Məhkəmə qərarları › İş №2(064)-174/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-174/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-174/2023 13.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh X2 ölümünə görə 5.000 manat və X3 aldığı ağır dərəcəli bədən xəsarətlərinə görə 1.500 manat olmaqla, cəmi 6500 manat pulun və ödənilmiş 85 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixində “GAZ 330210” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı X7 vəfat etmiş və X8 ağır dərəcəli bədən xəsarətləri almışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, X4 ölümünə görə 5000 manat və X3 aldığı ağır dərəcəli bədən xəsarətlərinə görə isə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə və hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddiaçı 6.500 manat pulun cavabdehdən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı SŞ ASC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh maddi imkanı olmadığından tələb olunan məbləğdə pulu ödəyə bilməyəcəyini bildirdi. Odur ki, iş üzrə qanunamüvafiq qərar verilməsi məsləsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə cavabdehi dinləyərək və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2018ci il tarixində idarə etdiyi icbari qaydada sığortalanmış “GAZ 330210” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. X1 vəfat etmiş və X8 ağır dərəcəli bədən xəsarətləri almışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, X.Havarxanlının ölümünə görə 5.000 manat və M.İbişlinin aldığı ağır dərəcəli bədən xəsarətlərinə görə 1.500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh-sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə və hadisə yerindən yayındığına görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişinin qaytarılması tələbi ilə haqlı şəkildə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 25-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi.... subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vastələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 883.1-ci maddəsində deylir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh iddiaçının xeyrinə ödənilmiş sığorta ödənişinə görə cəmi 6.500 manat və ödənilmiş dövlət rüsumuna görə 85 manat pul tutulmalıdır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişinə görə cəmi 6.500 manat və ödənilmiş dövlət rüsumuna görə 85 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar