Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-813/2025 07.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müə yyə netdi: İddiaçı1 cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı “hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə məxsus nizamnamə kapitalındakı səhmlərin ½ hissəsinə onun hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsinin iddiaçının hüququnun tanınması, həmçinin cavabdehlərdən müştərək qaydada 267624 manat məbləğində pulun və ödənilmiş 558 manat dövlət rüsumunun tutularaq iddiaçının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın . Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, mülki iş üzrə Cavabdeh2 mərhum həyat yoldaşı X21 uzun illər biznesmen və dürüst bir şəxs kimi tanımışdır. 2010-cu ildə mərhum X25 ona müraciət edərək 2005-ci ildə özəlləşdirilmiş "xxxx" ASC-nin balansında olan torpaq sahəsində Ticarət Mərkəzi inşa etdirmək niyyətində olduğunu bildirmişdir. Lakin bu layihənin həyata keçirilməsi üçün külli miqdarda maliyyə vəsaiti tələb olunduğunu, özünün isə buna kifayət qədər maddi imkanının olmadığını qeyd edərək Ticarət Mərkəzinin şərikli şəkildə tikilməsini təklif etmişdir. İlkin mərhələdə o, bu təkliflə razılaşmasa da, sonradan razılıq verərək şərikli işə başlamışlar. 2011-ci ildə Ucar şəhərində "xxxx" ASC-yə məxsus torpaq sahəsində Ticarət Mərkəzinin tikintisinə başlanılmışdır. 2011-ci ildən 2014-cü ilin sonunadək tikinti işlərinə mərhələli şəkildə ümumilikdə 1.300.000 (bir milyon üç yüz min) ABŞ dolları vəsait xərclənmişdir. 2014-cü ildə Ticarət Mərkəzi tam hazır vəziyyətə gətirilmişdir. X28 apardığı qiymətləndirməyə əsasən obyektə bazar dəyəri olaraq 3.000.000 (üç milyon) ABŞ dolları qiymət qoyulmuşdur. Bundan sonra Ticarət Mərkəzi fəaliyyətə başlamış və Akif Sarıyev həmin obyekt vasitəsilə gəlir əldə etmişdir. Həmin dövrdə o, mərhum Akif Sarıyevə müraciət edərək gəlirlərin bölüşdürülməsi məsələsini gündəmə gətirsə də, sonuncu hələlik əldə edilən gəlirlərin obyektin mövcud çatışmazlıqlarının və natamamlıqlarının aradan qaldırılmasına yönəldilməsinin zəruri olduğunu bildirmişdir. Bundan sonra o, yenidən 2019-cu ildə Akif Sarıyevə müraciət edərək gəlirlərin bölüşdürülməsini təklif etdikdə sonuncu ona ilin sonunda ASC-nin gəlirlərindən əldə edilən divident hesabına ona düşən hissəni verəcəyini bildirmişdir. Sonradan dünyada baş verən COVİD-19 pandemiyası ilə əlaqədar Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında sərhədlər bağlandığından və gediş-gəliş dayandırıldığından o, ölkəyə gələ bilməmişdir. Bu müddət ərzində Akif Sarıyev əvvəlcədən razılaşdırılmış vəsaiti ona göndərməmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh Akif Sarıyev hələ 2014-cü ildən etibarən ticarət mərkəzinin fəaliyyətindən gəlir əldə etməyə başlamış, həmin pul vəsaitlərini tam şəkildə özündə saxlamış, bununla da tərəflər arasında mövcud olan öhdəliyin şərtlərini pozmuşdur. Eyni zamanda, Cavabdeh1 ASCni təsisçi olaraq öz həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Səhmlərin çox hissəsi onun adına olsa da digər 16 nəfər səhmdarlarında az miqdarda payları olmuşdur. Sonradan səhmlərin bölüşdürülməsi ilə bağlı mərhum Akif Sarıyevlə apardığı danışıqlar zamanı nizamnamə kapitalının 40%-i onun adına, 55%-nin isə Cavabdeh2 adına rəsmiləşdirilməsi barədə razılığa gəlmişlər. Bu razılaşmaya əsasən 2021-ci ilin aprel–may aylarında Ucar Rayon Məhkəməsinə müraciət edilmiş, işə baxılmış və məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən əmlaka müvafiq qiymət verilmişdir. 2023-cü ilin iyul ayında mərhum Akif Sarıyev ilə onun arasında barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən, o, "xxxx" ASC ilə bağlı bütün iddialarından imtina etməli, mərhum Akif Sarıyev isə nizamnamə kapitalındakı 40% payın onun adına keçirilməsini təmin etməli idi. Lakin barışıq sazişindən sonra Akif Sarıyev ağır xəstəliyə tutulduğundan proses tam şəkildə başa çatdırılmamışdır. Bundan sonra o, ticarət mərkəzinin balansında olan digər şəxslər Cavabdeh1 ASC-nin direktoru X23 və təsisçisi Cavabdeh2 müraciət edərək, ticarət mərkəzinin Akif Sarıyevlə razılaşdırıldıqları kimi 50 faizlik payının, eləcə də bu illər ərzində əldə edilmiş gəlirin ona düşən hissəsinin ödənilməsini tələb etmişdir. Lakin cavabdehlər bildirmişlər ki, ticarət mərkəzinə faktiki olaraq Akif Sarıyev rəhbərlik etmiş, onlar isə yalnız formal olaraq təyin olunmuş vəzifəli şəxslər olmuşlar. Tərəfindən dəfələrlə Akif Sarıyevə müraciət edilərək öhdəlikləri xatırladılsa da, cavabdeh bu öhdəliklərdən yayınmış və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Bunun nəticəsində tərəfindən Ucar Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Daha sonra məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə sorğu məktubu ilə müraciət edilmiş, daxil olmuş cavab məktubunda bildirilmişdir ki, “ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektləri üzrə məlumat bazasına əsasən 19 vergi ödəyicisi ilə aylıq 7434 manat məbləğində icarə müqavilələri bağlanmışdır. Həmin məbləğ vətəndaşlar tərəfindən hər ay vaxtında ödənilməsinə baxmayaraq, onun payına düşən məbləğ verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq maddələrinin tələbləri nəzərə alınaraq, son beş il üzrə həmin məbləğin tələb edilməsi hüququ mövcuddur (hesablamaya əsasən 7434 × 12 × 3 = 267624 (iki yüz altmış yeddi min altı yüz iyirmi dörd manat )). Əlavə olaraq onuda qyd etmişdirki, Ucar şəhərində Ticarət Mərkəzinin tikintisi zamanı aparılan işlərin böyük hissəsi məhz onun şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi İddiaçı2 və iddiaçının nümayəndəsi və vəkili X27 iddia ərizəsinin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, 2024-cü ilin avqust ayında atası X16 vəfatından sonra rəsmi olaraq "xxxx" ASC-nin sədri olmuş və mərhum atasının işini davam etdirmişdir. Səlahiyyəti dövründə "xxxx" ASC-nin ticarət mərkəzinin rəhbərləri arasında münaqişə və bölgü üzərin də mübahisə olduğundan məlumatlıdır. Belə ki, şərikləri Nərminə xanımın və İddiaçı1 "xxxx" ASC-yə iddiası olduğunu bilir. Həmin ticarət mərkəzinin tikintisinə sərf olunan pul vəsaitini iddiaçı tərəfindən ödənildiyini mərhum atasından eşitmişdir. Hal-hazırda həmin ticarət mərkəzinin hər iki şəriki iddiaçı və Cavabdeh2 arasında sahə bölgüsü vardır. 2024-cü ildə iddiaçı ticarət mərkəzinin bölgüsünə görə "xxxx" ASC-nin sədri, mərhum atası X21 məhkəməyə verərək səhmlərin 40%-ni tələb etmiş və bu barədə sonuncular arasında barışıq sazişi imzalanmışdır. Həmçinin mərhum atasının iş icraçısı olduğu dövrdə "xxxx" ASC ticarət mərkəzinin tikintisi zamanı ustaların əmək haqqının və digər çatışmayan materialların pulunun iddiaçı tərəfindən ödənildiyini atasından eşitmişdir. Odur ki, iddia tələbini qəbul etməklə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir (bu barədə yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, onun iddiaçı ilə yaxın və mehriban dostluq münasibətləri olmuşdur. X31 də tanımışdır. İddiaçı ilə mərhum Akif arasında "xxxx" ASC ticarət mərkəzinin tikintisi ilə bağlı razılaşmalar olmuş, bütün pullar məhz iddiaçı tərəfindən verilmişdir. O, dəfələrlə bu halın şahidi olmuşdur. Daha sonra, mərhum Akif iddiaçıya pulları qaytaracağını bildirsə də, hazırkı vaxtadək verdiyi vədə əməl etməmişdir. Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" ASC ticarət mərkəzinin tikintisi zamanı orada usta kimi çalışmışdır. Sözügedən işlərin icra edilməsi mərhum Akif Sarıyev tərəfindən yerinə yetirilsə də, xərclər, yəni vəsait qoyuluşu məhz iddiaçı tərəfindən həyata keçirilmişdir. Belə ki, o, dəfələrlə iddiaçının evinə gedərək ümumi məbləğini xatırlamadığı vəsaitləri gətirib mərhum Akif Sarıyevə vermişdir. Beləliklə, o, mərhum Akif Sarıyev tərəfindən hər hansı vəsait xərclənməsinin şahidi olmamışdır. Bu hal təkcə ona deyil, işlərin yerinə yetirilməsi zamanı orada olmuş hər kəsə bəllidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 05 may 2011-ci il tarixli, 56 saylı sərəncamından çıxarışın surətindən görünür ki, "xxxx" X35 Cəmiyyətinə şəhərin Oğuz küçəsində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obvektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 06 iyul 2007-ci il tarixli 000466 saylı şəhadətnaməyə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada satın aldığı 5,049 hektar torpaq sahəsində təqdim etdiyi layihəyə əsasən ticarət, kommersiya, avtomobillərə texniki xidmət obyektlərinin tikintisinə icazə verilmişdir. İşdə olan 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, "xxxx" ASC-nin (VÖEN: **********) təsisçiləri və nizamnamə kapitalında iştirak payları Cavabdeh2 96,9101%, X7 1,0371%, X17 0,2593%, X2 0,1123%, X6 0,1123%, Hüseynov TelmanNadir oğlunun 0,2246%, X4 0,1123%, X1 0,1123%, X5 0,2593%, X12 0,1123 %, X3 0,1123 %, X9 0,1123 %, X18 0,1123 %, X13 0,1123%, X10 0,2593 % və X8 0,038 % təşkil edir. İşdə olan çıxarışın surətindən görünür ki, hüquqi ünvanı Ucar şəhəri, ünvan 2ı Ərazi Vergilər İdarəsi tərəfindən ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 000466 nömrəli şəhadətnamənin surətindən görünür ki, «ünvan 3 ünvanında yerləşən «Ucar-Taxıl» ATSC-nin yerləşdiyi 50486.79 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən olunmuş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 10085 (bir on min səksən beş) manat təşkil etmişdir. Bu barədə 06 iyun 2007-ci il tarixdə 2 nömrəli reyestr kitabının 15-ci səhifəsində 00466 qeydiyyat nömrəsi ilə qeyd olunmuşdur. İşdə olan İddiaçı1 və "xxxx" ASC-nin sədri X25 arasında bağlanılmış 26 iyun 2023-cü il tarixli, 001 nömrəli barışıq sazişinin surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin icraatinda olan “pulun və dəymiş ziyanın ödənilməsinə” dair 2(063)- 16/2023 nömrəli mülki iş üzrə tərəflər arasında aşağıda göstərilən şərtlərə əsasən barışıq əldə edilmişdir: - İddiaçı1 məhkəmədə qaldırmış olduğu iddia ərizəsindən imtina edir və bu barədə rəsmi ərizəni məhkəməyə təqdim edir; - cavabdeh X25 "xxxx" ASC-yə məxsus olan nizamnamə kapitalındakı səhmlərin 40 (qırx) faizini İddiaçı1 adına keçirilməsini öhdəsinə götürür; - müvafiq dövlət orqanında (Milli Depozit Mərkəzi) İddiaçı1 adına səhmlər qeydiyyata alındığdan sonra, iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan daşınmaz əmlaklardan əldə edilən icarə haqqı və digər gəlirlər səhm paylarına uygun bölünür; Bu barədə rəsmi sənədlər tərtib edilərək barışıq sazişinə əlavə edilir. Tərəflər bu sazişi imzalamaqla, bir-birinə qarşı olan tələblərindən imtina edir və indi və gələcəkdə bir-birinə qarşı tələbləri olmayacağına dair öhdəlik götürmüşlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev 44 ünvanında yerləşən təsərrüfat subyektlərini (obyektlərini) məlumat bazasına əsasən 19 vergi ödəyicisi ilə, hər ay 7434 (yeddi min dörd yüz otuz dörd) manat məbləğində icarə müqaviləsi bağlamışdır. İşdə olan 18 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 558 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, şahidlərin ifadələrini və təqdim edilmiş sübutları araşdıraraq müəyyən etdi ki, iş üzrə İddiaçı1 ilə mərhum X25 arasında uzun müddət davam etmiş etibarlı münasibətləri mövcud olmuşdur. İş materiallarından, tərəflərin izahatlarından və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, Ucar şəhərində "xxxx" ASC-yə məxsus torpaq sahəsində yerləşən ticarət mərkəzinin tikintisi faktiki olaraq İddiaçı1 şəxsi vəsaitləri hesabına həyata keçirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2011–2014-cü illər ərzində tikinti işlərinə mərhələli şəkildə ümumilikdə ******* ABŞ dolları məbləğində vəsait sərf edilmiş, ticarət mərkəzi 2014-cü ildə tam hazır vəziyyətə gətirilmiş və istismara verilmişdir. Cavabdeh tərəfindən bu faktlar təkzib edilməmiş, əksinə, "xxxx" ASC-nin hazırkı sədri Nümayəndə məhkəmə iclasında verdiyi izahatında tikinti işləri zamanı ustaların əmək haqlarının və digər xərclərin iddiaçı tərəfindən ödənildiyini təsdiq etmişdir. İş materiallarından, o cümlədən əvvəlki məhkəmə araşdırmaları zamanı aparılmış ekspertiza rəyindən və tərəflər arasında imzalanmış barışıq sazişindən görünür ki, tərəflər arasında "xxxx" ASC-nin nizamnamə kapitalında iddiaçının pay hüququnun tanınması barədə razılaşma olmuşdur. Belə ki, 2023-cü ilin iyul ayında imzalanmış barışıq sazişinə əsasən mərhum X25 nizamnamə kapitalındakı 40 faiz payın iddiaçının adına keçirilməsini üzərinə götürmüşdür. Həmin saziş tərəflərin real iradəsini ifadə etmiş və hüquqi nəticələr doğurmaq məqsədi daşımışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, "xxxx" ASC-nin ticarət mərkəzi fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi gəlirlərdən iddiaçıya onun payına düşən hissə ödənilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi rəsmi məlumata əsasən, ASC-nin balansında olan obyektlər üzrə 19 vergi ödəyicisi ilə aylıq ümumilikdə 7434 manat məbləğində icarə müqavilələri bağlanmışdır. Bu gəlirlərin faktiki olaraq mövcud olduğu sübut edilsə də, iddiaçıya müvafiq pay üzrə ödəniş aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, mülki hüquq münasibətlərində tərəflər üzərinə götürdükləri öhdəlikləri vicdanla və düzgün icra etməlidirlər. İş üzrə araşdırılmış sübutlar cavabdeh tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, iddiaçının isə uzun illər ərzində öz hüquqlarını faktiki olaraq reallaşdıra bilmədiyini təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən son beş il üzrə tələb edilən 267624 manat məbləğində pul tələbi qanunvericiliyin tələblərinə uyğun hesablanmış və sübutlarla təsdiq edilmişdir. Cavabdeh tərəf üzərinə düşən öhdəliyi könüllü şəkildə yerinə yetirmədiyindən, iddiaçının hüquqlarının məhkəmə qaydasında müdafiəsi zəruri hesab edilir. İş üzrə toplanmış sübutların məcmusu, tərəflər arasında mövcud olmuş faktiki münasibətlər, cavabdehin öhdəliyini etiraf etməsi və həmin öhdəliyi yerinə yetirməməsi nəzərə alınaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı və qanunidir, İddiaçı1 "xxxx" ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsinin onun adına keçirilməsi, eləcə də cavabdehlərdən müştərək qaydada pul vəsaitinin tutulub iddiaçıya verilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 267624 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə müəyyən edildi ki, "xxxx" ASC-yə məxsus ticarət mərkəzinin tikintisi faktiki olaraq İddiaçı1 şəxsi vəsaitləri hesabına həyata keçirilmişdir. Tikinti başa çatdıqdan sonra obyekt cavabdehlər tərəfindən istismar edilmiş və ondan mütəmadi gəlir əldə olunmuşdur. Lakin həmin gəlirlərdən iddiaçıya onun payına düşən məbləğ ödənilməmişdir. Bununla da, iddiaçı haqqı çatandan məhrum olduğuna görə həyata keçirdiyi ödənişin qaytarılmasını cavabdehlərdən tələb etmək qərarına gəlmiş və bu məqsədlə məhkəməyə müraciət etmişdir. Hazırda, göründüyü kimi ticarət mərkəzinin tikintisi iddiaçının hesabına həyata keçirilmiş və tikinti başa çatdıqdan sonra obyekt cavabdehlər tərəfindən istismar edilərək ondan mütəmadi gəlir əldə olunmuşdur ki, bu da sonda cavabdehlərin əsassız varlanmasına səbəb olmuşdur. Məhz bu səbəbdən də, iddiaçının ödəmiş olduğu pul məbləğini sonunculardan geri tələb etmək hüququ yaranmışdır. Beləliklə, hazırda cavabdehlər "xxxx" ASC-nin və Cavabdeh2 İddiaçı1 267624 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsi üzərində İddiaçı1 hüququ tanınmalı, cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı1 xeyrinə 267624 manat məbləğində pul vəsaiti və ödənilmiş 558 manat məbləğində dövlət rüsumu tutularaq tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə tetdi: İddia təmin edilsin. "xxxx" ASC-yə məxsus səhmlərin və nizamnamə kapitalındakı səhmlərin ½ hissəsi üzərində İddiaçı1 hüququ tanınsın, cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı1 xeyrinə 267624 (iki yüz altmış yeddi min altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 558 (beş yüz əlli səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-813/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-813/2025
07.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver