Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1596/2023 22.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyana görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 4.613 manat pulun, evakusiya xidməti ilə bağlı ödənilmiş 40 manat məbləğində pulun və mənəvi ziyanla bağlı 1.000 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində özünə məxsus "HYUNDAİ İX 35" markalı , ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman əks zolaqda yüksək sürətlə gələn Cavabdeh idarə etdiyi "Toyota Prius" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətə idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış və toqquşmuşdur. Nəticədə avtomobilə maddi ziyan dəymişdir, həmçinin qəza nəticəsində xəsarət almışdır. Həmin vaxt kliniki tibbi mərkəzə müraciət etmiş, Məhkəmə Tibbi Ekspertiza və X1 X2 Abşeron rayon Şöbəsi tərəfindən verilmiş ekspert rəyində "başın, döş qəfəsinin və boyunun küt travması" diaqnozu qoyulmuşdur. Baş verimiş nəqliyyat hadisəsi faktı əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılmışdır və 02 noyabr 2022-ci il tarixdə "cinayət işinin başlanılmasının rədd edilməsi barədə" qərar çıxarılmışdır və Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. Cavabdeh tərəfin təqsiri üzündən baş vermiş avtoqəza zamanı avtomaşına vurulmuş zərərlə bağlı texniki ekspertiza keçirilmiş və xx.xx.2022-ci il tarixdə ekspert rəyi verilmişdir . Ekspert rəyində "HYUNDAİ İX 35" markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər müəyyən edilmişdir və ehtiyat hissələri ilə bağlı 5.360 manat, işçilik xidmətləri isə 2.250 manat müəyyən edilmişdir. Avtomobilə dəymiş cəmi maddi zərər 7.610 manat təşkil edir. Sığorta şirkəti tərəfindən mənə 2.997,24 manat ödənilmişdir və cavabdehdən 4.613 manat tutularaq ona ödənilməlidir. Həmçinin avtomobilin aparılması ilə bağlı evakuasiya xidmətinə 40 manat vəsait ödəmişdir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəməyə teleqram ünvanlayraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan "HYUNDAİ İX 35" markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi "Toyota Prius" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən avtomobilin hərəkət zolağına çıxmış və nəticədə avtomobillər toqquşmuşdur. Baş verimiş yol-nəqliyyat hadisəsi əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılmış və 02 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmaqla cavabdeh-sürücü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Araşdırma zamanı mütəxəssis rəyinə əsasən İddiaçı avtomobilinə vurulmuş maddi ziyanın 7.610 manat təşkil etməsi müəyyən edilmişdir. Cavabdehin avtomobilini icbari qaydada sığortalamış sığorta şirkəti tərəfindən iddiaçıya 59,94 % sığorta məbləğində pay olmaqla 2.997,24 manat (qəza zamanı başqa avtomobillərə də maddi ziyan dəymişdir) ödənilmiş, lakin qalan 4.612,76 manat cavabdeh tərəfindən ödənilməmişdir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyan tam şəkildə ödənilmədiyindən iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, iddia tələbindən görünür ki, iddiaçı evakuator xərci kimi ödənilmiş 40 manatın da cavabdehdən tutulmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 729261 saylı mədaxil qəbzindən görünür ki, "HYUNDAİ İX 35" markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə evakuasiya xərci kimi 40 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, bu xərc qəzaya uğramış avtomobilin bir yerdən başqa yerə daşınması üçün çəkildiyindən hüququ pozulmuş iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Göründüyü kimi, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə olan halda, iddiaçı haqlı olaraq həmin maddi ziyanın məhkəmə qaydasında ödənilməsini tələb etmişdir. Bundan başqa, iddiaçı mənəvi ziyana görə 1.000 manat pulun ödənilməsini tələb etmiş və iddiasını bu hissədə belə əsaslandırmışdır ki, cavabdehin təqsiri üzündən ciddi stress keçirmişdir, əsəb gərginliyinə məruz qaldığından mənəvi zərərə məruz qalmışdır. Qəza baş verən zaman avtomaşın vurularkən qorxu hissi keçirmiş, xəsarət almış, şüuruna mənfi psixoloji təsir etmiş, aldığı xəsarətlər nəticəsində sağlamlığı pozulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci maddəsində göstərilir ki, …..Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı cavabdehin ona vurulmuş ziyanı ödəməməsində ifadə olunan qanunsuz hərəkətləri nəticəsində stress keçirdiyini bildirsə də bu hal kifayət qədər əsaslandırılmadığı üçün məhkəmə bunu inandırıcı hesab etmir. Digər tərəfdən, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının hansısa digər hüquq və azadlığının məhdudlaşdırılması və ya mənafeyinin pozulması ilə nəticələnməsinə dair sübutlara rast gəlinməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin bu hissəsinin rədd edilməsini əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 4.612,76 manat pul və evakuasiya xidməti xərcinə görə 40 manat tutulsun. İddia tələbi digər hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1596/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1596/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver