilmiş baxışın nəticəsini, işin faktiki halları, o cümlədən təqdim edilmiş mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edərək müəyyən etdi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı Cavabdeh inşa etdiyi mənzildə taxtadan pilləkən yığılması üçün sonuncuya verdiyi 1800 manat puldan qaytarılan 380 manat məbləğində pul işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə yerdə qalan 1420 manat pul vəsaitidir. Məhkəmə işin mübahisələndirilən halına hüquq müstəvisində qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, iddaçı mülki prosessual qanunvericiliyin tələbinə əsasən öz iddia tələbini sübuta yetirməlidir və bu tələb məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı cavabdehə sifariş etdiyi işin icrası isitqamətində materialların alınması üçün 1000 manat məbləğində pulu verməsini məhkəmə iclası zamanı (audiovideo yazı vasitəsilə öz təsdiqini tapmış hallar) şahidlərin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında olan səs yazmaları özündə əks etdirən CD diskə baxış ilə sübuta yetirə bilmişdir. 420 manat pulun cavabdehə verilməsi isə sözügedən diskə baxış zamanı cavabdehin öz etirafedici səs yazısı ilə sübuta yetirilmişdir. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 1420 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 34,20 (otuz dörd manat 20 qəpik) manat məbləğində dövlət rüsumu həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi üzrə ödənilmiş 34,20 (otuz dörd manat 20 qəpik) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-100/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-100/2024
22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver