Məhkəmə qərarları › İş №2(064)-1273/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1273/2025

25.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1273/2025 25.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək qeyd edilən mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 etiraz etmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq digər cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 6 Saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paya düşən hissənin münasib şəkildə ayrılıb ona verilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar