Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-641/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın ananın yanında qalması və aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulan ##.##.2017-ci il təvəllüdlü X2 yanında saxlanması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması və aylıq xərclərinin ödənilməsi üçün hər ay 260 manat olmaqla, aliment müəyyən edilməklə və hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə (hakim Məlahət Abbasova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsi tərtib edilərkən MPMin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (FİN) iddia ərizəsində göstərilməmiş, cavabdehlə bağlı MAPS arayışı, onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından narazı qalan iddiaçı İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, məhkəmə cavabdehin xarici vətəndaş olduğunu nəzərə almamışdır. Belə ki, cavabdeh Cavabdeh Azərbaycanda doğulsa da Rusiya Federasiyasına köçmüş və hal-hazıradək də orada yaşamaqdadır. Bu şəxsin Azərbaycana aid heç bir sənədi, yəni nə şəxsiyyət vəsiqəsi, nə FİN kodu mövcud deyildir. O baxımdan o məcbur olub özünün faktiki yaşadığı və qeydiyyatda olduğu ünvan üzrə ərazi aidiyyəti olan Abşeron Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Baxmayaraq ki, bütün sənədləri qanunamüvafiq hazırlanmışdır. Yuxarıda göstərilmiş əsasla məhkəmə bu işin baxılmasını mümkünsüz hesab etmişdir. Məhkəmənin bu mövqeyi ilə qəti razı deyildir. Məhkəmə prosesual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli və iddiaya mahiyyətinə görə baxılmalıdır. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ilə (hakim Məlahət Abbasova) şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı və onunla bağlı ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olmaqla, tərəflər arasında olan nikah Rusiya Federasiyası Krasnoyarsk şəhəri, Sovetski rayonu üzrə 85-ci məhkəmə məntəqəsinin qiyabi qərarı ilə pozulmuşdur. Cavabdeh Cavabdeh adlı şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmaması səbəbindən “Elektron məhkəmə informasiya sistemi”ndə müəyyən edilməməsi gözlənilən haldır. Hərçənd ki, iddiaçı cavabdehin Rusiya Federasiyası Krasnoyarsk şəhəri, Sokolovskaya küçəsi 76, mənzil 187-də qeydiyyatda olmasına diar ünvan və pasport məlumatlarını sonradan məhkəməyə təqdim etsə də birinci instansiya məhkəməsi həmin məlumatları şikayətə baxarkən nəzərə almamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, icraat zamanı məhkəmə prosesləri ilə bağlı cavabdehin məlumatlandırılması üçün iddiaçıya əlavə müvafiq məlumatların da təqdim edilməsi təklif edilə, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyaya uyğun olaraq məhkəmə tapşırığı vasitəsi ilə cavabdehin iddiaya dair münasibətinin öyrənilməsi, o cümlədən digər prosessual hərəkətlərin aparılması da mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadı və onunla bağlı ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-641/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-641/2026
09.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver