Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2045/2023 08.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəlduzluq yolu ilə alddılaraq ələ keçirdiyi 4.000 manat pul məbləğindən 3.000 manat dəyərində pul məbləğinin və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə övladına 2-ci Qarabağ müharibəsində iştirak etdiyinə görə təqaüd düzəltməyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin iyul və avqust aylarında 2000 olmaqla ümumilikdə 4000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs kimi ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, Cavabdeh 2021-ci ilin iyul ayının ortalarından tanımağa başlamışdır. Belə ki, oğlu X1 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına” görə medaalı ilə təltif edilmiş və “Cəsur Döyüşçü” adını almışdır. Həmin müharibə dövründə oğlu başından və ayaq nahiyəsindən qəlpə yarası almışdır. Cavabdeh ilə ilk tanışlığı Bakı şəhəri, Papain ərazisində yerləşən hospitalda oğlunun vəziyyəti pisləşdikdə həmin sözü gedən şəxs oğluna köməklik göstərmiş və onun müharibə də olmasnı müharibədə yaralandığını öyrənmişdir. Bu zaman Cavabdeh oğlunun 2-ci Qarabağ Müharibəsində iştirak etməsini bildikdə onun təqaüd alıb-almadığını soruşduqda təqaüd almadığını özünə bildirmişdir. Cavabdeh tez bir zamanda 6 ay ərzində oğluna təqaüd düzəldəcəyini bildirmişdir. Belə olduğu təqdirdə oğlu və o, razılaşmış və Cavabdeh dediyi vaxtlda, yəni iyul ayının sonlarında 2.000 manat və avqust ayının sonlarında 2.000 olmaqla ümumilikdə 4.000 manat pul vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh həmin hospitalda işləyən həkimlərlə tez bir zamanda danışıb ona yaxın zaman ərzində, yəni dekabr ayına kimi həll olunacağını bildirmişdir. 2021-ci ilin sonlarında cavabdeh Nəsimi Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu barədə heç bir məlumatı olmamışdır. Daha sonra dediyi vaxt yəni dekar ayinini sonlarında Bakı Şəhəri, Papain ərazisində yerləşən Hərbi Hospiatlda Cavabdeh olması barədə soruşduqda orda çalışan həkimlərin belə bir həkimin olmadığını ona söyləmişdirlər. Həmin ərətələrdə səhhətilə bağlı problem yaşandığından bu məsələ barədə çox üzərinə düşə bilməmişdir. Daha sonra cavabdeh X2 2021-ci ilin clekabr ayının sonlarından məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və 2022-ci ilin may ayında cəzası dəyişdirilərək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Azadlığa çıxdıqdan sonra cavabdeh X3 zəng edəərk ona qarşı dələduzluq etməsini bildirdikdə yenidən eyni şeyləri söyləyərək tez bir zamanda işlərinin düzələcəyini bildirmişdir. 2021-ci ilin iyul ayı və avqust ayında verdiyi ümumilikdə olan 4.000 manat pulun sadəcə 1.000 manatım hissəhissə qaytarmış, lakin 3.000 manat pulu hələ də qaytarmamışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikası CM-nin maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan sonra dələduzluq yolu ilə əldə edilən yəni yuxarıda qeyd edilən 4.000 manat məbləğində pulun 1.000 manatı ödənmiş tezliklə 3.000 manatı isə ödəyəcəyinə söz versə də bu günə kimi heç bir ödəniş edilməmişdir. Qeyd olunanlara əsasən cavabdehdən ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddiasının təmin olunmaqla Cavabdeh 3.000 manat pulun və dövlət rüsumuna görə ödədiyi 50 manatın onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, cavabdeh-təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməklə iddiaçı-zərərçəkmiş şəxs İddiaçı 4.000 manatını ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Araşdırma gedişatında Cavabdeh 1.000 manat ödəsə də qalan 3.000 manatı iddiaçıya ödəməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq mülki məhkəmə icraatı qaydasında Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3.000 manat pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-2045/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2045/2023
08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver