Məhkəmə qərarları › İş №2(064)-1723/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1723/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1723/2025 01.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlu tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı verdiyi payın müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək **-CT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai County avtobus” markalı, **- ZN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E 200 CDİ minik” markalı avtomobilin dəyərinin İddiaçı və cavabdehlər arasında mütənasib şəkildə bğlünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsinə mediasiya prosesində iştirak etməsi barədə Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənədi əlavə etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. - 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.6-1-ci maddəsinə əsasən həmin Məcəllənin 150.1.7-ci maddəsində nəzərdə tutulmuş halda, müvafiq tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilən qanunvericilik normaları və işin prosessual hallarına əsaslanaraq hesab edir ki, İddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPMin 150.1.7-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən icraata götürülmədən ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçıya geri qaytarılmalı, İddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 150, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı verdiyi payın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün əsas olan göstərilən nöqsanı iddia ərizəsinə mediasiya prosesində iştirak etməsi barədə Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar