Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-13/2025 07.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaq, aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı uşaq, aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 oktyabr 2012-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq ona verilməsi, 29 avqust 2009-cu il təvəllüdlü X8 və 08 oktyabr 2012-ci il təvəllüdlü X3 onunla qalmalarının müəyyən edilməsi, 29 avqust 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 yanvar 2023-cü il tarixdən sonra hesablanmış aliment borclarını ödəməkdən onun azad edilməsi və 08 oktyabr 2012-ci il təvəllüdlü X3 cavabdehdən alınıb ona verildiyi gündən onun yanında 2 nəfər, cavabdehin yanında isə 1 nəfər uşaqları qaldığından onun cavabdehə aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(063)-479/2017 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyində 08 nömrə ilə qeyd edilmiş 01 oktyabr 2008-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından olan uşaqları-Elcanın, Sübhanın və Ayanın cavabdehin yanında qalması müəyyən edilmişdir. Lakin 15 iyun 2022-ci il tarixdən böyük oğlu-29 avqust 2009-cu il təvəllüdlü X2 olaraq onun yanına gəlmiş və onunla birlikdə yaşamağa başlamışdır. Bundan başqa, 2022-ci ilin oktyabr ayında ikinci uşağı-08 oktyabr 2012-ci il təvəllüdlü X9 da onunla yaşamaq üçün onun yanına gəlmiş, lakin sonradan cavabdeh gəlib onu zorla özü ilə aparmışdır. Ona görə də, o həmin uşaqlarının onunla qalmalarını istədiyindən qarşı tərəfə bununla bağlı təklif göndərmiş, bundan sonra onlar mediasiya prosesində də iştirak etmişlər, lakin razılaşa bilməmişlər. Buna görə də mediator “ilkin mediasıya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 20 dekabr 2022-ci il tarixli arayış vermiş və həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci o ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bundan başqa, bu iddia ərizəsinə əlavə etdiyi Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(102)-2521/2019 nömrəli icra vərəqəsindən göründüyü kimi Cavabdeh iddiası təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 12 iyun 2017ci il tarixli, 2(063)-596/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və hər uşaqları üçün 160 manat müəyyən edilməklə, cəmi 480 manat məbləğində müəyyən edilmişdir. Göstərdiyi kimi 15 iyun 2022-ci il tarixdən böyük oğlu-29 avqust 2009-cu il təvəllüdlü X2 olaraq onun yanına gəlmiş və onunla birlikdə yaşamağa başlamışdır. Buna baxmayaraq o, 01 yanvar 2023-cü il tarixədək olan aliment borclarını cavabdehə tam ödəmişdir. Lakin həmin tarixdən sonra onunla qalan uşağa görə aliment ödəməyəcək, yəni cəmi 320 manat aliment ödəyəcəyəkdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında bildirdi ki, hazırda oğlu Elcan onunla qalır, digər uşaqları Sübhan və Ayan isə cavabdeh ilə qalırlar. İşdə olan rəylərlə tanış olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarından görünür ki, cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsi tamamilə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsində uşaqların öz anası ilə birgə yaşamasının onların mənafeyinə zidd olması ilə bağlı bir dənə də olsa hal göstərilməmişdir. İddia ərizəsində uşaqların ən yaxşı mənafeləri naminə atanın yanında qalmasının labüdlüyü də əks olunmamış, aliment ödəməkdən yayınmaq istəyi isə iddia ərizəsinin hər cümləsində hiss olunmaqdadır. Hazırkı iddianı verməkdə iddiaçının məqsədi yalnız və yalnız aliment ödəməkdən yaxa qurtarmaq, daha sonra istifadə hüququ tanınmış mənzildən onu çıxartmaqdır. İddiaçı ilə bağladıqları nikahın pozulmasına razı olmasa da Ucar Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(063)-479/2017 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından olan uşaqların onun yanında qalması müəyyən edilmişdir. İddiaçı indiyə kimi bir ay da olsa vaxtında aliment ödənişi etməmiş, icra məmurunun məcburi icra hərəkətlərindən sonra (məcburi gətirilmə, axtarış və s.) ödəniş etmiş, hal-hazırda da 1500-dən çox aliment borcu vardır. Ata olaraq başqa heç bir maddi köməklik göstərməmiş, uşaqların təlim-tərbiyəsi, təhsili, sağlamlığı, fiziki və mənəvi inkişafı ilə maraqlanmamışdır. O, Yasamal rayonu Niyazi adına 22 sayli Uşaq Musiqi Məktəbində nəzəri fənlər üzrə müəllimə və Qobustan rayonu Cəyirli kənd ümumi orta məktəbdə müəllimə kimi çalışır. Üç uşağın bütün qayğısı ilə özü məşğul olur, qida, paltar, məktəb, yol və s. xərclərini özü çəkir. 2022-ci ilin yay tətilində iddiaçı böyük oğlu Elcanı Ucara, nənəsigilin yaşadığı evə aparmış, tətil boyu uşaqla maraqlananda zənglərinə oğlu cavab verməmiş, atasından bu barədə soruşduqda zənglərə cavab verməməsini tapşırdığını bildirmişdir. Elcan sentyabr ayında nənəsi ilə birlikdə Masazır kəndində yaşayan xalasıgilə gələrək orada yaşamağa başlamışdır. Bir neçə dəfə uşağı gətirmək üçün həmin ünvana getsə də polisə şikayət etmişlər. Xüsusi ilə qeyd edir ki, iddiaçı özü uşaqla birgə yaşamır və harada olması da məlum deyildir. Uşaqlar Abşeron rayonu Əliyar Əliyev adina Qəzyan kənd tam orta məktəbində oxuyur. Bu hadisələrdən sonra müəllimlərinin dediklərinə əsasən Elcan dərslərdə zəifləmiş və aqressiv olmuşdur. İddiaçı heç vaxt uşaqların dərsləri və təlim-tərbiyəsi ilə məşğul olmamış, ümumiyyətlə maraqlanmamışdır. Yekun olaraq bildirir ki, iddiaçı həmin uşaqlara qayğı göstərmək iqtidarında deyil, iddiaçının hazırkı həyat tərzi də bunu deməyə əsas verir. İşə baxan məhkəmə uşağın maksimal qaydada müstəqil fikir formalaşdırmaq imkanına malik olub-olmamasını müəyyən etmək öhdəliyi daşıyır. Hazırkı halda oğlu Elcanla bağlı onu qeyd edə bilər ki, hələ həyatı tam olaraq dərk etməyən və dünyagörüşü tam olaraq formalaşmayan uşağın atası ilə qalmaq fikrinə gəlməsində ona olunan təzyiqlərin böyük rolu olmuş və bu da uşağın kor-koranə olaraq öz doğma anası olaraq onunla yaşamağa etiraz etməsi ilə nəticələnmişdir. Həmçinin, məhkəmə nəzərə almalıdır ki, uşaqlarının bir yerdə yaşaması ailə bağlarının tam itirilməməsinə, uşaqların ailənin dağılmasından daha az zərər görməsinə xidmət edir. İddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, cavabdehin iddia ərizəsinə etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata İddiaçı və Cavabdeh olan X11 29 avqust 2009-cu ildə və X9 08 oktyabr 2012-ci ildə doğulmuşlar. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(063)- 479/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 nömrə ilə qeyd edilmiş 01 oktyabr 2008-ci il tarixli nikahın pozulması və tərəflərin birgə nikahından olan uşaqları Elcanın, Sübhanın və Ayanın anası Cavabdeh himayəsində qalması müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(063)-596/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 29 avqust 2009-cu il təvəllüdlü X8, 08 oktyabr 2012-ci il təvəllüdlü X3 və 16 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. İş materiallarında olan AA0272036 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, iddiaçı, Ucar rayonu, Xələc kəndində qeydiyyatdadır. İş materiallarında olan AA1900981 nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, cavabdeh, Ucar rayonu, Xələc kəndində qeydiyyatdadır. İşdə olan 08 iyun 2023-cü il tarixli rəydən görünür ki, Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanı rəydə qeyd olunanları nəzərə alaraq uşaqlardan X8 anası Cavabdeh ilə ünsiyyət hüququ saxlanılmaqla atası İddiaçı yanında qalmasını, X3 və X10 isə ataları İddiaçı ilə ünsiyyət hüququ saxlanılmaqla anaları Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab edir. Həmin rəydə göstərilmişdir ki, uşaqlardan X11 ilə Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanının üzvləri tərəfindən onun valideynlərindən hansının yanında qalması ilə bağlı söhbət aparılmış, bu barədə onun fikirləri öyrənilərək 04 aprel 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Söhbət zamanı Elcan Qasımov atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Həmçinin, rəydə göstərilmişdir ki, aktda Cavabdeh yanında yaşayan övladları Sübhan və Ayanla söhbət zamanı onların analarına sıx bağlı olduqlarını, analarının yanında qalmaq istədiklərini bildirdikləri qeyd olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli, 11/616 nömrəli ekspert rəyindən (məhkəməpsixoloji ekspertizası) görünür ki, 29 avqust 2009-cu il təvəllüdlü X8 hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. 08 oktyabr 2012-ci il təvəllüdlü X3 hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. X6 oğlu və X9 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Lakin valideynlər arasında qarşılıqlı münasibətlərdə yaşanmış gərkinlik X6 oğlunun və X3 emosional-iradi sferasına neqativ təsir göstərmişdir. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsinə verilməsinin məqsədəuyğyn olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(063)-479/2017 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 nömrə ilə qeyd edilmiş 01 oktyabr 2008-ci il tarixli nikahın pozulması və tərəflərin birgə nikahından olan uşaqları Elcanın, Sübhanın və Ayanın anası Cavabdeh himayəsində qalması müəyyən edilməsi qət edilmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli icra vərəqəsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(063)-596/2017 saylı qətnaməsi ilə müəyyən olunan aliment miqdarı dəyişdirilərək, 29 avqust 2009-cu il təvəllüdlü X8, 08 oktyabr 2012-ci il təvəllüdlü X3 və 16 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 oktyabr 2012-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq ona verilməsi, 29 avqust 2009-cu il təvəllüdlü X8 və 08 oktyabr 2012-ci il təvəllüdlü X3 onunla qalmalarının müəyyən edilməsi, 29 avqust 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 yanvar 2023-cü il tarixdən sonra hesablanmış aliment borclarını ödəməkdən onun azad edilməsi və 08 oktyabr 2012-ci il təvəllüdlü X3 cavabdehdən alınıb ona verildiyi gündən onun yanında 2 nəfər, cavabdehin yanında isə 1 nəfər uşaqları qaldığından onun cavabdehə aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə iddia ərizəsinə etiraz göndərib iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ailə qanunvericiliyindən göründüyü kimi uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmçinin, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, cavabdehin iddia ərizəsinə etirazını, qəyyumluq və himayə orqanının və ekspertin rəylərini, habelə 10 yaşına çatmış uşaqların razılığını və fikirlərini nəzərə alaraq, işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Ucar Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(063)-479/2017 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 nömrə ilə qeyd edilmiş 01 oktyabr 2008-ci il tarixli nikahın pozulması və tərəflərin birgə nikahından olan uşaqları Elcanın, Sübhanın və Ayanın anası Cavabdeh himayəsində qalması müəyyən edilməsi qət edilmişdir. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli icra vərəqəsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(063)-596/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 29 avqust 2009-cu il təvəllüdlü X8, 08 oktyabr 2012-ci il təvəllüdlü X3 və 16 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 (yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Həmçinin, Qəyyumluq və himayə orqanı tərəfindən verilmiş rəydə də uşaqlardan X8 anası Cavabdeh ilə ünsiyyət hüququ saxlanılmaqla atası İddiaçı yanında qalması, X3 və X10 isə ataları İddiaçı ilə ünsiyyət hüququ saxlanılmaqla anaları Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Həmin rəydə göstərilmişdir ki, uşaqlardan X11 ilə Ucar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayə orqanının üzvləri tərəfindən onun valideynlərindən hansının yanında qalması ilə bağlı söhbət aparılmış, bu barədə onun fikirləri öyrənilərək 04 aprel 2023-cü il tarixdə akt tərtib olunmuşdur. Söhbət zamanı Elcan Qasımov atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Rəydə həmçinin, göstərilmişdir ki, aktda Cavabdeh yanında yaşayan övladı Sübhanla söhbət zamanı anasına sıx bağlı olduğunu, anasının yanında qalmaq istədiyini bildirdiyi qeyd olunmuşdur. Bundan əlavə, ekspert rəyindən də görünür ki, 29 avqust 2009-cu il təvəllüdlü X8 hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. 08 oktyabr 2012-ci il təvəllüdlü X3 hazırda anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Qeyd olunanlara əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 29 avqust 2009-cu ildə doğulmuş X11 İddiaçı yanında qalmalı, iddiaçı Qasımov X5 Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli qətnaməsi ilə 29 avqust 2009-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti 01 yanvar 2023-cü ildən ödəməkdən azad edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə iddiaçıdan və cavabdehdən müştərək qaydada 100 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 29 avqust 2009-cu ildə doğulmuş X11 İddiaçı yanında qalsın. İddiaçı Qasımov X5 Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(012)- 2521/2019 nömrəli qətnaməsi ilə 29 avqust 2009-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimenti 01 yanvar 2023-cü ildən ödəməkdən azad edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və Cavabdeh müştərək qaydada 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-13/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-13/2025
07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver