Məhkəmə qərarları › İş №2(063)-946/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-946/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-946/2024 03.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında tələb hüququnun təmin edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı reqres qaydasında tələb hüququnun təmin edilməsi barədə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 840.69 manat məbləğində pulun və ödədiyi 33 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında sonuncu tələb həcmində iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “KredoAqro" BOKT QSC ilə borclu Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə 1328,20 manat məbləğində kredit verilmiş, müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" BOKT QSC ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra "xxxx" BOKT QSC tərəfindən borcun ödənilməsi barədə cavadehə xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilməmişdir. Ucar rayon notariat ofisinin 8İ-3801 nömrəli, 13 avqut 2021-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Gəraybəyli kənd sakini Cavabdeh və borclu İddiaçı 140241 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1176 manat 91 qəpik və tələbkar tərəfindən ödənilmiş 20 manat rüsum olmaqla cəmi 1196,91 manat tutulması qeyd edilmişdir. Ucar rayon notariat ofisinin 8İ- 3801 nömrəli, 13 avqust 2021-ci il tarixli icra sənədi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmiş, borcun 1196,91 manat pulu onun əmək haqqından tutularaq "xxxx" BOKT QSC-nin hesabına ödənilmişdir. O, Ucar rayon Su-Kanal İdarəsində gözətçi vəzifəsində işləyir. Həmçinin, Ucar rayon icra və probasiya Şöbəsinin 12 oktyabr 2021-ci il tarixli icra ödənişinin tutulması haqqında qərarına əsasən Ucar rayon notariat ofisinin 8İ- 3801 nömrəli, 13 avqust 2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1196.91 manat məbləğində pulun 7 faizi, yəni 83 manat 78 qəpik icra ödənişi tutulub Ucar rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsi qeyd edilmişdir. Bundan sonra icra vərəqəsi onun tərəfindən tam icra olunmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı onun adına kredit götürmüşdür və özü isə zamin olmuşdur, həmin kreditə görə 1118 manat onun borcu olmuş, 210 manat isə iddiaçının özünün borcu olmuşdur. O da həmin pulun bir hissəsini hissə-hissə olmaqla iddiaçıya göndərmişdir, hazırda 400 manat borcu qalmışdır. Odur ki iddianın qismən təmin edilməsinə etiraz etmədi (bu barədə yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Ucar rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən imzalanmış 13 avqust 2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, “KredAqro” Bank Olmayan Kredit Təşkilatının xeyrinə Cavabdeh və İddiaçı 140241 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1176 manat 91 qəpik tutulması, bundan əlavə borclular Cavabdeh və İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1196 manat 91 qəpik məbləğində pulun tutulması göstərilmişdir. İşdə olan 26 noyabr 2019-cu il tarixli, KAGoy140241/19 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, 26 noyabr 2019-cu il tarixdə “KredAqro” Bank Olmayan Kredit Təşkilatı ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və zamin, kreditorun-bankın qarşısında borc alanın-cavabdehin öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərərinə götürmüşdür və müqavilə kreditor, zamin və borcalan tərəfindən imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 nömrəli X1 25 iyun 2024-cü il tarixli, 13-16-9-2/2-01/1-16/2024 nömrəli arayışından görünür ki, İddiaçı aylıq əmək haqqısından Ucar rayon icra və probasiya şöbəsinin 12 oktyabr 2021-ci il tarixli, e198646 nömrəli icra vərəqəsinə əsasən 1196.91 manat tutularaq “KredoAqro" BOKT QSC-nin hesabına, 83.78 manat tutularaq Ucar rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflərlə "xxxx" BOKT QSC arasında kredit müqaviləsi və krediti müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsinə əsasən hazırkı iş üzrə cavadehin borclu kimi kreditor qarşısında öz öhdəliklərini lazımı qaydada icra etməməsi nəticəsində hazrkı iş üzrə iddiaçı tərəfindən 1196.91 manat banka pul ödənilmişdir. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini öhdəliyi həcmdə keçir. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yazlnı tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun olduğundan təmin edilməli, borca görə 840,69 manat və ödənilmiş dövlət rüsumuna görə 33 manat, cəmi 873,69 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 840 (səkkiz yüz qırx manat 69 (altmış doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 33 (otuz) manat, cəmi 873 (səkkiz yüz yetmiş üç) manat 69 (altmış doqquz) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar