Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-29/2025 08.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli nikahın pozulması, onların birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimentin, 17 manat etibarnamənin notariat rüsumu üçün ödənilmiş pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqının, 50 manat mediasiya xərcinin və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 03 dekabr 2018-ci ildə nikahların rəsmiləşdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Ümid və xx.xx.2021-ci il təvəllüdlü Yusif adlı uşaqları anadan doğulmuşdur. Bir müddət birlikdə yaşasalar da, artıq cavabdehin ona və ailəsinə qarşı biganə yanaşması, ailəsinə düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar. Ailəsinin dağılmaması üçün onun ona qarşı etdiyi hərəkətlərə dəfələrlə dözsə də, artıq səbri tükənmişdir. Halhazırda cavabdehdən ayrı yaşayır. Uşaqları onun himayəsindədirlər. O, ailəsinin dağılmaması üçün çox təkid göstərsə də, heç bir nəticə əldə edilməmişdir. Nikahları formal xarakter daşıyır. İş üzrə tərəflərə məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, nikahın pozulmasına razıdır, onunla iddiaçı arasında nikah pozulduğu halda uşaqlarının iddiaçının yanında saxlanılmasına və ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına razıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ seriyalı, 276918 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 07 nömrə ilə Füzuli rayon Horadiz Şəhər icra Nümayəndəliyində nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Əmirov”, arvada “Əmirova” soyadı verilmişdir. -doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. -Füzuli Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına çatmayanların işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının (Qəyumluq və Himayəçilik orqanı) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Füzuli Rayon İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik orqanı tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmalarına etiraz etmir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında olan nikah münasibətləri pozulmuş, onlar faktiki olaraq ayrılmışlar və birgə təsərrüfat aparmırlar. Tərəflərin birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Birgə nikahdan olan uşaqlar hazırda iddiaçının yanındadırlar. Cavabdeh nikahın pozulmasına razıdır, onunla iddiaçı arasında nikah pozulduğu halda, uşaqlarının iddiaçının yanında saxlanılmasına və ondan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına razı olduğunu bildirmişdir. Barışıq üçün verilmiş vaxt ərzində tərəflər arasında barışıq əldə edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə, işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə, nikah pozulur. İş üzrə tərəflər arasında barışıq üçün verilmiş vaxt ərzində barışığının olmamasını və iddiaçının cavabdehlə arasında olan nikahın pozulmasına təkid etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, birgə nikahdan olan uşaqların anaları ilə yaşamalarını, yaşlarını, mənafelərini, cavabdehin nikah pozulduğu halda, uşaqlarının iddiaçının yanında saxlanılmasına etirazının olmamasını və Qəyumluq və Himayəçilik orqanının rəyini nəzərə alaraq hesab edir ki, birgə nikahdan doğulmuş uşaqlar- xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin .... verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat, cəmi 100 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin cavabdehdən 17 manat etibarnamənin notariat rüsumu üçün ödənilmiş pulun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin cavabdehdən vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqının tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan maddəyə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən ağlabatan məbləğdə, yəni 100 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Əlavə olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən tərəflərə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində, yəni 3 il müddətində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Füzuli rayon Horadiz şəhər icra nümayəndəliyində 07 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra anası- İddiaçı yanında saxlanılsınlar. xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 17 manat etibarnamənin notariat rüsumu, 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumuna görə ödənilmiş pul və vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat xidmət haqqı olmaqla, cəmi 217 (iki yüz on yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-29/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-29/2025
08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver