Məhkəmə qərarları › İş №2(063)-109/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-109/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-109/2025 11.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədirliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ucar rayon notariat ofisinə qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya və cavabdehə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişlər, üçüncü şəxs Azərfon MMC-yə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə Mamed oğlu ərizə ilə məhkəməyə müraciət edərək yaranmış zərurətlə əlaqədar iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin, heblə üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia ərizəsi ona qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ucar rayon notariat ofisinə qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar