Məhkəmə qərarları › İş №2(063)-1324/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1324/2025

23.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1324/2025 23.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, maraqlı şəxs Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Nümayəndə qarşı "vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxs Nümayəndə qarşı "vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması"na dair ərizə ilə məhkəməyə müraciət edərək, Ucar Rayonu Boyat Bələdiyyəsinin dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna 4075,83 manat, İcbari Tibbi Sığorta Fonduna 713,23 manat borclarının ödənilməsini təmin etmək üçün həmin şəxsin rəhbəri Nümayəndə (doğulduğu tarix - xx xxxx 1966-cı il, doğulduğu yer - Ucar rayonu, Boyat kəndi şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 14 avqust 2025-ci il tarixə vergi ödəyicisi olan Ucar Rayonu Boyat Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4075,83 manat, İcbari Tibbi Sığorta Fonduna 713,23 manat olmaqla, ümumilikdə 4789,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 16 aprel 2025-ci il tarixli, **********477200 və **********852100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də Ucar Rayonu Boyat Bələdiyyəsinin dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna, eləcə də İcbari Tibbi Sığorta Fonduna borclarının ödənilməsini təmin etmək üçün bələdiyyənin sədri Nümayəndə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Nümayəndə ərizəyə münasibətdə bildirdi ki, mövcud borcu etiraf edir, lakin həmin borcdan bir hissəni ödəmişdir. Hesab edir ki, sözügedən borcun olması onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz. Ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, iclasın ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Maraqlı şəxs Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxs Nümayəndə iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən, o cümlədən maliyyə sənədlərindən və bildirişlərdən görünür ki, Ucar Rayonu Boyat Bələdiyyəsi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə şöbənin ərizə verilən tarixə dövlət büdcəsinə, yəni Dövlət Sosial Müdafiə Fonduna 4075,83 manat, İcbari Tibbi Sığorta Fonduna 713,23 manat olmaqla, ümumilikdə 4789,06 manat borcu yaranmış, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləği ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Bu Məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Bu Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu Məcəllənin 355-7-ci maddəsinin İ, İİİ və İV hissələrinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi Ucar Rayonu Boyat Bələdiyyəsi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış vergi borclarının ödənilməsini təmin etməmiş, nəticədə, ərizəçinin vergi borclarının təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Ucar Rayonu Boyat Bələdiyyəsinin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Bələdiyyənin sədri, maraqlı şəxs Nümayəndə (doğulduğu tarix - xx xxxx 1966-cı il, doğulduğu yer - Ucar rayonu, Boyat kəndi şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-5-355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ucar Rayonu Boyat Bələdiyyəsinin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini təmin etmək üçün Bələdiyyənin sədri, maraqlı şəxs Nümayəndə (doğulduğu tarix - xx xxxx 1966-cı il, doğulduğu yer - Ucar rayonu, Boyat kəndi şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən sonra dərhal qüvvəyə minir. Qətnamə qəbul edildikdən sonra dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar