Məhkəmə qərarları › İş №2(064)-2417/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2417/2025

07.11.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2417/2025 07.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Maraqlı şəxs iştrakı ilə, Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İşin mahiyyəti

1. Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qismində qeyd etməklə, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Füzuli Rayon Böyük Bəhmənli Bələdiyəsi (VÖEN: **********) İcbari Tibbi Sığorta fonduna 390,84 manat, Dövlət Sosial Müdafiə Fonduna 3320.37 manat, İşsizlikdən sığorta fonduna 146,72 manat, olmaqla ümumilikdə 3857,93 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məsəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********705300, xx.xx.2025-ci il tarixli **********707700, xx.xx.2025-ci il tarixli **********706000, nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

İİ. Tərəflərin mövqeləri:

Ərizəçi Qarabağ Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəni qəbul edir. Onun ərizədə qeyd edilən məbləğdə ödənilməyən borcu hazırda mövcuddur. Həmin borcu ödəməməsinin səbəbi isə qeyd edilən borcun onun vəzifəyə təyin edilməsindən əvvəlki dövrdə yaranması və o zaman bələdiyyənin büdcəsində həmin vəsaitin olmaması olmuşdur. Hazırda bu borcun ödənilməsi üçün tədbirlər görülmüş və borc yaxın günlərdə ödəniləcək. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

İİİ. İşin faktiki halları: İş materiallarında olan məlumatlardan görünür ki, vergi ödəyicisi Füzuli Rayon Böyük Bəhmənli Bələdiyəsi (VÖEN: **********) Maraqlı şəxsdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********705300, xx.xx.2025-ci il tarixli **********707700, xx.xx.2025-ci il tarixli **********706000 nömrəli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş və vergi borcunu ödəməsi üçün Maraqlı şəxs məlumatlandırılmışdır.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 73-cü maddənin İ bəndi: qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddələr 14.2, 77. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixə ödənilməmiş ümumilikdə 3857,93 manat vergi borcları yaranmışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, vergi öhdəliyi yerinə yetirilmədikdə, fiziki şəxsin və ya hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanununun 9.1.14-ci maddəsinin məzmunundan aydın olur ki, bu qəbildən işlər üzrə dövlət rüsumundan yalnız büdcə təşkilatı kimi vergi orqanı azad olunmuşdur. Digər tərəf olan borclu isə rüsumu ödəməkdən azad edilməmişdir. Qeyd olunanlara əsasən maraqlı şəxs Füzuli Rayon Böyük Bəhmənli Bələdiyəsi Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından hesab edir ki, ərizə təmin edilməli, maraqlı şəxs Azərbaycan Respublikası Füzuli Rayon Böyük Bəhmənli Bələdiyəsi (VÖEN: **********) Maraqlı şəxs (doğulduğu tarix: xx.xx.1996, doğulduğu yer: Füzuli rayonu, Boyük Bəhmənli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

V. Nəticə:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Maraqlı şəxs Füzuli Rayon Böyük Bəhmənli Bələdiyəsi (VÖEN: **********) Maraqlı şəxs (doğulduğu tarix: xx.xx.1996, doğulduğu yer: Füzuli rayonu, Boyük Bəhmənli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs Füzuli Rayon Böyük Bəhmənli Bələdiyəsi Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamədən şikayət verilməsi həmin qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar