Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-626/2024 25.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı “pul" tələbinə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, eləcə də ilk iddia üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul" tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada daşınmaz əmlakın alqı-satqısı üçün verdiyi 4000 ABŞ dolları, abadlıq və tikinti işlərinin aparılması üçün xərclədiyi 5000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10000 manat maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələbin həcminin azaldılması barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 daşınmaz əmlakın alqı-satqısı üçün verdiyi 4000 ABŞ dolları məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında göstərdi ki, o, ilk iddia üzrə cavabdehin heç vaxt evini və torpaq sahəsini zəbt etməmişdir. Qarşı tərəfə məxsus çıxarışa əsasən sonuncuların Ucar rayonu, Lək kəndində 0,21 ha torpaq sahəsinin və həmin torpaq sahəsində 45,8 kvadrat metr sahəyə malik fərdi yaşayış evinin olduğu görünür. Həmçinin, Cavabdeh1 onun həmin torpaq sahəsindən və evdən çıxarılması barədə Ucar Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Cavabdeh1 onun torpaq sahəsindən və evdən çıxarılma tələbi barədə iddiasının tam əsassız olduğunu düşünür. Belə ki, o, 0,21 ha torpaq sahəsini və həmin torpaq sahəsində 45.8 kvadrat metr sahəyə malik fərdi yaşayış evini 4000 ABŞ doları məbləğində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 almış və sonuncular da həmin sahələrin sənədlərini ona vermişlər. Həmçinin, hazırda da həmin sənədlər ondadır və bu halı ərizə kimi qeyd etdirib onların özlərinə də imzalatmışdır (bu hal həmin vaxt orada qaz borusu çəkmiş Qarayev Adilin yanında baş vermişdir). Beləliklə, 0,21 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 45,8 kvadrat metr fərdi yaşayış evini o, 4000 ABŞ dolları ödəməklə əldə etmişdir. Buna baxmayaraq o, həmin əmlakları öz adına rəsmiləşdirməmişdir. Çünki, qardaşının arvadı və uşaqları həmin əmlakda qeydiyyatda olduqlarından o, həmin torpağı və evi öz adına sənədləşdirərsə onların oradan qeydiyyatdan çıxarılacaqlarını və qeydiyyyatsız qalacaqlarını düşünmüşdür. Lakin, sonradan Cavabdeh2 ona zəng edərək "əmi torpağı almısan halal xoşun olsun, amma biz ailəmizə sosial yardım düzəldə bilmirik, çünki, bizim adımız hələ də sənə satdığımız torpağın sənədində qalmışdır. Odur ki, səndən xahiş edirəm ki, həmin torpaq sahəsini öz adına keçirəsən" deyə bildirmişdir. Bu söhbətdən sonra o, oğlu X2 alqı-satqı əməliyyatlarının aparılması üçün Bakı şəhərinə göndərmişdir. Oğlu Yusif Cavabdeh1 gilə getmiş və sənədləşmə üçün gəldiyini bildirmişdir. Lakin, Cavabdeh1 hazırda Cavabdeh3 şəxsiyyət vəsiqəsi üzərində olmadığından sənədləşmə işi aparıla bilməyəcəyini, “şəxsiyyət vəsiqəsini alanda xəbər edərik gəlib sənədləşdirərsiniz” deyə bildirmişdir. Bundan sonra, o, dəfələrlə qarşı tərəfə sənədləşmə üçün müraciət etsə də, sonuncular müxtəlif bəhanələrlə bunu yubatmışlar və nəticədə o, həmin sahələri öz adına sənədləşdirə bilməmişdir. Eyni zamanda onu da qeyd etmişdir ki, o, həmin sahədə müəyyən abadlıq və tikinti işləri də aparmış və həmin işlərin görülməsi üçün 5000 manat xərc çəkmişdir. O, yekun sənədləşmə edə bilməsə də qarşı tərəfin həmin sahələri ona satdığına dair əlində ərizələri olduğundan, gələcəkdə heç bir mübahisə ola bilməyəcəyini düşünmüşdür. Ancaq hazırda qarşı tərəf onun həmin sahələrdən çıxarılmağını istəyirsə onun həmin sahələr üçün verdiyi 4 000 ABS dolları pulunu geri qaytarmalıdır. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək izahatında göstərdi ki, o, övladları ilə birlikdə Bakı şəhərində yaşayırlar. Xüsusi mülkiyyətindən olan Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evi, İddiaçı və onun ailə üzvləri tərəfindən zorla əlindən alınaraq zəbt olunmuş və həyətində qanunsuz ferma tikilərək içərisində mal-qara saxlanılmışdır. Belə ki, əri X3 15 dekabr 2002-ci il tarixdə vəfat etmiş və ailə başçısını itirdikdən sonra o, üç körpə uşağı ilə tək qalmışdır. Beləliklə, bundan istifadə edən iş üzrə qarşı tərəf onun köməksiz vəziyyətindən istifadə edərək, onu və uşaqlarını öz isti yuvasından didərgin salaraq evini tərk etməyə məcbur etmişdir. Lakin, bir müddət sonra o, cavabdehlərin onun xüsusi mülkiyyətinə qəsd edərək, evi təyinatı üzrə deyil, orada mal-qara saxlayaraq "evi-eşiyi" pis günə qoyaraq, həyəti yararsız vəziyyətə salmışlar. Belə ki, 2011-ci il tarixdən etibarən ona məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi qarşı tərəfin istifadəsində olmuşdur. Həyətdə olan 37 meyvə ağacları İddiaçı tərəfindən kəsilmiş, yaşayış evinin divarları, dam örtüyü, qapı və pəncərələri tamamilə dağıdılmış və sökülmüşdür. Lakin, hazırda o, öz evinə köçərək yaşamaq istəsə də, bu heç cür mümkün deyil. Çünki, qarşı tərəf hazırda onun evindən və həyətyanı sahəsindən istifadə edir. Həmçinin, o, hər dəfə kəndə gələndə böyük bir əziyyətlə tikdiyi evdə yaşamağa şərait qalmadığını, evinin yararsız vəziyyətdə olduğunu görəndə əsəb keçirir. Buna görə də, qarşı tərəf törətdiyi əməllərə görə mülki məsuliyyət daşıyır, eyni zamanda evinə, həmçinin həyətindəki ağacları kəsərək, ona həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Eyni zaman da onu da qeyd etmişdir ki, Ucar Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən onun bütün hüquqları bərpa olunaraq bütün manelər aradan götürüldükdən sonra onun həmin evə köçürülməsi qət olunsa da, qeyd etdiyi səbəblərə görə ora köçüb yaşaya bilmir. Bu səbədən də, fərdi yaşayış evinə dəymiş maddi ziyanın müəyyən olunmasına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təxmini hesablamalara görə, İddiaçı tərəfindən 13 il ərzində ona 10000 manat maddi ziyan, keçirtdiyi əsəb və sarsıntı, həmçinin, əmlaklarının zədələnməsi, illərdir (13 il) meyvə ağaclarından yararlanmaması müqabilində 5000 manat mənəvi ziyan dəymişdir. Bu səbəbdən də, qarşı tərəfdən ona dəymiş maddi və mənəvi ziynanın ödənilməsini tələb edir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırmaqla hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, işdə olan Cavabdeh1 tərəfindən imzalanmaqla tərtib edilmiş 26 noyabr 2010cu il tarixli yazılı qəbzdən görünür ki, sonuncu özünə məxsus evi İddiaçı 4000 ABŞ dollarına satmışdır (bu hal Elnarə, Turanə və Adil Qarayevin imzaları ilə də təsdiq edilmişdir). İşdə olan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən məkhəməyə təqdim olunmuş 21 may 2024-cü il tarixli ərizədən görünür ki, sonuncu 4000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı aldığını etiraf etmişdir. Həmçinin ərizədə, həmin məbləği qaytarmaq fikrinin olmadığını da göstərmişdir. İşdə olan 01 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə müraciət edərkən 126 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan 21 may 2024-cü il tarixli qəbzdən görünür ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə müraciət edərkən 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında sadə yazılı formada imzalanan əqd mövcud olmuşdur. Həmin əqdə əsasən 26 noyabr 2010-cu il tarixdə İddiaçı Cavabdeh1 4000 ABŞ dolları məbləğində pul vəsaitini sonuncunun mülkiyyətində olan evin və həyətyanı torpaq sahəsinin alqı-satqısı məqsədilə vermiş, lakin İddiaçı tərəfindən bu hal qanunvericiliyin tələbləri daxilində rəsmiləşdirilməmişdir (daşınmaz əmlaka münasibətdə). Cavabdeh1 İddiaçı öz mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxartması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və iddia tələbi təmin edildiyindən Çiçəyə verdiyi 4000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə iddia ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Bundan başqa, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1q qızı isə öz növbəsində ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək mübahisə predmeti olmuş evin və həyətyanı torpaq sahəsinin İddiaçı istifadəsində olduğu müddət ərzində evə və həyətyanı torpaq sahəsinə vurduğu ziyana və bu ziyan nəticəsində çəkdiyi mənəvi iztiraba görə qarşılıqlı iddia tələbi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə ilk iddianın həll edilməsinə münasibətdə mühüm xüsusatları qeyd etməyi zəruri hesab edir. İlk iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirə bilmişdir. Belə ki, işin araşdırılan hallarından, eləcə də, Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi iddianı etiraf etməsinə dair ərizəsindən də görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan yazılı razılaşmaya (sadə yazılı müqavilə) əsasən İddiaçı Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evini 4000 ABŞ doları məbləğində Cavabdeh1 almışdır. Bu hal həmçinin məhkəmə iclasının audio video yazısı zamanı Cavabdeh1 öz təsdiqedici izahatı ilə də müəyyən olunur. Beləliklə, məhkəmə ilk iddianın əsaslılığını tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə onu qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia mülki prosessual qanunvericiliyin tələbləri baxımından sübuta yetirilə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Ucar rayonu, Lək kəndində yerləşən 0.21 ha torpaq sahəsinin üzərində inşa olunmuş, ümumi sahəsi 45.8 kv metrdən ibarət olan fərdi yaşayış evinin yararsız hala salındığını bildirsə də, sözügedən evin əvvəl, yəni Cavabdeh1 istifadəsində olduğu vaxt yararlı olub-olmamasını təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bundan başqa, onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 həyətyanı sahədə əkdiyi ağacların mövcudluğu barədə də sübutları məhkəməyə təqdim edə bilməmişdir(məhkəmə tərəfindən sözügedən əraziyə keçirilmiş baxış zamanı da bu hal öz təsdiqini tapmamışdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəariənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 4000 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulmalı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyinə görə Azərbaycan Respublikasının MPM-nin 124.2-ci maddəsinə əsasən tələb üzrə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilk iddia tələbi üzrə ödənilmiş 126 manat dövlət rüsumunun tutulması həm ilk iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı ilk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıdan tələb edilmədiyindən həmin məbləğ ilk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 4000 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulsun. İlk iddia tələbi üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə aid edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyan" tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-626/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-626/2024
25.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver