Məhkəmə qərarları › İş №2(064)-1239/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1239/2025

01.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1239/2025 01.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Bəbiş oğluna və Cavabdeh2 qarşı “reyestrdən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissəsinin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Bəbiş oğluna və Cavabdeh2 qarşı “reyestrdən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissəsinin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehlər Cavabdeh1 Bəbiş oğlu və Cavabdeh2 sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək ölmüş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunveriliyin göstərişləri pozulmuşdur. Bu baxımdan hesab edirəm ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, borclunun hüquqi varislərinə qarşı tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 Bəbiş oğluna və Cavabdeh2 qarşı “reyestrdən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissəsinin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar