Məhkəmə qərarları › İş №2(063)-177/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-177/2024

11.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-177/2024 11.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində pulun, eləcə də ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Göyçay rayonu, Xəlitli kəndində tikdirdiyi bir mərtəbəli yaşayış evinin qapı və pəncərəsi olmadığı üçün 5 ədəd qapı almaq istəmişdir. Bununla bağlı tanışları ona Ucar rayonunda qapıpəncərə ustası kimi fəaliyyət göstərən Cavabdeh müraciət etməyi məsləhət görmüşlər. Bu səbəbdən də, 2021-ci ilin noyabr ayında cavabdehin işlədiyi sexə gedərək sonuncuya 5 ədəd qapı hazırlamağı sifariş vermişdir. Bundan sonra, cavabdeh onun evinə gələrək qapıların ölçülərini götürmüşdür. Bu zaman alarında olan razılığa əsasən cavabdeh 3100 manat müqabilində 10 gün müddətinə qapıları düzəltməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən də, o, cavabdehə 2021-ci ilin noyabr ayında 1000 manat, 2022-ci ilin mart ayında 2000 manat, 2023-cü ilin yanvar ayında isə 100 manat ödəniş etmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə də, o, Ucar RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmiş, nəticədə cavabdeh izahatında 5 ədəd qapı düzəltmək üçün ümumilikdə 3100 manat pul aldığını etiraf etmişdir. Eyni zamanda onu da qeyd etmişdir ki, polisə müraciət etdikdən sonra cavabdeh təşvişə düşərək qapıları yaxın zamanda düzəldib gətirəcəyinə söz vermiş, həmçinin də, əlavə olaraq ondan 400 manat pul almışdır. Lakin, cavabdeh artıq uzun zamandır ki, ona olan 3500 manat məbləğində borcunu qaytarmamışdır. Bu səbəbdən də, o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı əlavə olaraq bildirdi ki, Cavabdeh söz verdiyi 5 ədəd qapını quraşdırılması üçün gətirsə də, lakin həmin qapılardan bir ədədi ümumiyyətlə naxışları işlənilmədən və çərçivəyə yerləşdirilmədən onun tikdiyi evə gətirilmişdir. Lakin 04 ədəd qapılar isə natamam hazır vəziyyətdə çərçivəyə yerləşdirimişdir. Qeyd etdiyi qapıların təxmini qiyməti 1600 manat təşkil edir (hazırkı vəziyyətdə natamam yerləşdirilməklə - yalnız qapıların qiyməti). Cavabdehə verdiyi 3500 manat məbləğində pulun 3100 manatı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmışdır. Lakin yerdə qalan 400 manat məbləği isə cavabdehə versə də, bunu təsdiq edə biləcək hər hansı sübutu yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid qeyd etdi ki, İddiaçı tanıyır və Zəminənin fərdi yaşayış evindəki qapılarını Cavabdeh sifariş etməsi zamanı orada olmuşdur. X1 hansı məbləğdə pulu və harada verməsinin şahidi olmamışdır. Bildiyinə görə (Zəminənin özünün deməsinə əsasən) Zəminə Heydərə ümumilikdə 3500 manat məbləğində pul vermişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 22 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan münasibət alqı-satqı məsələsindən irəli gəlməklə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı 3000 manat məbləğində borcunun olmasını etiraf etmişdir. İşdə olan 15 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 55 (əlli beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh mənzilinə qapı düzəltməsi üçün 2021-ci ilin noyabr ayında 1000 manat, 2022-ci ilin mart ayında 2000 manat, 2023-cü ilin yanvar ayında isə 100 manat olmaqla, cəmi 3100 manat ödəniş etmişdir. Cavabdeh İddiaçı sifarişi əsasında qiyməti 3100 manat olmaqla 5 ədəd qapı düzəltməyi öhdəsinə götürmüşdür. Cavabdeh özərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Belə ki, iddiaçının sifarişi əsasında qapıları hazırlasa da, onları tam quraşdırıb təhvil verməmişdir. Habelə, bu hal iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da, cavabdeh tərəfindən təsdiqlənməklə, işin mübahisələndirilməyən halına çevrilmişdir. Beləliklə, cavabdeh bu günədək borcunu tam qaytarmamaqla, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etmədiyindən hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Odur ki, hazırkı iddia ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bu Məcəllənin 570-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Qeyd olunan Məcəllənin 575-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Yenə bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-ci maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Cavabdeh şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülki prosessual qanunverciliyin tələbi daxilində sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdehə razılaşdıqları işin yerinə yetirilməsi müqabilində 3000 manat məbləğində pulun verilməsini sübut edə bilsə də, yerdə qalan 500 manat məbləğində pulun verilməsini sübut edə bilməmişdir. Eyni zamanda, iddiaçı məhkəmə iclası zamanı qeyd edilən 3000 manatın 1500 manatlıq məbləğində (qapıların qiyməti, natamam quraşdırılması xərclərinin əvəzi olaraq) hissəsinin ödənilmiş kimi qəbul edilməsini etiraf etmişdir. Bu hal isə sonuncunun mülkiyyət hüququnun kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz pulunu geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1500 ( bir min beş yüz) manat pul və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun 42,86 %-i, yəni 23,57 (iyirmi üç manat əlli yeddi qəpik) manatı manatı tutularaq ödənilməlidir. Həmçinin, məhkəmə tələbin “borcun qalıq məbləğə aid hissəsi”nə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 ( bir min beş yüz) manat pul, habelə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun 42,86 %-i, yəni 23,57 (iyirmi üç manat əlli yeddi qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar