Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-1467/2024 23.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası üzrə mülki işin materallarına baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10 noyabr 2022-ci il tarixli “əşyanın lombardda girovu haqqında” müqaviləyə əsasən öhdəliyin icra olunması məqsədilə 463534 nömrəli girov biletində sadalanan girov qoyulmuş qızılzinət əşyalarının iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(006)- 2217/2024 saylı qərardadı ilə iş icraata götürülərək 19 aprel 2024-cü il tarixə təyin edilmişdir. İşin icraata götürülməsi zamanı Nəsimi Rayon Məhkəməsinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışda iş üzrə Cavabdeh2 rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri, Nəsimi rayonu, 74 ünvanı qeyd edildiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(006)- 2217/2024 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 tərəfindən 10 noyabr 2022-ci il tarixli “əşyanın lombardda girovu haqqında” müqaviləyə əsasən öhdəliyin icra olunması məqsədilə 463534 nömrəli girov biletində sadalanan girov qoyulmuş qızıl-zinət əşyalarının İddiaçı qaytarılması qət edilmişdir. 07 oktyabr 2024-cü il tarixdə sözügedən qətnamə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. 10 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ünvanlayaraq 19 avqust 2024-cü il tarixli, 2(006)-2217/2024 nömrəli qiyabi qətnamənin ləğv edilməsini və işin cavabdehin qeydiyyatda olduğu yer üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 21 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ünvanlayaraq Cavabdeh2 Ucar rayonunda yaşadığı üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini və 2(006)-2217/2024 nömrəli işin Ucar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 2217/2024 nömrəli qərardadına əsasən ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(006)-2217/2024 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, mülki işin təzələnərək mahiyyəti üzrə baxılması və məhkəmə iclasının 05 noyabr 2024-cü il tarixə, saat 09:15-ə təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(006)- 2217/2024 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və iş baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Daxil olmuş mülki işdən, o cümlədən mülki iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. Həmçinin, Cavabdeh2 nümayəndəsi Aygün Abuzərli mülki işin ərazi aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsində Cavabdeh2 Ucar rayonunda yaşadığı üçün Bakı şəhəri, Nəsimi rayonuna gələ bilməməsini əsas gətirsə də, ərizənin əsaslılığı kifayət qədər əsaslandırılmamış, o cümlədən ümumi sözlərdən istifadə etməklə mülahizələr irəli sürmüşdür. Bundan əlavə, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixdə olan məhkəmə iclasına gəlməmiş və yaxud da mülki işin ərazi aidiyyətinin dəyişdirilib Ucar Rayon Məhkəməsinə göndərilməsinə hər hansı bir münasibətini bildirməmiş, tərəflər arasında bununla bağlı məhkəmə işinə və ya sazişinə əsaslanmış yazılı saziş tərtib edilməmiş, yalnız müəyyən ərizələrin tərtib edilməsi ilə kifayətlənilmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-in bu məsələni tənzimləyən normasının tələblərinin pozulması deməkdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası üzrə mülki işi icraatına qəbul edərkən Cavabdeh2 yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 74 ünvanı olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə görə ərazi aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericiliyin qeyd edilən tələbinə əsaslanaraq, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmələr arasında ərazi adiyyətinə dair fikir ayrılığı vardır, buna görə də göstərilənlərə əsasən İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiasına dair mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması ilə bağlı hazırkı iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 44, 263, 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası üzrə mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-1467/2024
Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-1467/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver