Məhkəmə qərarları › İş №2(063)-75/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-75/2024

08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-75/2024 08.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizəsi üzrə mülki işə Ucar şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, X7 ilə 03 oktyabr 1994-cü il tarixdən nikahda olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur. 03 oktyabr 1994-cü il tarixində X7 ilə dini nikaha daxil olmaqla evlənmişdir. X2 ilə faktiki nikah münasibətlərindən 16 sentyabr 1994cü il tarixdə Alim adlı uşaqları doğulmuşdur. Ucar Rayon Xalq Məhkəməsinin 07 oktyabr 1994-cü il tarixli qətnaməsi ilə X6 atasının X7 olması faktının müəyyən edilməsi qət edilmiş, daha sonra isə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. X7 07 avqust 1994-cü il tarixdə vəfat etdiyindən nikahları dövlət qeydiyyatına alınmamış və bununla bağlı nikah haqqında şəhadətnamə də verilməmişdir. Mərhum əri X7 ilə ər-arvad münasibətlərində olmağına dair faktın müəyyən edilməsi hazırda ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda nikahda olma faktının müəyyən edilməsi nikahın qeydə alınması, eləcə də nikah haqqında şəhadətnamənin verilməsi onun üçün vacibdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Ucar rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Ucar rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, nümayəndəsinin və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verməklə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şahid X3 ifadəsində göstərdi ki, İddiaçı onun xalası qızıdır. Rəhilə 03 oktyabr 1994-cü il tarixində X7 ilə dini nikaha daxil olmaqla evlənmişlər, onların toy mərasimində də iştirak etmişdir. Daha sonra, X7 07 avqust 1994-cü il tarixdə vəfat etmişdir. Onların faktiki nikahlarından 16 sentyabr 1994-cü il tarixdə X10 doğulmuşdur. X4 dəfn mərasimində, eləcə də, yas mərasimlərində yaxından iştirak etmişdir. Rəhilə ilə Alimin nikalarının rəsmiləşdirilməsi isə sonuncuların bir biri ilə qohum olmalarına görə bu hala o qədər də əhəmiyyət verməmişlər. Hazırda da, Rəhilə ilə münasibətləri mehribandır və sonuncu ilə səmimi ünsiyyətləri mövcuddur. Məhkəmə iclasında iştirak edən digər şahid X5 şahid X1 ifadəsinə uyğun, oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İşdə olan Ucar RPŞ tərəfindən 04 mart 2004-cü il tarixdə verilmiş AZE seriyalı, 10244944 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Alim Xəlilov, anası İddiaçı olan X10 16 sentyabr 1994-cü il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Ucar rayon xalq məhkəməsinin 07 oktyabr 1994-cü il tarixli, 2-83-1944 saylı qətnaməsinin surətindən görünür ki, X4 16 sentyabr 1994-cü il təvəllüdlü X6 atası olması faktının müəyyən olunması qət edilmişdir. İşdə olan Ucar rayon VVAQ şöbəsi tərəfindən 11 oktyabr 1994-cü il tarixdə verilmiş İ- ЖГ seriyalı, 316435 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası İddiaçı olan X10 16 sentyabr 1994-cü il tarixdə Ucar şəhərində doğulmuşdur. İşdə olan Ucar rayon VVAQ şöbəsi tərəfindən 12 avqust 1994-cü il tarixdə verilmiş İİ- ЖГ seriyalı, 415658 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07 avqust 1994-cü il tarixdə Ucar şəhərində ölmüş və bu barədə 12 avqust 1994-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 92 nömrəli qeyd edimişdir. İşdə olan 30 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ hissəsələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Bu Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə görə məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair" 02 noyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü ilin iyulun 8-dən qabaq başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur. Yuxarıda göstərilən Qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının MPM-in 307.2.4-cü maddəsində nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı yalnız 1944-cü ilin iyulun 8-dən əvvəl başlanıb, ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutduğundan hazırkı ərizənin təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi İddiaçı "nikahda olma faktının müəyyən edilməsinə" dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar