Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-255/2025 13.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti mübahisəsinin həlli) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə ərazi aidiyyatı ilə bağlı mübahisəyə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10 noyabr 2022-ci il tarixli “əşyanın lombardda girovu haqqında” müqaviləyə əsasən öhdəliyin icra olunması məqsədilə 463534 nömrəli girov biletində sadalanan girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(006)- 2217/2024 saylı qərardadı ilə iş icraata götürülərək 19 aprel 2024-cü il tarixə təyin edilmişdir. İşin icraata götürülməsi zamanı Nəsimi Rayon Məhkəməsinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışda iş üzrə Cavabdeh2 rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri, Nəsimi rayonu, 74 ünvanı qeyd edildiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(006)- 2217/2024 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 tərəfindən 10 noyabr 2022ci il tarixli “əşyanın lombardda girovu haqqında” müqaviləyə əsasən öhdəliyin icra olunması məqsədilə 463534 nömrəli girov biletində sadalanan girov qoyulmuş qızılzinət əşyalarının İddiaçı qaytarılması qət edilmişdir. 07 oktyabr 2024-cü il tarixdə sözügedən qətnamə icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. 10 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ünvanlayaraq 19 avqust 2024-cü il tarixli, 2(006)-2217/2024 nömrəli qiyabi qətnamənin ləğv edilməsini və işin cavabdehin qeydiyyatda olduğu yer üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 21 oktyabr 2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ünvanlayaraq Cavabdeh2 Ucar rayonunda yaşadığı üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini və 2(006)-2217/2024 nömrəli işin Ucar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)- 2217/2024 nömrəli qərardadına əsasən ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(006)-2217/2024 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, mülki işin təzələnərək mahiyyəti üzrə baxılması və məhkəmə iclasının 05 noyabr 2024-cü il tarixə, saat 09:15-ə təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(006)- 2217/2024 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və iş baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 05 noyabr 2024-cü il tarixli, 2(006)- 2217/2024 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Cavabdeh2 Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəni nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh2 qeydiyyat ünvanı Nəsimi rayonunun ərazisinə aid olmadığından mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh2 cəlb etmişdir. X2 əldə edilmiş məlumata əsasən də Cavabdeh2 Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hazırki ərizəni əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdehin qeydiyyat ünvanı üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(063)-1467/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası üzrə mülki işin məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(063)-1467/2024 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası üzrə mülki işi icraatına qəbul edərkən Cavabdeh2 yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 74 ünvanı olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlmişdir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə, iş materiallarını araşdıraraq və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq hesab etmişdir ki, məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə görə ərazi aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericiliyin qeyd edilən tələbinə əsaslanaraq, məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə məhkəmələr arasında ərazi adiyyətinə dair fikir ayrılığı vardır, buna görə də göstərilənlərə əsasən İddiaçı Cavabdeh2 qarşı "girov müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiasına dair mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması ilə bağlı hazırkı iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsı Konstitusiyasının; 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin; 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. «Məhkəmələr və hаkimlər hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 15-ci mаddəsinin tələbinə görə işlərin Аzərbаycаn Respublikаsının qаnunvericiliyi ilə müəyyən edilmiş məhkəmə аidiyyətinin dəyişdirilməsi qаdаğаndır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı Məhkəmə kolelgiyasının mövqeyi: Hazırda tərəflər arasında yaranmış mübahisə İddiaçı Cavabdeh2 qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması ilə bağlıdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması tələbinə dair iddiası 15 mart 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli elektron sorğu məlumatından görünür ki, Cavabdeh2 yaşayış ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 74-dür. Apellyasiya instansiya məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini əsas tutub, məhkəmələr arasındakı fikir ayrılıqlarını müəyyən edərək qeyd edir ki, İddiaçı Cavabdeh2 qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən və onun iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində icraata qəbul edilərkən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olmuşdur. Göründüyü kimi, iddiaçı mübahisənin həlli üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh2 sonradan yaşayış ünvanını dəyişməsi isə məhkəmənin aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə göndərməsi üçün əsas təşkil etməmişdir. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması tələbinə dair mülki işə ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 35, 39, 44, 45 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh2 qarşı girov qoyulmuş qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması tələbinə dair mülki işin ərazi aidiyyatı ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ilə Ucar Rayon Məhkəməsi arasında fikir ayrılığı həll edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-255/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-255/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver